Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


N.S.İsmayılov: Dünya əhalisinin dinamikası və onun ekonometrik proqnozlaşdırılması



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   25   26   27   28   29   30   31   32   ...   163
UNEC-2021-məqalələe

N.S.İsmayılov: Dünya əhalisinin dinamikası və onun ekonometrik proqnozlaşdırılması 


30 
Dünya əhalisinin artması ilə əlaqədar bir neçə fərziyyə yaranmışdır. Onlardan biri 
demoqrafik alarmizmdir (fr. alarmiste - alarme, həyəcan, narahatlıq). Alarmistlərə 
görə insan artımı mütləq aclığa, müharibələrə, epidemiyalara, ümumiyyətlə, kütləvi 
qırğına səbəb olacaq. Başqa bir qrup alimlərə görə, insanların artımında ictimai inkişaf 
da mühüm faktordur. Bu, demoqrafık determinizmin tərəfdarlarının fikri idi. Belə ki, 
iqtisadi cəhətdən inkişaf edən cəmiyyətdə əhali artımı şüurlu şəkildə davam edir. 
Finalizm (lat. finalis- son, axırıncı) adlanan cərəyan tərəfdarlarına görə, çox uzaq 
olmayan gələcəkdə Yer kürəsinin ehtiyatları tükənəcək və dünya əhalisinin məhvi 
labüd olacaq. 
Bu cərəyanlarla yanaşı, əhali problemi ilə əlaqədar bəşəriyyətin gələcək inkişafında 
əhalinin rolu haqqında bir neçə konsepsiya mövcuddur. Bunlar maksimalizm, uto-
pizm, fatalizm, biologizm adlanan konsepsiyalardır [6, səh.87-89]. Onları bir-birindən 
fərqləndirmək vacib məsələlərdən biridir. 
Birinci qrupa demoqrafık maksimalizm konsepsiyası daxildir. 
Bu baxışları, ideyaları müdafiə edən alimlər demoqrafik problemləri uydurma hesab 
edirlər, onların fıkirlərinə görə, planetimizdə indikindən qat-qat artıq əhali yaşaya bilər. 
İkinci qrupa isə demoqrafik utopizm konsepsiyasını müdafiə edən alimləri daxil etmək 
olar. Bura daxil olan alimlər isə belə hesab edirlər ki, Yer kürəsində əhali problemi 
yalnız kosmosda əhalinin yerləşməsi ilə həll edilə bilər. Üçüncü qrupa “demoqrafik 
fatalizm” konsepsiyasını müdafiə edən alimləri daxil etmək olar. Bu konsepsiyaya 
görə, bütün əhali problemləri öz-özünə həll olunacaqdır. Guya bəşəriyyət öz-özünə 
nizamlanan (self ordering) sistem olduğundan, öz sayını avtomatik olaraq nizamla-
yacaqdır. Bu konsepsiya özlüyündə əhali probleminə bitərəflik, “özbaşına axın” nəzə-
riyyəsi, “qarışmamaq” nəzəriyyəsinə uyğun yanaşmadır. 
Dördüncü qrupa aid olan alimlər isə əhali probleminə demoqrafik biologizm mövqe-
yindən yanaşırlar. Onlar öz nəzəriyyələrində göstərirlər ki, əhalinin say dinamikası 
artım qanununa elə tabedir ki, ibtidai artım dövründə o yüksəlir, müəyyən nöqtəyə 
çıxdıqdan sonra son pilləyə qədər enir. 
Ümumiyyətlə, sosial hadisələrə bioloji nöqteyi-nəzərdən yanaşılması çox vaxt özünü 
doğrultmamışdır, çünki əhali artımının dinamikası riyazi qanunlara tabe olur. Əhali 
artımının bioloji şərhi Maltus və onun ardıcılları üçün də səciyyəvidir. Nəhayət elə 
konsepsiyalar vardır ki, onun tərəfdarları əhali probleminə tamamilə başqa mövqedən 
yanaşırlar. Onlar belə hesab edirlər ki, əhali artımı ictimai inkişafın başlıca amilidir. 
Ancaq əhali artımının hesabına bir iqtisadiyyat tipi digəri ilə əvəz olunur. 
Ümumiyyətlə, demoqrafik determinizmdən danışarkən burada da iki istiqaməti bir-
birindən fərqləndirmək lazımdır. Onlardan biri, yuxarıda qeyd edildiyi kimi, əhali artı-
mını sosial tərəqqinin müəyyənedici amili kimi başa düşür. Digəri isə əksinə, əhali 
artımını ictimai inkişafın qarşısını kəsən başlıca amil hesab edir. Məsələn, XX əsrdə 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin