Qızdırcı kamera aparatın qızdırıcı səthini təşkil edir və bu kamera
birgedişli,sərt tipli və şaquli vəziyyətdə yerləşdirilmiş gövdəli-borulu istidəyişdirici
aparatdan ibarətdir.Qızdırıcı boru dəstəsi N sayda Ф25x25, Ф38x2 və Ф57x3.5
mm ölçülü standart borulardan hazırlanır.Qızdırıcı boruların
hündürlüyü
4m,5m,6m və hətta 7m olurlar.Boruların aşağı və yuxarı ucları boru şəbəkələrində
vərdələmə üsulu ilə kip bərkidilir. Borulardaxili səth ilə aşağıdan yuxarıya doğru
istiqamətdə buxarlandırılacaq məhlul müəyyən sürətlə hərəkət edir. Borulararası
sahə isə yuxarıdan qızdırıcı (təkrar) buxar verilir
və kondensləşmə istiliyini
məhlula verərək kondensləşir və borulararası səthinin aşağı hissəsində kondensat
halda xaric olur.
Onu da qeyd edək ki, məhlul qızdırcı kameranın borularında
yalnız qızır,özü də iftar qızır,lakin qaynaya bilmir. Qızdırıcı kamera buxarlandırcı
aparatın əsas gövdəsinə eyni bir ox üzrə və ya kənara çıxarılmış halda birləşir.
Qızdırıcı kamera aparatın gövdəsinə sökülə bilən halda birləşdirilir ki ,bu da təmir
işlərini müəyyən qədər yüngülləşdirir.
Dostları ilə paylaş: