hissəciyə verilir və beləliklə istilik bütün hissəciklər arasında paylanır ki, bunun
nəticəsində istiliyin konveksiya yolu ilə verilməsi maye və qazların bütün
həcmində baş vermiş olur.
3. İstiliyin şualanma yolu ilə
verilməsi yüksək temperaturlu közərmiş cismlərə
aiddir. Bu cismlərdən şua enerjisi əvvəlcə elektromaqnit dalğalarına çevrilir, bu
dalğalar müəyyən sahəni keçir və hansı cism üzərinə düşürsə orada udulur və
yenidən istilik enerjisinə çevrilir.
Bu göstərilən istiliyin verilmə üsulları tək halda deyil, ikinsi və ya üçü bir yerdə
eyni zamanda fəaliyyət göstərirlər. Texnikada ən çox istilikkeçirmə-konveksiya
yolu ilə və ya şualanma-istilikkeçirmə-konveksiya yolu ilə istilikötürmə
proseslərinə rast olunur. Texnikada və texnologiyada istilik mübadiləsi prosesləri
iki üsulla həyata keçirilir:
1.Qarışdırma üsulu ilə 2.İstilikötürən səth vasitəsilə;
1. Qarışdırma üsülü ilə
istilik mübadiləsi zamanı isti ilə soyuq axınlar arasında
bir-birilə birbaşa qarışdırılır. Bu üsulun mexaniki cəhətdən sadə və asan olmasına,
iqtisadi cəhətdən əlverişli olmasına baxmayaraq ondan nadir hallarda istifadə
edilir. Ona görə ki, çox vaxt isti və soyuq axınlar müxtəlif məhsullardan ibarət
olurlar, onları qarışdırdıqdan sonra ayırmaq lazım gəlir. Bu məhsulların bir-
birindən təmiz halda ayrılması isə mürəkkəb və baha başa gələn proseslərdir.
2. Texnikada əsasən ikinci üsuldan istifadə edilir. Bundan ötrü müxtəlif quruluşa
malik olan istilik mübadiləsi aparatlarından istifadə edilir ki, bunlara
istilikdəyişdirici aparatlar deyilir. Səthli istidəyişdirici aparatlarda isti və soyuq
axınlar ayrı-ayrı kanallarla hərəkət edirlər və onların arasında qoruyucu divar
qoyulur. Bu divar axınların qarışmasının qarşısını alır, istiliyi isti axından soyuq
axına ötürür. Ona görə də bu divar istilikötürmə səthi adlanır.
İstilik mübadiləsi proseslərinə məhsulların soyudulması, qızdırılması, maye
məhsulların qaynadılaraq buxarlandırılması, buxar və qazların soyudularaq
kondensləşdirilməsi (mayeləşdirilməsi) aiddir. Ona görə də istidəyişdirici
aparatları uyğun olaraq soyuducular, qızdırıcılar, buxarlandırıcılar və kondesatorlar
adlandırırlar. İstilikdəyişdirici aparatların istilik məhsuldarlığı onların istilik yükü
adlanır. İstilik yükü dedikdə vahid zamanda aparat daxilində isti axından soyuq
axına verilən istilik miqdarı nəzərdə tutulur. İstilik yükü istilikdəyişdirici aparatın
əsas parametri olub, onun əsas ölçüsü məhz bu parametrdən asılıdır.
İstilikdəyişdirici aparatın istilik yükü onun daxilində gedən istilik prosesinin istilik
balans tənliyindən tapılır. İstilikdəyişdirici aparatın əsas ölçüsü onun istilikötürmə
səthidir. Bu ölçü istilikdəyişdiricinin əsas tənliyinə görə hesablanır.
Dostları ilə paylaş: