yanacaq nasoslarında tətbiq edilməsi bu nasoslarda yanacaq verilişinin keyfiyyətcə yaxşılaşdırılması ilə yanaşı, nəinki
DYM-də, həmçinin maye yanacağı ilə işləyən digər energetik qurğuların işinin təkmilləşdirilməsinə imkan verər.
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
648
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
AZƏRBAYCANDA MÜASİR ALTERNATİV ENERJİ TEXNOLOGİYALARINDAN
İSTİFADƏNİN EKOLOJİ VƏ İQTİSADİ ƏHƏMİYYƏTİ
Fuad MƏMMƏDOV
Azərbaycan Dövlət Neft Akademiyası
fm.solarpower@gmail.com
Son on ildə dünya bazarında “qara qızılın” qiymətinin qeyri-stabil olaraq dəyişməsi ilə bərabər yandırılan ənənəvi
yanacaqlardan atmosferə atılan və “parnik effekti” yaradan tullantı qazlarının planetimizdə iqlim dəyişikliklərinə səbəb
olması, artıq dünyanın bir sıra ölkələrində alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə tələbi artırmışdır. Son
zamanlar beynəlxalq təşkilatlar tərəfindən dünya ölkələrinin “zərərli energetika”-dan uzaqlaşaraq bərpa olunan enerjiyə
doğru istiqamətləndirilməsi geniş vüsət almışdır. Bu baxımdan, Çernobılda və Yaponiyada baş verən fəlakətlərdən sonra
AES-da yaranan qəzaların ardınca böyük miqdarda insan və kapital itkisinin yaranması indiyə qədər davam etməkdədir.
Yaponiyadakı “Fukusima 1” AES-da baş vermiş fəlakətdən sonra dünyanın ən inkişaf etmiş dövlətlərindən biri olan
Almaniya 2020-ci ilə qədər ölkədə olan bütün AES-larının işinin dayandırılmasına qərar vermişdir.
Belə ki, ölkəmizdə ilk növbədə 21 oktyabr 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin
Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması
üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqrama əsasən təyin olunmuş öhdəlik və tapşırıqlar müxtəlif dövlət
təşkilatları tərəfindən həyata keçirilməkdədir. Ənənəvi enerji istifadəçilərinin qeyri-ənənəvi enerji növlərindən yararlanamsı
üçün qurğuların satış qiymətinin aşağı salınması, istehlakçıların həvəsləndirilməsi və maarifləndirilməsi kimi göstəricilər
qabarıq şəkildə həyata keçirilməlidir.
Son bir neçə il ərzində, Azərbaycan Dövlət Neft Akademiyasında neft və energetika sənayesinin bir sıra enerjitutumlu
texnoloji proseslərində alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə elmi-tədqiqat işləri həyata keçirilir. Bu
məqsədlə respublikada ilk dəfə olaraq günəş enerjisi ilə işləyən, azimutal və zenital günəş izləyici sistemlərə malik yüksək
temperaturlu faset tipli paraboloid konsentrator, orta temperaturlu faset tipli parabolosilindirik konsentrator, aşağı
temperaturlu yastı günəş kollektoru və istilik akkumulyasiya edici helioreaktor işlənib hazırlanmış və sınaqdan
çıxarılmışdır.
Hal-hazırda bu günəş energetik qurğularında mədən şəraitində neftli suların təmizlənməsi, dəniz suyunun
şirinləşdirilməsi xam neftin emala hazırlanması, neftin nəqli, laylarda təzyiqin stabil saxlanması, quyulara texniki təmiz isti
suyun vurulması, buxar alınması kimi texnoloji proseslər üçün elmi-tədqiqat işi şəklində təcrübələr aparılır. Bu təcrübələrdə
tədqiq olunan prosesin ənənəvi metodu ilə qeyri-ənənvi metodu arasında texniki-energetik, ekoloji və iqtisadi müqayisələr
üzrə əsaslandırmalar aparılır. Bu energetik qurğuların hamısının yerli məhsullar hesabına hazırlanması, onların maya
dəyərini kifayət qədər aşağı salır ki, bu da özlüyündə alınan enerjinin qiymətinin ucuz başa gəlməsinə gətirib çıxarır. Belə
ki, adı çəkilən texnoloji proseslərin ənənəvi yanacaqlar vasitəsilə həyata keçirilməsi nəticəsində ekoloji fəsadlar meydana
gəlir ki, bu da birbaşa prosesin maya dəyərinə ciddi mənfi təsir göstərir.
Aparılmış son tədqiqat işlərinə əsasən demək olar ki, yüksək potensialına görə, günəş və külək enerjisindən istifadə
edilməsi, bir mənalı olaraq, ekoloji cəhətdən ideal bir enerji mənbəyi olmaqla yanaşı, iqtisadi cəhətdən də, üstünlüklərə
malikdir. Abşeron yarımadasının quru mədənlərində aparılmış təcrübələr göstərir ki, vahid miqdarda əmtəə neftinin əldə
edilməsi üçün sərf edilən ənənəvi enerji növlərinə ilkin halda 60 – 70 % qənaət etmək mümkündür. Lakin, bu prosesləri
kombinə olunmuş bərpa olunan enerji qurğularında aparılması nəticəsində təbii yanacaqları 90 – 100 % əvəz etmək olar.
Aparılmış tədqiqatlara əsasən demək olarki, sənayenin müxtəlif enerjitutmlu texnoloji proseslərində alternativ enerji
mənbələrindən istifadə olduqca aktualdır və böyük ekoloji və iqtisadi əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: