29
cəsini, həmçinin törəyib-artması şəraitini ifadə edən spesifik iqtisadi qanundur. Demo-
qrafik siyasət doğum, ölüm, nikah, miqrasiya və əhalinin yerləşdirilməsi sahəsində
əsas prosesləri əhatə edir.
Demoqrafik siyasət strateji məqsəd və prinsiplərə görə elmi əsaslandırılmış yaxın
planlı dövrlər üçün qoyulmuş məsələlərə görə real və konkret, müddət və ehtiyatlara
görə isə tarazlaşdırılmış olmalıdır. Demoqrafik proseslərdə həlledici məsələ sosial
iqtisadi amillərdir, yəni sənaye inkişafı, mədəniyyət, urbanizasiya, səviyyəsi və s.
Ümumiyyətlə, demoqrafik hadisələri ancaq əhalinin inkişafına ictimai inkişafla bütöv-
lükdə qarşılıqlı əlaqədə baxılma zamanı dərk etmək olar. XVIII əsrin sonunda məşhur
ingilis alimi, hüquqşünas və filosof Ceremi Bentam ictimai tərəqqinin qayəsi (ən
yüksək məqsədi) kimi “maksimal sayda insanlar üçün maksimal rifah” humanist
prinsipi elan etdi.
Nobel mükafatı laureatı akademik N.N.Semyonovun qeyd etdiyi kimi, bu ictimai ideal
(qayə) indi də elmin idealı və alimlərin sosial məsuliyyət ölçüsü olaraq qalır [4, səh.40].
Demoqrafik problem barədə əhalinin təkrar istehsalı qanunauyğunluqlarına olan yan-
lış baxışlar sisteminə əsasən maltusçuluq nəzəriyyəsi çoxdan elmə məlumdur. İngilis
keşişi T.R.Maltus (1766-1834) özünün “Əhali haqqında qanun təcrübəsi” (1798) əsə-
rində burjua ictimai fikrində, xüsusilə XIX əsrin sonlarında siyasi iqtisadda geniş ya-
yılmış baxışlarını şərh etmişdir [5]. Maltus əhali artımı qanunu deyilən qeyri-tarixi bir
qanun formalaşdırmışdır; bu qanuna görə əhalinin artımı həndəsi silsilə üzrə baş verir.
Buradan da ictimai inkişafın ziddiyyətlərini hasil edirdi. Maltus bu ziddiyyətlərin ara-
dan qaldırılması imkanını iqtisadi cəhətdən təmin olunmayan əhali artımının qarşı-
sının alınması ilə (nikahın qaydaya salınması, doğumun nizamlanması), həmçinin əha-
li artımının miqdarının aclıq, epidemiyalar, müharibələr və s. vasitəsilə “təbii” surətdə
qaydaya salınması ilə əlaqələndirirdi. Maltusun baxışları inqilabçı demokratlar – Çer-
nışevski, Pisorev və b. tərəfindən kəskin tənqid edilirdi. Maltusun “Mütləq əhali artıq-
lığı” və “torpaq münbitliyinin azalması” qanunlarına qarşı rus alimləri V.V.Doku-
rayev, P.A.Kosmıçev, Timiryazev çıxış etmişlər. Son dövrlərdə müxtəlif yeni maltus-
çuluq konsepsiyalarının (Q.Braunun, C.Bonnerin “Əhalinin optimumu” nəzəriyyə-
sinin, Q.Teylorun və P.Erlixin əhali artımının ekoloji böhranın yeganə səbəbi olması
haqqında fikrinin və s.) fəal surətdə yayılması Yer kürəsində əhalinin sürətlə artması
və kapitalizmin ziddiyyətlərinin daha da kəskinləşməsı ilə əlaqədardır. Yalnız yeni
sosial quruluşun möhkəmləndirilməsi, bu quruluşa uyğun demoqrafık siyasətin həyata
keçirilməsi ilə müasir dövrün qlobal problemlərindən birinin, yəni əhali artımının
tənzimlənməsinin həlli mümkündür. Bu nəzəriyyənin elm aləmində yaratdığı ardı-
arası kəsilməyən mübahisələr indi də davam edir.
Dostları ilə paylaş: