Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1128/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1124   1125   1126   1127   1128   1129   1130   1131   ...   1149
Nəticə.  Göstərilən dozalandırma quruluşlarının və onlarda sikllik yanacaq verilişlərin idarə edilməsi yüksək təzyiqli 

yanacaq nasoslarında tətbiq edilməsi bu nasoslarda yanacaq verilişinin keyfiyyətcə yaxşılaşdırılması ilə yanaşı, nəinki 

DYM-də, həmçinin maye yanacağı ilə işləyən digər energetik qurğuların işinin təkmilləşdirilməsinə imkan verər. 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

648 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

AZƏRBAYCANDA MÜASİR ALTERNATİV ENERJİ TEXNOLOGİYALARINDAN  

İSTİFADƏNİN EKOLOJİ VƏ İQTİSADİ ƏHƏMİYYƏTİ 

 

Fuad MƏMMƏDOV  

Azərbaycan Dövlət Neft Akademiyası 



fm.solarpower@gmail.com 

 

Son on ildə dünya bazarında “qara qızılın” qiymətinin qeyri-stabil olaraq dəyişməsi ilə  bərabər yandırılan  ənənəvi 

yanacaqlardan atmosferə atılan və “parnik effekti” yaradan tullantı qazlarının planetimizdə iqlim dəyişikliklərinə  səbəb 

olması, artıq dünyanın bir sıra ölkələrində alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə tələbi artırmışdır. Son 

zamanlar beynəlxalq təşkilatlar tərəfindən dünya ölkələrinin “zərərli energetika”-dan uzaqlaşaraq  bərpa olunan enerjiyə 

doğru istiqamətləndirilməsi geniş vüsət almışdır. Bu baxımdan, Çernobılda və Yaponiyada baş verən fəlakətlərdən sonra 

AES-da yaranan qəzaların ardınca böyük miqdarda insan və kapital itkisinin yaranması indiyə  qədər davam etməkdədir. 

Yaponiyadakı “Fukusima 1” AES-da baş vermiş  fəlakətdən sonra dünyanın  ən inkişaf etmiş dövlətlərindən biri olan 

Almaniya 2020-ci ilə qədər ölkədə olan bütün AES-larının işinin dayandırılmasına qərar vermişdir. 

Belə ki, ölkəmizdə ilk növbədə 21 oktyabr 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 

Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması 

üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqrama əsasən təyin olunmuş öhdəlik və tapşırıqlar müxtəlif dövlət 

təşkilatları tərəfindən həyata keçirilməkdədir. Ənənəvi enerji istifadəçilərinin qeyri-ənənəvi enerji növlərindən yararlanamsı 

üçün qurğuların satış qiymətinin aşağı salınması, istehlakçıların həvəsləndirilməsi və maarifləndirilməsi kimi  göstəricilər 

qabarıq şəkildə həyata keçirilməlidir. 

Son bir neçə il ərzində, Azərbaycan Dövlət Neft Akademiyasında neft və energetika sənayesinin bir sıra enerjitutumlu 

texnoloji proseslərində alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə elmi-tədqiqat işləri həyata keçirilir. Bu 

məqsədlə respublikada ilk dəfə olaraq günəş enerjisi ilə işləyən, azimutal və zenital günəş izləyici sistemlərə malik yüksək 

temperaturlu faset tipli paraboloid konsentrator, orta temperaturlu faset tipli parabolosilindirik konsentrator, aşağı 

temperaturlu yastı günəş kollektoru və istilik akkumulyasiya edici helioreaktor işlənib hazırlanmış  və  sınaqdan 

çıxarılmışdır.  

Hal-hazırda bu günəş energetik qurğularında mədən  şəraitində neftli suların təmizlənməsi, dəniz suyunun 

şirinləşdirilməsi xam neftin emala hazırlanması, neftin nəqli, laylarda təzyiqin stabil saxlanması, quyulara texniki təmiz isti 

suyun vurulması, buxar alınması kimi texnoloji proseslər üçün elmi-tədqiqat işi şəklində təcrübələr aparılır. Bu təcrübələrdə 

tədqiq olunan prosesin ənənəvi metodu ilə qeyri-ənənvi metodu arasında texniki-energetik, ekoloji və iqtisadi müqayisələr 

üzrə  əsaslandırmalar aparılır. Bu energetik qurğuların hamısının yerli məhsullar hesabına hazırlanması, onların maya 

dəyərini kifayət qədər aşağı salır ki, bu da özlüyündə alınan enerjinin qiymətinin ucuz başa gəlməsinə gətirib çıxarır. Belə 

ki, adı çəkilən texnoloji proseslərin ənənəvi yanacaqlar vasitəsilə həyata keçirilməsi nəticəsində ekoloji fəsadlar meydana 

gəlir ki, bu da birbaşa prosesin maya dəyərinə ciddi mənfi təsir göstərir.  

Aparılmış son tədqiqat işlərinə  əsasən demək olar ki, yüksək potensialına görə, günəş  və külək enerjisindən istifadə 

edilməsi, bir mənalı olaraq, ekoloji cəhətdən ideal bir enerji mənbəyi olmaqla yanaşı, iqtisadi cəhətdən də, üstünlüklərə 

malikdir. Abşeron yarımadasının quru mədənlərində aparılmış  təcrübələr göstərir ki, vahid miqdarda əmtəə neftinin əldə 

edilməsi üçün sərf edilən ənənəvi enerji növlərinə ilkin halda 60 – 70 % qənaət etmək mümkündür. Lakin, bu prosesləri 

kombinə olunmuş bərpa olunan enerji qurğularında aparılması nəticəsində təbii yanacaqları 90 – 100 %  əvəz etmək olar.  

Aparılmış  tədqiqatlara  əsasən demək olarki, sənayenin müxtəlif enerjitutmlu texnoloji proseslərində alternativ enerji 

mənbələrindən istifadə olduqca aktualdır və böyük ekoloji və iqtisadi əhəmiyyətə malikdir.  

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1124   1125   1126   1127   1128   1129   1130   1131   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin