Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə36/39
tarix07.01.2024
ölçüsü0,52 Mb.
#208529
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   39
Sənaye-sahələrinin-proses-və-aparatları

 
 
 
 
 


Rektifikasiya prosesi. Rektifikasiya prosesinin fiziki mahiyyəti. 
Xammal texnoloji proseslərdən alınan aralıq əsas məhsullar əksər hallarda 
maye və qaz qarışıqlarından ibarət olurlar. Bu qarışıqları texniki təmiz halda 
komponentlərinə ayırmaq tələb olunur. Yuxarıda tədqiq edilən buxarlanma və 
kondensləşmə proseslərdən heç biri alçaq qaynayan və ya yüksək qaynayan 
komponentləri praktik cəhətdən istənilən miqdarda və kifayət qədər xalis halda 
almağa imkan verir. Bu məsələ yalnız rektifikasiya kalonları deyilən aparatlarda 


aparılan rektifikasiya prosesi vasitəsi ilə həll oluna bilər və bəzən çoxdəfəli 
buxarlandırma və kondensləşmə yolu ilə qatılığın ayrılması kimi izah edilir. 
Rektifikasiya 
prosesi 
eyni 
təzyiq 
şəraitində P=const şəraitində 
komponentlərin müxtəlif temperaturlarda qaynamalarına əsaslanır. Bu proses əks 
axınlı kalon tipli aparatlarda aparılır ki, bunlara rektifikasiya kalonları deyilir. 
Fərz edək ki,єaquli silindrik aparat verilmişdir, onun daxilində müəyyən 
hündürlükdə n sayda kontakt tərtibatları (doldurmalı,boşqablı) quraşdırılmışdır. 
Kalonun aşağı hissəsindən yuxarıya doğru istiqamətdə buxar axını yuxarıdan aşağı 
istiqamətdə isə maye axını hərəkət edir. Kalon boyunca əks istiqamətlərdə hərəkət 
edən bu axınlar kontakt tərtibatlarının səthində görüşürlər, onların arasında 
aşağıdakı üç ardıcıl proses gedir. 
1. Mexaniki proses.
Bu proses maye və buxar fazalarının mexaniki 
qarışmasından ibarətdir. Belə ki, kontakt tərtibatı səthində (üzərində) olan maye 
səviyyəsindən buxar səviyyəsinə keçərkən intensiv qabarcıqlı qarışma prosesi 
yaranır, buna texnikada barbataj hadisəsi deyilir. 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin