II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
640
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
prosesdə olduğu kimi məhsullar üzrə rentaberliyin təmin edilməsində də bilavasitə nəzarət üslubuda son dərəcə
əhəmiyyətlidir. Burada yalnız müəssisənin uğuruna təsir edən xarici amillər deyil, həmçinin düzgün və çoxistiqamətli daha
dolğun analizlərin həyata keçirməsindən və düzgün informasiya kommunikasiyaların təşkilindən söhbət gedir. Müəssisənin
strateji məqsədlərinin təmin edilməsi operativ nəzarətin mövcudluğu ilə bağlıdır. Bu baxımdan operativ kontrollinqin
mühüm aləti olan ABC təhlillin fəaliyyət mexanizmi müəyyənləşdirilməlidir. Operativ kontrollinqin bu aləti daha çox gəlir
gətirən məhsul çeşidin müəyyən etməyə və əsas diqqəti ona yönəltməyə, eyni zamanda digər, az gəlirli olan və ya
ümumiyyətlə itkiyə səbəb olan çeşidlər ilə barədə önləyici qərarların qəbuluna istiqamətlənmişdir.
Əsası 1906-cı ildə İtalyan iqtisadçı Pareto tərəfindən qoyulmuş ABC təhlilin əsas məqsəd təhlil olunan təsərrüfat
subeyktində istehsal olunmuş məhsul növlərini və ya xidmət sahələrini ən çox satılandan ən az satılana görə kateqoriaylarla
qruplaşdırıb, hər bir məhsulun satışda payını müyyənləşdirib, cəmi satışa əsasən bütün məhsulları A- çox satılan, B-orta
satışlar, C-aztılan olmaqla üç kateqoriyaya bölməkdir. Əlbəətdə biz məhsul anlayışını ABC analizin mahiyyətinin başa
düşlən olması üçün şətri qeyd etdik. Nəzərə almaq lazımdır ki, təhlilin bu növü təkcə məhsul satışını yox, bütünlükdə
təsərrüfat subyektinin ayrı-ayrı sahələrini əhatə edir. Analitik umumilləşdirmə nəticəsində əminliklə demək olar ki, operativ
kontrollinq sistemi çərçivəsində ABC təhlil aşağıdakı istiqamətlərdə aparılmalıdır:
Müəssisə daxili nomenklaturuna təhlili;
Əsas müştərilərin müəyyənləşdirilməsi;
Anbarda materialların saxlaması prosesinin optimallaşdırılması;
Müstərilərə xidmətin strategiyasının təhlili;
Anbar qalıqlarının həcminin optimallaşdırılması;
Xidmət sferasının və istehsal proseslərinin optimallaşdırılması;
Marketinq fəaliyyətlərinin optimallaşdırılması;
Büdcə xərclərinin optimallaşdırılması.
İqtisadi ədəbiyyatlarda Pareto qanunu (20/80 nisbəti) kimi izah olunan ABC təhlilin aparılmasının aşağıdakı müsbət
xüsusiyyətlərinin olması operativ kontrollinq fəaliyyətinin mühüm alətlərindən birinə çevrilməsinə gətirib çıxarır (cədvəl 1)
ABC təhlilin üstünlükləri
Məzmunu
Sadəlik və şəffaflıq
Bu metodun istifadəsi rahat, etibarlı, başa düşüləndir. Qısa zaman
ərzində bu cür təhlili aparmaq mümkündür.
Universal yönümlü olması
ABC təhlil vahid prinsip üzərində qurulan çox funksinal təhlildir.
Yuxarıda sadalan istiqamətlər üzrə təhlil apararkən ABC metodan
istifadə etmək olar.
Avtomatlaşdırmış uçota
ehtiyac olmaması
Digər təhlil növləri mürəkkəb xarakterli ERP sistemlərinin olmasını,
komputer proqramlarını və s. tələb etsən təhlil mürəkkəblik
hesablamalar ilə dolu olsada ABC təhlil bir mənalı olaraq kağız,
kalkulyator və ya excel vasitəsi ilə icra oluna bilər.
Resursların optimallaşdırması
ABC təhlildən istifadə vaxta və əmək resurslarına qənaət, qərar
qəbulunu təhlil nəticə əldə edilmiş elementlərlə əsaslandırmaq və
istehsal təsərrüfat fəaliyyətini düzgün istiqamətə yönəltmək
Cədvəl 1. Operativ kontrollinqdə ABC təhlilin aparılmasının üstünlükləri
Qeyd olunanları diqqət mərkəzində saxlayaraq fikirmizcə bu gün Respublikamızda fəaliyyət göstərən müəssisələr belə
bir təhlili mütəmadə olaraq aparmalı və qərar qəbulunda rəhbərlik üslübunun bazasına çevrilməlidir ki, ABC təhlil xüsusi
olaraq məqsədyönlü və qənaətli tədbirlərin həyata keçirilməsinə imkan versin. Bu isə kontrollinq konsepsiyası çərçivəsində
son nəticədə üstəlik xərclərin uçotuna və idarəedilməsinə yönəlməklə yanaşı, uçot siyasətinin yeni forması kimi, istehsal
təsərrüfat fəaliyyətinin bütün aspektlərini əhatə etməlidir.Müəssisələrin qloballaşan dünya iqtisad sisteminə inteqrasiya
olunduğu bir vaxtda təkcə ABC analizlə kifayətlənmək olmaz. Bununla yanaşı müasir kontrollinqin XYZ, FMR və VEN-
analiz kimi mühüm alətləri öyrənilməli, müəssisənin profilinə uyğun olaraq bu analizlərin aparılması metodologiyası
müəyyənləşdirilməlidir.
Dostları ilə paylaş: |