Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»


İdeal sistemlərdə maye-buxar tarazlığı



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə35/39
tarix07.01.2024
ölçüsü0,52 Mb.
#208529
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   39
Sənaye-sahələrinin-proses-və-aparatları

 
İdeal sistemlərdə maye-buxar tarazlığı 
İki və daha çox komponentlərdən ibarət olan maye qarışıqlarına məhlul 
deyilir. Ən Sadə qarışıq olan iki komponentli məhlulların texniki təmiz məhsullara 
ayrılması prosesinin xüsusiyyətlərini öyrənəcəyik. İki komponentli məhlullar bir-
birində həll olunmalarına görə üç yerə bölünür. 
1. Komponentləri bir-birində istənilən nisbətdə həll olan məhlullar.
2. Komponentləri bir-birində qismən həll olan məhlullar. 


3. Komponentləri bir-birində praktiki həll olmayan məhlullar. 
Sənaye proseslərində komponentləri bir-birinə istənilən nisbətən həll olan 
real mayelərin xassələrini tətbiq edilməsi daha məqsədəuyğundur. Bu cür real 
məhlulları öyrənmək bir sıra çətinliklərlə qarşılaşır, ona görə ki, bu məhlullar 
çoxdur və müxtəlif xassələrə malikdirlər. Onların hamısı üçün eyni qanun və 
qanunauyğunluqlar yoxdur. Bu çətinlikləri aradan qaldırmaq məqsədilə ideal 
məhlul anlayışından istifadə olunur. İdeal məhlul dedikdə, elə məhlul nəzərdə 
tutulur ki, onun üzərində doymuş buxar təzyiqi (P) maye fazadakı molyar qatılığı 
(x) xətti funksiyası olsun; ideal məhlulları qarışdırdıqda onların həcmi sıxılmasın 
və genişlənməsin; bu məhlulları bir-biri ilə qarşılaşdırdıqda həll olma istiliyi 
ayrılmasın. 
Təbiətdə mövcud olan real məhlullar xassələrinə görə az və ya çox dərəcədə 
ideal məhlullardan fərqlənirlər. Bu fərqi təcrübə yolu ilə təyin etmək mümkün olur. 
Fərq məlum olduqda onu nəzərə almaqla ideal məhlul qanunlar, real məhlullara 
tətbiq etmək olur. Lakin təbiətdə elə real məhlullar vardır ki, onlar xassələrinə görə 
ideal məhlullardan çox az fərqlənirlər, belə məhlullara normal məhlullar deyilir. 
Normal məhlullara kiçik xəta ilə ideal məhlul qanunlarını tətbiq etmək olur. 
Normal məhlullara tərkibi karbon (c) və hidrogendən (H) ibarət olan maye neft 
məhsullarını göstərmək olar. 
İdeal məhlul qanunlarından biri Raul qanunudur. Bu qanuna görə hər hansı 
temperaturada (t) verilmiş məhlulun i komponentinin porsial təziqi P
i
, onun 
doymuş buxar təziqi 
P
𝑖
maye fazadakı molyar qatılığı x
i
hasilinə bərabərdir. 
Raul qanununun riyazi ifadəsi aşağıdakı kimidir. 
𝑃
𝑖
= 𝑃
𝑖
𝑥
𝑖
Bu maye faza ilə tarazlıqda olan buxar fazası üçün Dalton qanunu vardır. 
Dalton qanununa görə tarazlıqda olan maye-buxar sistemin hər hansı 
𝑖
komponentinin t temperaturada parsial təziqi 
𝑝
𝑖
, sistemin ümumi təzyiqi p ilə 
buxar fazadakı molyar qatılığı y hasilinə bərabərdir. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin