OVUNTU KONSTRUKSİYA POLADLARININ TERMİKİ EMAL PROSESİNƏ
MƏSAMƏLİYİN TƏSİRİ XÜSUSİYYƏTLƏRİ
Taryel TAĞIYEV
Azərbaycan Dövlət Neft Akademiyası
s.m.mustafayev@gmail.com
Ovuntu poladların termiki emalının ümumi qanunauyğunluqları cəhətdən öz xüsusiyyətləri vardır. Bu isə məsaməlik və
digər struktur qüsurları ilə bağlı məsələlərə aid edilir.
Məsaməliyin və yüksək miqdarda mikroqüsurların ovuntu poladlarda olması böhran nöqtələrin vəziyyətinə,
austenitləşməyə və ifratsoyudulmuş austenitin çevrilməsinə təsir edir.
Məlum olduğu kimi istənilən faza çevrilmələrinin kinetikası kristallaşma mərkəzlərinin yaranma sürətilə müəyyən
edilir. Ovuntu poladında böyük miqdarda makro və mikroqüsurların olması yeni fazaların kristallaşma mərkəzlərinin az
enerji hesabına yaranmasına səbəb olur və proses yüngülləşdirilir. Məsaməliyin yüksəldilməsi çevrilmənin böhran
|