İNKİŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏRİN İDXAL ƏVƏZLƏYİCİ
SƏNAYELƏŞMƏ STRATEGİYASI UĞURLUDURMU?
Altay İSMAYILOV
Qafqaz Universiteti
aismayilov@qu.edu.az
İqtisadi ədəbiyyatda inkişaf etməkdə olan ölkələrin (İEOÖ) sənayeləşmə strategiyası əsasən iki başlıq altında ələ alınır.
Bunlar:
İdxal əvəzləyici sənayeləşmə, ixracata əsaslanan sənayeləşmə strategiyalarıdır.
Burada idxal əvəzləyici sənayeləşmə strategiyasının İEOÖ-lərdə tətbiqinin uğurlu olub olmaması nəzəri aspektdən ələ
alınacaqdır.
İdxal əvəzləyici sənayeləşmə, iqtisadiyyatda xaricdən idxal edilən məhsulların, qoruyucu və təşviq edici siyasət
tədbirlərilə ölkə daxilində istehsal edilməsini təmin etməyə çalışan sənayeləşmə strategiyasıdır. Bu strategiyanın xüsusilə
İEOÖ-lərə çəkici görünən bəzi tərəfləri mövcüddür. Belə ki, burada məsələ daxili bazarda hal-hazırda mövcüd olan bir
tələbin ödənilməsidir. Halbuki xarici bazarlar üçün istehsal həyata keçirmək o qədər asan deyildir. Çünkü xarici bazarlara
çıxmaq üçün müəyyən səviyyədə bilik, texnologiya və təcrübə lazımdır ki, bu da İEOÖ-lərin ən zəif cəhətlərindən sayılır.
Ümumiyyətlə sənaye inqilabına ilk öncə nail olanların xaricində qalan ölkələrdə milli sənayenin idxal əvəzləyici
sənayeləşmə strategiyası ilə qurulduğu irəli sürülən iddialardandır. Bu baxımdan İEOÖ-lərin iqtisadi inkişafında,
sənayeləşməsində bu strategiyanın ortaya çıxması təbii qəbul edilə bilər. Əlavə olaraq, bu ölkələrin sözü edilən strategiyaya
yönəlmək istəmələrinin bir digər səbəbi də, istehsalda nisbi üstünlüyə sahib olduqları, ancaq qiymətləri tez-tez dəyişmələrə
məruz qalan və tələblərinin gəlir elastikliyinin nisbətən kiçik olduğuna inanılan bir -neçə malın ixracatından asılılıqlarını
azaltmaq istəkləridir.
İdxal əvəzləyici strategiyanın ilkin mərhələsində gündəlik istehlak mallarının, daha sonra isə yarımfabrikat və
investisiya mallarının ölkə daxilində istehsalının həyata keçirilməsi olmaqla iki mərhələdə reallaşdırılabiləcəyi nəzərdə
tutulur. Bu strategiyanın seçimində ən məqbul göruşlərdən biri "gənc sənaye" yanaşması olmuşdur. Əsası F.Listə qədər
gedib çıxan bu yanaşmaya görə, sənayeləşmənin başlanğıcında istehsalda parça başına düşən xərclərin yüksək olması
qaçınılmaz olduğu üçün yeni qurulan sənayelərin müəyyən bir müddətə qədər xarici rəqabətdən qorunması lazımdır. Listə
görə bu qorunma adı keçən sənayelərin xarici rəqabətə dayanaqlı hala gəlməsinə qədər davam etməlidir.
|