Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1133/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1129   1130   1131   1132   1133   1134   1135   1136   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

651 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

istismarına və daşınmasına sərf edilir. Təbii sərvətlər tamamilə istismar edilib tükəndikdə isə  sənaye qısa zamanda 

strukturunu dəyişə bilmir. XVIII əsrin sonlarında bir sıra neft hasil edən dövlətlər bu vəziyyətə düşmüşdülər.  

“Holland sindromu”  Hekşer - Olinin nəzəriyyəsinə əsaslanan iqtisadi bir fenomen olaraq praktik müstəvidə böyük neft 

hasilatçısı olan bir sıra ölkələrdə, daha qabaritli formada isə Niderlandda empirik sınaqdan keçmişdir. İzafi qaz potensialını 

ixracata yönəltməklə büdcəni və iqtisadiyyatını bilmərəkdən müvafiq resursun inhisarına buraxan Niderlandda gəlir artımı 

qeyri-ticari əmtəənin istehsal tələbinin genişlənməsinə gətirmiş və ənənəvi ixracat yönümlü emal sənayesi sahələrində isə 

istehsalın məhdudlaşması  nəticəsində ölkədə çatışmayan  əmtəələrin idxalının yüksəlişinə  səbəb olaraq davamlı böhranla 

müşaiyət olunmuşdur. “Holland sindromu” gerçəkdən ayrı-ayrı zamanlarda müxtəlif səviyyədə Norveç, İngiltərə, 

Meksikada, Səudiyyə Ərəbistanı, Nigeriya və s. böyük neft ölkələrində yaşanmışdır. 

“Holland sindromu” termininin meydana gəlməsi ötən  əsrin 50-ci illərinin sonu, 60-cı illərinin  əvvəllərində  Şimal 

dənizinin Hollandiyaya məxsus sektorunda təbii qaz yataqlarının kəşfi ilə əlaqədardır. O dövrdə ölkədən təbii qaz ixracının 

kəskin artması milli valyutanın əhəmiyyətli dərəcədə möhkəmlənməsinə  gətirib çıxarmışdı ki, bu da digər ixrac yönümlü 

sahələrə özünün mənfi təsirini göstərmişdir. Ölkə qaz yataqlarının istismarı və qaz sektorunu inkişaf etdirmək məqsədi ilə 

insan və kapital resurslarını kütləvi  şəkildə bu sektora yönəltməyə  başlamışdır. Qaz sektorunun sürətli inkişafı  qısa 

zamanda ölkəyə böyük gəlirlər gətirməsi nəticəsində qeyri-ixtiyari olaraq resurslar qaz sektoruna yatırılmışdır. Artıq 

insanlar aqrar və xidmət sektorlarında yox, qaz sektorunda işləməyə  səy göstərməyə başlamışdılar. Buna səbəb kimi 

kapitalın qaz sektoruna və ona yaxın olan sahələrə axması qaz sektorunda əmək haqqı və rentabelliyin yüksək olması misal 

göstərilə bilər. Digər tərəfdən məsələni qəlizləşdirən amillərdən biri kimi holland hökümətinin əldə edilən gəlirlərin iri bir 

hissəsini əhalinin sosial yönümdən dəstəklənməsinə yönəltməsi olub.  Hətta bəzən işsizlik üçün verilen müavinətin həcmi 

kənd təsərrüfatında işləyən aqronomun aldığı  əmək haqqından yüksək olmuşdur. Bütün bu amillərin təsiri altında ölkə 

iqtisadiyyatının digər sektorlarının inkişafı  zəifləmiş  və ya ümumiyyətlə dayanmış, ölkə iqtisadiyyatı birtərəfli inkişaf 

etməyə başlamışdır. 

“Holland sindromu” termini ilə yanaşı iqtisadi lüğətdə “Qroningen effekti” termini də yer alır ki, hər iki fenomen 

demək olar, eyni mənanı daşıyır. Sadəcə olaraq "Qroningen effekti" ümumilikdə ölkədən daim xammal ixracı nəticəsində 

(xüsusilə,  əgər həmin xammal dünya bazarında yüksək tələbat obyektidirsə) ölkənin milli valyutasının xarici valyutalara 

nisbətən bahalaşmasıdır ki, bunun da nəticəsində ölkə iqtisadiyyatının digər sahələri (qeyri-xammal) ixrac prosesində iştirak 

etməməklə yanaşı, xarici istehsalçıların milli bazardakı  rəqabətlərinə  də tab gətirə bilmir. Nəticədə olkə xammal 

ixracatçısına çevrilir ki, bu da sonralar həmin resursların tükənməsi  şəraitində ölkə iqtisadiyyatının böhran yaşamasına 

gətirib çıxara bilər. “Holland sindromu” termini “Qroningen effekti” termininin daxilində yer alır və digər termindən fərqli 

olaraq sırf  neft-qaz sahəsinə aid edilir . Ümumiyyətlə bu iqtisadi konsepsiya “Holland sindromu” adı ilə daha məşhur olsa 

da, “Qroningen effekti” xəstəliyinə tutulan ölkələr də az deyil. Bu sindrom  özünü iqtisadi amillərin (kapital, emek, insan 

resursu və s.) konkret bir sektorda cəmləşdiyi ölkələrdə göstərir. Misal olaraq, mis hasilatı ilə Çilini, banan yetişdirməklə 

Ekvadoru, kakao və kofe ixracatı ilə Fil Dişi Sahillərini və s.-ni göstərmək olar. 

Holland sindromu bütünlükdə istehsal sektorunun sadəcə təbii sərvətlərdən asılılığını yaradır və digər sahələrin inkişaf 

perspektivini azaldır. Bu halda iqtisadiyyatda süni canlanma meydana gəlir, kapital qoyuluşu təbii sərvətlərin istismarına və 

daşınmasına sərf edilməsi ilə yanaşı, ölkə xammal ixrac edən ölkəyə çevrilir. Təbii sərvətlər tamamilə istismar edilib 

tükəndikdə isə sənaye qısa zamanda strukturunu dəyişə bilmir. XVIII əsrin sonlarında bir sıra neft hasil edən dövlətlər bu 

vəziyyətə düşmüşdülər. Holland sindromunun baş verməsini  əngəlləmək üçün kapital qoyuluşu sənayenin bütün sahələri 

üzrə balanslı və tədricən paylanmalı, əldə edilən gəlirin düzgün istiqamətləndirilməsli və sənayenin inkişaf  etdirilməlidir. 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1129   1130   1131   1132   1133   1134   1135   1136   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin