ilə bərk maddə səthi arasında yaranan görüşmə nəticəsində baş verən proses
müəyyən bir sürətlə getmiş olur.
P
2
P
1
Aparata verilən qaz axının sürətini təqribən artırsaq elə bir kritik(ω
kr
) sürət əldə
etmək olar ki,layın dayanıqlılığı pozulur və layı təşkil edən hissəciklər müxtəlif
istiqamətlərdə hərəkət etməyə başlayırlar, yəni layda xaotik (qarmaqarışıq) hərəkət
rejimi yaranır.Bunun hesabına laydakı hissəciklər arasında məsafə böyüyür,qaz
qabarcıqlar təşkilində laydan xaric olur və bütün bunlar qaynayan mayeni
xatırladırlar ki, buna texnikada “ qaynar lay” və yaxud psevdo-qaynar lay deyilir.
Qaz axının sürətinin sonrakı artırılması laydaki hissəciklərin xaotik hərəkətlərinin
yüksəldilməsi ilə nəticələnir və beləliklə layda turbulentlik güclənir.Bu da
texnoloji prosesin sürətlənməsinə səbəb olur.Prosesin sürətinin artması onunla izah
edilir ki, qaynar layda ölü həcmlər aradan çıxır, qaz axını ilə bərk səthlər tez-tez
təzələnir və bunun hesabına qaz ilə bərk maddələrin görüşməsi intensivləşir ki,
onların arasında gedən prosesin sürətlənməsinə səbəb olur.Qaz axının bu sürətinə
qaynar layın başlancıq sürəti deyilir.ω
q.l
ilə işarə olunur. Aparata verilən qaz axının
hərəkət sürətini artırmaqda davam etsək elə bir sürət əldə etmək olar ki,bu zaman
qaynar lay pozular və bərk maddə hissəcikləri yalnız bir istiqamətdə hərəkət etmiş
olar.Yəni qazın hərəkət istiqamətində qazla birlikdə aparatdan xaric olacaqdır.
Qaz axının bu sürətinə nəql etmə sürəti deyilir və ω
nəq
ilə işarə edilir.Bu sürətdən
istifadə etməklə kiçik ölçülü bərk maddələri bir aparatdan başqa aparata pnevmatik
üsulla nəql etmək olar.
Dostları ilə paylaş: