2)Zavod şəraitində P
1
təzyiqini artırmaq üçün suspenziya filtrə sıxılmış hava və
ya nasos vasitəsilə yüksək təzyiq altında vurulur. P
2
təzyiqini azaltmaq üçün
filtirləmə prosesi vakkum altında aparılır. Bundan ötəri filtiratın
üstündə vakkum
nasosun köməyilə seyrəklik yaradılır.
Filtrləmə prosesi təkcə suspenziyanın filtrata və çöküntüyə ayrılmasından ibarət
deyildir. Bu prosesə çöküntünün yuyulması, hava ilə üfürülməsi və qurudulması
mərhələlərinə daxildir. Çöküntünün yuyulması ideal sıxışdırılıb çıxarma üsulu ilə
həyata keçirilir. Bundan ötəri nəm çöküntü layı təzyiq altında yuyucu maye (su)
verilir. Yuyucu maye çöküntü layından keçərkən suspenziya mayesini sıxışdıraraq
çöküntünün kapilyarlarından çıxarır və ona qarışır. Çöküntünü qazla üfürməklə
onu tam qurutmaq olmur, yalnız artıq mayeni oradan çıxarırlar.
Çöküntünü
qurutmaqdan ötəri üfürücü hava (qaz) əvəzinə isti hava (qaz) verilir və çöküntü
tələb olunan quruluq dərəcəsinə qədər qurudulur. Çöküntünün hava (qaz) ilə
üfürülməsi onun tərkibində qalan yuyucu mayenin oradan çıxarılması üçün
aparılır. Bundan ötəri adətən havadan və bəzən azot, karbon qazı kimi təsirsiz
qazlardan da istifadə olunur.
Filtirləyici
arakəsmə azbest parça, pambıq parça, yun parça, sintetik şüşə
parçalardan hazırlanırlar. Bunlardan əlavə arakəsmə saxsı, metal, kvars, kömür
materiallarından da hazırlanır. Filtirləyici arakəsmənin materialı filtirləmə
prosesinin şəraitindən (məsamələrin
ölçülərindən, hidravlik müqavimətindən,
temperatur və təzyiqdən, mühitin kimyəvi yeyiciliyindən və s.) asılı olaraq seçilir.
Dostları ilə paylaş: