12
Vergi güzəştlərinin büdcə səmərəlilik meyarı özünü vergitutma bazasının geniş-
ləndirilməsi, sosial əhəmiyyət kəsb edən iqtisadi məsələlərə tələb olunan büdcə vəsai-
tinə qənaət edilməsində büruzə verir. Belə ki, vergi güzəştlərinin büdcə səmərəliyi
müəyyənləşdirilərkən konkret vergi güzəştinin büdcənin gəlir hissəsinin formalaş-
masına təsirinə baxılır. Vergi güzəştlərinin büdcə səmərəlilik meyarının müəyyən
edilməsinə yanaşmalar bir-birindən fərqlənir. Vergi güzəştlərinin verilməsində əsas
məqsəd hər hansı bir fəaliyyətin stimullaşdırılmasıdır. Bu güzəşt nəticəsində dövlət
büdcəsi öz gəlirlərinin bir hissəsindən, məsələn A1 miqdarında məhrum olur. Bu
fəaliyyətin stimullaşdırılması həmin sahəyə marağın, investisiya axımının sürətlən-
dirilməsinə gətirib çıxarır ki, bunun da nəticəsində həmin sahədə istehsal həcmi artır,
bu isə öz növbəsində həmin sahə üzrə vergi daxilolmalarının həcminin A2 həcmdə
artmasına səbəb olur. Deməli, qeyd olunan halda vergi güzəştlərini o zaman səmərəli
hesab etmək olar ki, dövlət büdcəsinin bu güzəştlərdən itkilərinin həcmi həmin sahə
üzrə vergi daxilolmalarının artımından kiçik olsun, başqa sözlə
A1< A2
Vergi güzəştlərinin iqtisadi səmərəsi dedikdə bu güzəştlərin iqtisadi subyektinin təsər-
rüfat fəaliyyətinə təsiri başa düşülür. Bu halda iqtisadi səmərəlilik göstəriciləri kimi
yerinə yetirilən işlərin, göstərilmiş xidmətlərin həcminin artması, əsas vəsaitlərin alın-
ması və yenilənməsi, innovativ texnologiyaların istehsal prosesinə tətbiqi çıxış edir.
Bu zaman güzəşt hüququndan istifadə edən vergi ödəyicilərinin malların təqdim
edilməsi, xidmətlərin göstərilməsi və işlərin yerinə yetirilməsindən əldə etdikləri və-
saitin artımı (∆K) büdcənin həmin sahələr üzrə vergi güzəştlərindən itkilərinin (N)
həcmindən çox olmalıdır. Başqa sözlə
∆K > N
Vergi güzəştlərinin sosial səmərəsi özünü maliyyə resurslarının həcminin artmasında,
yeni iş yerlərinin yaradılmasında, maddi rifah halının yüksəlməsində büruzə verir.
Sosial səmərənin qiymətlərndirilməsi digərləri ilə müqayisədə daha mürəkkəbdir. Bu
səmərənin qiymətləndirilməsində xeyli sayda iqtisadi göstəricilər sistemi irəli sürülür.
Məsələn, vergi güzəşti o zaman sosial səmərəli hesab olunur ki, bu güzəştdən istifadə
edilməsi nəticəsində azad olunmuş vəsait əlavə iş yerlərinin yaradılmasına, iş şərai-
tinin yaxşılaşdırılmasına, əhalinin sosial cəhətdən zəif müdafiə olunmuş təbəqəsinin
həyat şəraitinin yaxşılaşdırılmasına, ekoloji təhlükəsizliyin təmin edilməsinə və bu
kimi digər məqsədlərə yönəldilmiş olsun.
Dostları ilə paylaş: