Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1131/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1127   1128   1129   1130   1131   1132   1133   1134   ...   1149
 

 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

650 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

NANOTEXNOLOJİ ÇÖKDÜRMƏ METODU İLƏ DƏMİR ƏSASLI 

KOMPOZİSİYA MATERİALININ LEGİRLƏNMƏSİ 

 

Səyami HÜSEYNOV 

Azərbaycan Dövlət Neft Akademiyası 



seyami.nano@gmail.com

 

 

Dəmir  əsaslı ovuntu materialın borla legirlənməsi üçün ilk dəfə olaraq Abşeron yarmadasının palçıq vulkanından 

alınmış bor turşusunun perspektivliyi müəyyənləşdirilmiş, bu ideya əsasında Fe-B sistemli kompozisiya materialları sinifi 

yaradılmışdır. 

Ovuntu materialın müntəzəm strukturunu təmin edən bor turşusunun  şixtəyə  həlledicidən nanotexnoloji çökdürülmə 

yolu ilə daxil edilmə texnologiyası işlənmiş və bu texnologiya Azərbaycan Respublikasının patentinə layiq görülmüşdür.  

Bor turşusundan istifadə etməklə yüksək texnoloji, mexaniki və tribotexniki xassələrə malik dəmir  əsaslı ovuntu 

material alınmasının elmi-metodoloji əsasları işlənmişdir.  

Müxtəlif sinif metallik materialların alınmasında bor elementi mikrolegirləyici, ya da doldurucu kimi geniş istifadə 

edilir. Birinci halda bor metalın və ya ərintinin strukturunu xırda dənəli etməklə onun bəzi xassələrini kəskin surətdə 

yaxşılaşdırır. İkinci halda isə strukturu xırdalamaqla yanaşı bor həm də səth qatlarında boridlər, nitridlər və karbidlər kimi 

yüksək bərkliyə malik fazalar yaratmaqla materialın işçi səthinə keyfiyyətcə yeni çalar verir. Onun yeyilmə, korroziyaya və 

digər təsirlərə qarşı müqavimətini kəskin surətdə artırır. Ona görə  də son zamanlar tədqiqatçılar bu elementdən istifadə 

etməklə yeni materialların sintez edilməsinə xüsusi önəm verirlər. 

Bor turşusunun məhluldan çökdürülməsi ilə hazırlanan Fe-H3BO3 şixtəsinin dəmir  əsasdan formalaşma prosesi 

müvafiq sxem üzrə baş verir. Dəmir ovuntu zərrəciyinin səthində müxtəlif formada və ölçüdə mikroboşluqlar, yarıqlar və s. 

hesabına məhlulda olan bor turşusu zərrəciklərinin aktiv hərəkəti və dəmir zərrəcik tərəfindən kapilyar qüvvələr sayəsində 

çökmə sürətlə yerinə yetirilir. Belə bir üsulla şixtənin hazırlanması nəticəsində dənələrarası məsamədə və dənə səthindəki 

əlavə çökük və yarıqlarda eyni quruluşda bor turşusunun yerləşməsi baş verir. Bu isə digər üsullarla müqayisədə bor 

turşusunun  şixtədə tam bərabər paylanmasına və seqreqasiyanın baş verməsinə  gətirir. Çünki məhlul  şəklində  şixtəyə 

qatılmış bor turşusu yağlayıcılıqla bərabər yapışqanlıq qabiliyyətinə malik olduğundan o, qarışdırma prosesində  dəmir 

zərrəciklərin üzərinə adsorbsiya edir. Yəni texnoloji sürtkü olan sink stearatı kimi özünü aparır. Lakin sink stearatından 

fərqli olaraq bişirmə prosesində bor turşusu parçalandıqdan sonra bor atomar vəziyyətə  gəlir, onun aktivləşmə enerjisi 

kəskin yüksələrək dəmirə diffuziya edir və onu legirləyir. Bor turşusunun şixtədə özünü yağlayıcı kimi aparması hesabına 

prespəstahların sıxlığı  kəskin artır və aydındır ki, məsaməlik uyğun olaraq azalır, nəticədə hazırlanma prosesini 

yaxşılaşdırır, onun fiziki-mexaniki və digər xassələri yüksəlir. 

Belə şixtədən hazırlanmış nümunə və ya məmulatlar bişirildikdə bütün dəmir zərrəcikləri borlanaraq bircinsli struktur 

əmələ gəlir və borun materialın həcmində bərabər paylanmasına nail olunur. Yeni üsulla alınan müxtəlif tərkibli dəmir-bor 

kompozisiyasının struktur quruluşu, nisbi sıxlığı  və ümumi bərkliyinin nəticələri bircins kompozisiya alındığını 

təsdiqləmişdir. 

Dəmir-bor ovuntu kompozisiyasının fiziki-mexaniki xassələrinə və borid qatlarının formalaşmasına texnoloji rejimlərin 

təsirini öyrənmək üçün müasir tələblərə cavab verən metodlar tətbiq edilmiş, tədqiqat üçün müvafiq forma və ölçülü 

nümunələr hazırlanmış, onların həndəsi parametrlərinin, bərklik, sıxılmada,  əyilmədə möhkəmlik, zərbə özlülüyü 

öyrənilmişdir. Mexaniki xassələrin yüksəlməsi legirləyici element olan borun kompozisiyanın həcmində bərabər paylanması 

ilə izah edilir. 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1127   1128   1129   1130   1131   1132   1133   1134   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin