Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»


İstiliyin konveksiya yolu ilə verilməsi. Nyuton qanunu



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə25/39
tarix07.01.2024
ölçüsü0,52 Mb.
#208529
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları

İstiliyin konveksiya yolu ilə verilməsi. Nyuton qanunu 


Yuxarıda qeyd edildiyi kimi, konveksiya ilə istilikvermə trubulent rejimlə 
hərəkət edən maye və qazlara aiddir. Onların intensiv qarmaqarışıq hərəkəti 
nəticəsində qonşu hissəcikləri bir-birinə toxunur. Toxunan hissəciklərin 
temperaturları müxtəlif olduğundan onların arasında temperaturlar fərqi yaranır və 
bu temperaturlar fərqi hesabına istilik isti hissəcikdən soyuq hissəciyə verilir, 
nəticədə istilik maye və qaz axınının bütün həcminə yayılır. Konveksiya ilə 
istilikvermə isti maye (qaz) mühiti ilə divar arasında və ya əksinə isti divarla soyuq 
maye (qaz) mühiti arasında baş verir. Bu yol ilə istilik isti mayedən soyuq divara 
və yaxud da isti divardan soyuq mayeyə verilir. Bildiyimiz kimi divarın səthində 
həmişə lominar rejimlə hərəkət edən nazik maye təbəqəsi olur. Qalınlığı δ olan bu 
lominar sərhəd layından istilik istilikkeçirmə yolu ilə verilir. Beləliklə, konveksiya 
ilə istilikvermə zamanı istilik əsasən konveksiya və müəyyən qədər istilikkeçirmə 
yolu ilə verilir. 
İstehsalatda baş verən praktiki halların əksəriyyətində istilik isti maye 
axınından soyuq axına istidəyişdirici aparatların istilikötürən divar vasitəsilə 
ötürülür. Bu halda istilik maye axının nüvəsindən divara və əksinə isti divardan 
soyuq meya axınının nüvəsinə eyni zamanda həm konveksiya yolu ilə və həm də 
istilikkeçirmə yolu ilə verilir. İstiliyin bu iki üsulların birlikdə iştirakı ilə 
verilməsinə konvektiv istilikvermə və ya sadəcə olaraq istilikvermə deyilir. 
Konvektiv istilikvermənin sürəti başlıca olaraq istidaşıyıcı axının (isti və soyuq 
axınların) hərəkət sürətlərindən asılıdır. Maye axının nüvəsində sürət böyük 
olduğundan turbulentlik də yüksək olur və nəticədə mayenin bütün hissəcikləri 
yaxşı qarışır, onların arasında istilik mübadiləsi sürətli olur və bütün bunlardan 
asılı olaraq nüvədə temperatur praktiki olaraq sabit qalır. Temperaturun kəskin 
dəyişməsi divar səthləri üzərindəki sərhəd laylarında (δ qalınlıqda) baş verir. Bu 
laylarda mayenin hərəkəti lominar olduğundan sürət kiçik olur, qarışma getmir və 
layda istilik istilikkeçirmə yolu ilə paylanır. Qeyd etmək lazımdır ki, istiliyin 
konveksiya yolu ilə paylanması istilikkeçirmə yolu ilə paylanmasından çox-çox 
sürətli olur. Ona görə də istilikötürmə prosesini sürətləndirmək üçün konvektiv 
istilikverməni sürətləndirmək, istilikkeçirməni isə zəiflətmək tələb olunur. Bundan 
otrü lominar sərhəd layının qalınlığını azaltmaq lazımdır ki, bu da isti və soyuq 
axınların hərəkət sürətini artırmaq yolu ilə əldə olunur. Beləliklə, istidəyişdirici 
aparat daxilində isti və soyuq axınların hərəkət sürətləri nə qədər böyük olarsa 
aparatda istilikötürmə prosesi bir o qədər yüksək olar. Daha doğrusu istilikvermə 
axının hidrodinamik şəraitindən, sürətdən (
𝜔
) və Reynolds ədədindən (Re) asılıdır. 
İstilikvermə yolu ilə verilən istilik miqdarı Nyuton qanununa görə təyin edilir. 
Bu qanuna görə isti axından divar səthinə və ya isti divar səthindən soyuq axına 
konveksiya yolu ilə verilən elementar istilik miqdarı dQ´ , istidəyişdirici səth dF, 
zamanla dτ və maye ilə səth arasındakı temperaturlar fərqi 

t ilə düz mütənasibdir. 
Nyuton qanununun riyazi ifadəsi aşağıdakı kimi yazılır: 
dQ=α dF dτ

t, Cl



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin