Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»


Buxarlanma prosesinin tətbiq sahələri və buxarlanma üsulları



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə30/39
tarix07.01.2024
ölçüsü0,52 Mb.
#208529
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları

 

Buxarlanma prosesinin tətbiq sahələri və buxarlanma üsulları 
Buxarlandırma haqqında ümumi məlumat
Buxarlandırma kimya texnologiyasının ən geniş yayılmış proseslərindəndir.Bu 
onunla izah olunur ki,çoxlu kimya məhsulları zəif sulu məhlullar halında istehsal 
olunur və sonradan onları qatılaşdırmaq tələb olunur. Buxarlandırma prosesi 
,praktiki uçucu olmayan maddələrin məhlullarından həlledicinin bir hissəsini 
qaynama temperaturunda buxarlandıraraq ayırmaqla məhlulun qatılaşdırılması 
prosesinə deyilir. Kimya sənayesində bərk maddə məhsulları (başlıca olaraq qələvi 
və duzların, çox atomlu spirtlərin və s. sulu məhlulları )və həmçinin yüksək 
temperaturlarda qaynayan maddə məhlulları (bir sıra mineral və üzvi turşuların 
,çox atomlu spirtlərin və s sulu məhlulları.) buxarlandırılır.Buxarlandırma 
prosesinin mahiyyəti proses zamanı ancaq həlledicinin bir hissəsinin buxar halına 
keçməsidir. Buxarlandırma yalnız zəif məhlulları qatılaşdırmaq üçün deyil,onun
köməyi ilə kristallaşma yolu ilə məhlullardan bərk maddələri ayırırlar.Eləcə də 
,buxarlandırma yolu ilə məhlullardan təmiz halda həllediciləri ayırırlar. Dəniz 
suyundan içməli suyun alınmasını buna misal göstərmək olar. Bu proseslər kimya 
və yeyinti sənaye sahələrində və eləcə də xalq təsərrufatının başqa sahələrində 
böyük əhəmiyyət kəsb edirlər. Buxarlandırma prosesini qızdırmaq üçün müxtəlif 
qızdırıcı agentlərdən istifadə edilir.Lakin əksər hallarda bu məqsəd üçün doymuş 
su buxarından istifadə edilir ki ,buna da qızdırıcı buxar və ya birinci buxar deyilir. 
Buxarlandırma zamanı qaynayan məhlulldan alınan su buxarına təkrar buxar 
deyilir. 
Buxarlandırma üçün tələb olunan istilik, məhlulu qızdırıcı agentdən ayıran divar 
vasitəsilə verilir. Buxarlanma prosesi aşağıdakı üsullarla aparılır.Buxarlandırma 
prosesləri vakkum altında ,təzyiq altında və atmosfer təzyiqində aparılır. 
Buxarlandırmanı vakkum altında aparmaq prosesin nisbətən aşağı temperatur 
şəraitində getməsinə imkan yaradır.və bu da maddələrin yüksək temperaturlarda 
termiki parçalanmasının qarşısını alır.Prosesə vakkumun tətbiqi yüksək 
temperaturlarda qaynayan məhlulları nisbətən aşağı temperaturlu qızdırıcı 
agentlərin köməyilə qaynayaraq qatılaşdırmaq mümkün olur.Bu hal buxarlandırma 
qurğusunun özündə alınan təkrar buxarlardan qızdırcı buxar kimi istifadə etməyə 
imkan verir və bunun nəticəsində qızdırcı buxarın xüsusi sərfi azalmış 
olur.Bunlardan başqa buxarlandırma prosesində vakuum qızdırıcının tətbiqi agent 
və qaynayan məhlulun temperaturları arasındakı fərqi artırır ki, bu da aparatın 
qızdırıcı səthini azaltmağa və yaxudda aparatın ölçülərini azaltmağa imkan verir. 
Vakkum altında buxarlandırmanın əsas mənfi cəhəti əlavə vakkum avadanlığı 
tətbiq etməklə qurğunun mürəkkəbləşməsi,bahalaşması və eləcə də əlavə istismar 
xərclərin yaranmasıdır. Atmosfer təzyiqindən yüksək təzyiqlərdə işləyən 


buxarlandırma qurğularından alınan təkrar buxarlardan həm qurğunun özündə və 
həm da başqa məqsədlər üçün (məsələn:binaları qızdırmaq üçün və başqa 
təsərrüfat sahələrinin qızdırcı qurğularında )qurğudan kənarda istifadə edilə 
bilər.Buxarlandırma qurğusundan alınan təkrar buxarların qurğudan kənarda 
istifadə olunan hissəsinə ekstra –buxar deyilir.
Göründüyü kimi izafi təzyiq altında işləyən buxarlandırma qurğularının təkrar 
buxarlarının istiliyindən vakuum –buxarlandırmadakına nisbətən daha yaxşı 
istifadə edilir.Lakin ,təzyiq altında buxarlandırma prosesində məhlulun qaynama 
temperaturu artır.Odur ki,bu üsula termiki dözümlü nəm maddələrin məhlulları 
buxarlandırılır.Bundan başqa təzyiq altında aparılan buxarlandırma prosesi daha 
yüksək temperaturlu qızdırıcı agent tələb edir. 
Atmosfer təzyiqi altında aparılan buxarlandırmadan alınan təkrar buxardan istifadə 
olunmur və adətən atmosferə buraxılır.Bu üsul ilə gedən buxarlandırma prosesi 
konstruktiv cəhətdən çox sadə olduğuna baxmayaraq iqtisadi cəhətdən əlverişli 
deyildir. Sənaye miqyasında buxarlandırma prosesləri ya bir aparatda (bir korpuslu 
buxarlandırma qurğusunda) və yaxud iqtisadi cəhətdən əlverişli sayılan ardıcıl 
birləşdirilmiş bir neçə aparatlarda (çox korpuslu buxarlandırma qurğusunda ) 
həyata keçirilir. 
Bu qurğuların adətən birinci korpusu bir qədər izafi təzyiq altında ,axırıncı 
korpusu isə vakuum altında işləyirlər.Qurğuda vakuum barometrik kondensatorun 
və vakuum-nasosun köməyi ilə yaradılır.Təzyiqin birinci korpusdan axırıncı 
korpusa doğru getdikcə azalması elə nisbətdə olmalıdır ki,əvvəlki korpusdan alınan 
təkrar buxar özündən sonrakı korpusda qızdırıcı buxar kimi istifadə oluna 
bilsin.Bundan ötrü korpuslar arasında təzyiqlər fərqi elə saxlanmalıdır ki ,əvvəlki 
korpusdan gələn təkrar buxarın temperaturu ilə sonrakı korpusda qaynayan 
məhlulun temperaturu arasındakı fərq (faydalı temperaturlar fərqi )7-10
o
C –dən 
aşağı olmasın. 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin