II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
647
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Dozalandırıcı plunjer 18, irəli-geri hərəkətin mümkünlüyü ilə, hidravlik başlığın gövdəsinin silindrik yuvasında 19
yerləşdirilib və silindrik yuvanın qurtaracağına yay 20 ilə sıxılıb, hansı ki, kanalın 17 köməyi ilə rotor-paylayıcının
oymasının 16 həcmi ilə əlaqələnib və oradan da onun mərkəzi kanalı vasitəsilə vurma həcmi 13 ilə birləşdirilmişdir. Kanal
17 dozalandırıcı plunjerin eninə kəsiyi ilə eyni olan keçid kəsiyinə malikdir, bu da dozalandırıcı plunjerin yerdəyişməsi
zamanı azad olunan həcmi vurma həcminin bir hissəsi kimi nəzərdən keçirməyə imkan verir. Dozalandırıcı plunjerin gedişi
vəziyyəti dəyişdirilə bilən məhdudlaşdırıcı ilə məhdudlaşdırılır. Silindrik yuvanın həcmi 19 dozalandırıcı plunjerin o biri
tərəfindən onunla onun gedişinin məhdudlaşdırıcısı arasında kanal 22 vasitəsilə aşağı təzyiq sistemi ilə əlaqələnmişdir.
Hidravlik başlığın gövdəsinin üzükvari qanovunda 23 bu qanovda fırlanma hərəkətinin mümkünlüyü ilə tənzimləyici üzük
24 quraşdırılmışdır. Dozalandırıcı plunjerin gedişinin məhdudlaşdırıcısının qurtaracağı tənzimləyici üzüyün maili hissəsinə
25 dirənir.
Şək. 3, b-də maili hissə tərəfdən görünməklə dozalandırıcı quruluşlu tənzimləyici üzük ayrılıqda göstərilmişdir.
Quruluş aşağıdakı kimi işləyir.
Yanacaq alçaq təzyiq sistemindən hidravlik başlıqdakı doldurucu kanala 10 daxil olur. Sorma fazası vaxtı hidravlik
başlıqdakı doldurucu kanalın yuvası rotor-paylayıcının kanallarının yuvalarının biri ilə üst-üstə düşür və yanacaq rotor-
paylayıcının daxili həcminə daxil olur. Bu zaman mərkəzdənqaçma qüvvələrinin və müəyyən periodlarda üzüyün
yumruqcuq profilinə yanacağın təzyiq qüvvələrinin təsiri ilə sıxılan itələyicili və rolikli plunjerlər aralanırlar.
Vurucu plunjerin bir vurma gedişində vurulan yanacağın nəzəri həcmi, yanacağın sıxılmasını nəzərə almadan,
doldurucu kanal yuvasının tam örtülməsi anının vurucu plunjerin kəsmə yuvasının açılması anı ilə və dozalandırıcı plunjerin
boşaltdığı həcmin fərqinə bərabərdir:
D
D
K
VP
V
Y
h
f
h
h
f
V
, mm
3
. (1)
Burada:
V
f
və
D
f
— uyğun olaraq vurucu və dozalandırıcı plunjerlərin eninə kəsik sahələri, mm
2
;
VP
h
və
K
h
— uyğun olaraq doldurucu kanal yuvasının tam örtülməsi anında və vurucu plunjerin kəsmə yuvasının
açılması anında vurucu plunjerin qalxma hündürlüyü, mm;
D
h
— dozalayıcı plunjerin gedişi, mm.
Göründüyü kimi, (1) formuluna daxil olan bütün parametrlər,
D
h
istisna olmaqla, nasosun verilən konstruksiyası üçün
dəyişməzdir. Dozalayıcı plunjerin məhdudlaşdırıcısının gedişinin vəziyyətini dəyişməklə dozalayıcı plunjerin gedişini,
bununla da püskürülən yanacağın sikllik dozasını
D
h
dəyişmək olar. (1) ifadəsinə görə
D
h
-nin aşağıdakı ifadə ilə təyin
edilən qiymətlərində yanacaq verilişi tam kəsilir:
K
VP
D
V
D
h
h
f
f
h
. (2)
a) b)
Şək.3. Təklif olunan dozalandırma quruluşlu daxili silindrik profilli yumruq mexanizmi olan rotorlu paylayıcı tip
yüksək təzyiqli yanacaq nasosunun sxemi.
Dostları ilə paylaş: |