3. Komponentləri bir-birində praktiki həll olmayan məhlullar.
Sənaye proseslərində komponentləri bir-birinə istənilən nisbətən həll olan
real mayelərin xassələrini tətbiq edilməsi daha məqsədəuyğundur. Bu cür real
məhlulları öyrənmək bir sıra çətinliklərlə qarşılaşır, ona görə ki, bu məhlullar
çoxdur və müxtəlif xassələrə malikdirlər. Onların hamısı üçün eyni qanun və
qanunauyğunluqlar yoxdur. Bu çətinlikləri aradan qaldırmaq məqsədilə ideal
məhlul anlayışından istifadə olunur. İdeal məhlul dedikdə, elə məhlul nəzərdə
tutulur ki, onun üzərində doymuş buxar təzyiqi (P) maye fazadakı molyar qatılığı
(x) xətti funksiyası olsun; ideal məhlulları qarışdırdıqda onların həcmi sıxılmasın
və genişlənməsin; bu məhlulları bir-biri ilə qarşılaşdırdıqda həll olma istiliyi
ayrılmasın.
Təbiətdə mövcud olan real məhlullar xassələrinə görə az və ya çox dərəcədə
ideal məhlullardan fərqlənirlər. Bu fərqi təcrübə yolu ilə təyin etmək mümkün olur.
Fərq məlum olduqda onu nəzərə almaqla ideal məhlul qanunlar, real məhlullara
tətbiq etmək olur. Lakin təbiətdə elə real məhlullar vardır ki, onlar xassələrinə görə
ideal məhlullardan çox az fərqlənirlər, belə məhlullara normal məhlullar deyilir.
Normal məhlullara kiçik xəta ilə ideal məhlul qanunlarını tətbiq etmək olur.
Normal məhlullara tərkibi karbon (c) və hidrogendən (H) ibarət olan maye neft
məhsullarını göstərmək olar.
İdeal məhlul qanunlarından biri Raul qanunudur. Bu qanuna görə hər hansı
temperaturada (t) verilmiş məhlulun i komponentinin porsial təziqi P
i
, onun
doymuş buxar təziqi
P
𝑖
maye fazadakı molyar qatılığı x
i
hasilinə bərabərdir.
Raul qanununun riyazi ifadəsi aşağıdakı kimidir.
𝑃
𝑖
= 𝑃
𝑖
𝑥
𝑖
Bu maye faza ilə tarazlıqda olan buxar fazası üçün Dalton qanunu vardır.
Dalton qanununa görə tarazlıqda olan maye-buxar sistemin hər hansı
𝑖
komponentinin t temperaturada parsial təziqi
𝑝
𝑖
, sistemin ümumi təzyiqi p ilə
buxar fazadakı molyar qatılığı y hasilinə bərabərdir.
Dostları ilə paylaş: