Kirhxof və Stefan-Bolsman qanunları Şualanma istiliyi dedikdə istiliyin elektromaqnit dalğaları halında paylanması
nəzərdə tutulur. Cismi təxminən 600
℃
temperaturdan yüksək temperaturlara qədər
qızdırdıqda közərib ətrafa şua buraxır. Beləliklə, şualanma istiliyi elektromaqnit
dalğaları halında ətraf mühitə yayılır. Bu hadisəyə cism şualanır və ya şua buraxır
deyilir. İstilik mübadiləsi üçün ən əhəmiyyətli şualar infraqırmızı və işıq şualarıdır.
Bu şualar cismlərin səthinə düşdükdə orada udulur və yenidən istilik enerjisinə
çevrilir. Şualanan cism tərəfindən buraxılan şua enerjisi
𝑄
ş
´
hər hansı soyuq
cismin səthinə düşdükdə onun bir hissəsi
𝑄
𝐴
´
udulur, bir hissəsi
𝑄
𝑅
´
sınaraq qayıdır
və bir hissəsi
𝑄
𝐷
´
dəyişmədən cismdən keçib gedir.
Bu hal üçün istilik balans tənliyi aşağıdakı kimi yazılır:
𝑄
ş
´
= 𝑄
𝐴
´
+ 𝑄
𝑅
´
+ 𝑄
𝐷
´
Təbiətdə mütləq qara, mütləq ağ və mütləq şəffaf cism yoxdur. Lakin onlara
yaxın cismlər vardır. Məsələn neft məhsullarının yandırılmasından alınan hiss şua
dalğalarının 90÷95
%
-ni udur və mütləq qara cismə yaxınlaşır; yüksək keyfiyyətli
cilalanmış səthi hamar cismlər şuaların əksəriyyətini sındıraraq qaytarır; qazlar (üç
və daha çox atomlu qazlardan başqa) şua enerjisini tamamilə keçirir. Təbiətdə
mövcud olan cismlərin əksəriyyəti səthinə düşən şua enerjisinin bir hissəsini udur,
bir hissəsini sındıraraq qaytarır və qalan hissəsini isə keçirir. Belə cismlərə boz
cismlər deyilir.
Istidəyişdirici aparatların təsnifatı əsas konstruksiyaları, texnoloji və