Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1135/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1131   1132   1133   1134   1135   1136   1137   1138   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

652 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

temperaturunu - Ac1-i azaldır və Ar1-i isə yüksəldir. Bu bilavasitə qızdırılma və soyudulma dərəcələrinin  azalması ilə baş 

verir və məsaməli materialın termodinamiki dayanıqlığının azalmasında özünü büruzə verir. 

Bir sıra tədqiqatlarda məsaməli poladlarda termiki emalda böhran nöqtələri vəziyyətinin dəyişməsi barədə məlumatlar 

və bu effektə məsaməliyin (θ) təsiri verilmişdir.  

Bu tədqiqat işində yuxarıda göstərilən tədqiqatlardan fərqli olaraq bişirmə  və sementitləmə proseslərinin birlikdə 

aparılması  nəticəsində alınmış  dəmir  əsaslı ovuntu konstruksiya poladların termiki emal rejimlərinə  və xassələrə 

məsaməliyin təsiri ilk dəfə olaraq işlənmişdir. Tədqiqat zamanı bişirilmə ilə birlikdə sementitləmənin aparılması ЖГр0,65, 

ЖГр0,65Х, ЖГр0,65М, ЖГр0,65МН markalı məsaməli konstruksiya poladlarında yerinə yetirilmişdir. Göstərilən ovuntu 

konstruksiya materiallarında məsaməlik 13-25% olmuşdur.  

Müxtəlif məsaməliyə malik bişirilmiş  dəmir  əsaslı  ЖГр0,65 markalı ovuntu poladının ifrat soyudulan austenitinin 

parçalanma kinetikası qanunauyğunluğu müəyyən edilmişdir (C-şəkilli  əyri qurulmuşdur).  Əyridən göründüyü kimi 

nümunələrdə məsaməliyin artması ilə ifrat soyumuş austenitin dayanıqlığı azalır, bu da C-şəkilli əyrinin sola doğru yerini 

dəyişir. Əyrinin bu halı və formasının məsaməlikdən belə asılılığını məsaməli austenitin böyük səth enerjisinə malik olması 

və kompakt poladla müqayisədə termodinamiki cəhətdən az dayanıqlı olması ilə izah edilə bilər.  

Dəmir və  dəmir  əsaslı  ЖГр0,65 ovuntu poladının ifrat soyudulmuş austenitin minimal dayanıqlığının, tablanmanın 

böhran sürətinin və martensit çevrilməsinin başlanğıc temperaturunun məsaməlikdən asılılıq qrafikindən görünür ki, 

bişirilmiş poladın məsaməliyi artdıqca ifrat soyudulmuş austenitin dayanıqlığı azalır, ancaq martensit çevrilməsinin 

başlanğıc temperaturu yüksəlir. Digər tərəfdən məsaməliyin artırılması tablandırmanın böhran sürətini yüksəldir, lakin 

legirlənmə dərəcəsinin yüksəldilməsi zamanı məsaməliyin tablandırmanın böhran temperaturuna təsiri zəifləyir.  

Nəticə. Ovuntu konstruksiya poladların termiki emalının ümumi qanunauyğunluq-larının əsas xüsusiyyətlərindən biri 

məsaməlik və digər struktur qüsurlarıdır. Bu isə böhran nöqtəsinə və austenit çevrilməsinə təsir edən amil sayılır.  

Müəyyənləşdirilmişdir ki, faza çevrilmələrinin istənilən növlərinin kinetikası kristallaşma mərkəzlərinin yaranma 

sürətilə müəyyən edilir. Məsaməliyin yüksəldilməsi çevrilmənin böhran temperaturunu Ac1 azaldır və Ar1 isə yüksəldir. İlk 

dəfə olaraq bişirilmə ilə birlikdə aparılan sementitləmənin materialın termiki emal rejimlərinə  və xassələrinə  təsiri 

öyrənilmişdir. 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1131   1132   1133   1134   1135   1136   1137   1138   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin