İstilik mübadiləsi prosesləri haqqında ümumi məlumat Kimya texnologiyasının əsas prosesləri yalnız müəyyən olunmuş sabit
temperatur şəraitində tələb olunan istiqamətdə gedirlər. Bu sabit temperatur
şəraitini əldə etmək üşün isə ya prosesə xaricdən istilik vermək və yaxud da
prosesdən istilik xaric etmək lazım gəlir. İstilik proseslərində iki müxtəlif
temperaturlu cism (mühit, axın) qarşılıqlı təsirdə olurlar. Bunlardan birinci
temperaturu nisbətən yüksək (t
ist
), digərinin temperaturu isə (t
soy
) nisbətən alçaq
olur. Temperaturu yüksək olan cismə isti istidayışıcı və yaxud da qızdırıcı agent
deyilir. Temperaturu nisbətən aşağı olan cismə isə soyuq istidayışıyıcı və yaxud da
soyuducu agent deyilir. Müxtəlif temperaturlu cismlər arasında istilik şəklində
enerjinin verilməsinə istilik mübadiləsi və ya istilikötürmə prosesi deyilir.
İstilik mübadiləsi prosesinin hərəkətverici qüvvəsi isti və soyuq istidaşıyıcılar
arasındakı aşağıdakı temperaturlar fərqidir
∆
t
∆
t=t
ist
-t
soy
,
℃
Bu temperaturlar fərqi mövcud olduqda termodinamikanın ıı qanununa əsasən
istilik öz axını ilə isti cismdən soyuq cismə verilir. Təbiətdə və eləcədə texnikada
istiliyin isti cisimdən soyuq cismə verilməsi üç yol ilə həyata keçirilir.
1.İstilikkeçirmə yolu ilə; 2.Konveksiya yolu ilə 3.Şualanma yolu ilə; 1. İstiliyin istilikkeçirmə yolu ilə isti cismdən soyuq cismə verilməsi əsasən bərk
cismlərə aiddir. Lakin bu yol ilə istiliyin verilməsi nisbi sükunətdə olan və lominar
rejimlə hərəkət edən maye və qazlara da aiddir. İstiliyin istilikkeçirmə ilə verilməsi
bərk cism hissəciklərinin nizamlı irəli-geri hərəkəti, nisbi sükunətdə və lominar
rejimli hərəkətdə olan maye və qaz hissəciklərinin zəif xaotik hərəkətləri
nəticəsində baş verir. Cismlərin bu cür hərəkəti zamanı onun mikrohissəcikləri bir-
birinə toxunur və onların arasındakı temperaturlar fərqi oldugundan isti
hissəcikdən istilik soyuq hissəyə keçir və beləliklə istilik bütün mikro hissəciklər
arasında paylanır.