İş yerində baş verən xoşagəlməz hadisələrin 90%-i təhlükəsiz davranış qaydalarına riayət etməmək səbəbindən baş
verir. Əksər şirkətlər belə halların aradan qaldırılması üçün DYT - davranışa yönəlik təhlükəsizlik proqramları tətbiq edirlər
(BBS – Behavior Based Safety). Davranışa yönəlik təhlükəsizlik proqramları insan davranışlarının real dünya problemlərinə
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
664
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
olan təsirini öyrənir. DYT, insanlar nə edirlər, bunu nəyə görə edirlər kimi faktorların üzərində fokuslaşır və aparılmış
tədqiqatlar nəticəsində əldə edilmiş informasiyaya əsasən insanlar nə etməlidir sualına cavab tapmaqda kömək edir. Yəni iş
mühitində edilmiş səhvlər araşdırılır - bu səhvlər nədir, səhvləri yaradan səbəblər hansılardır və nəticədə bu səhvlərin
təkrarlanmaması üçün təkliflər verilir.
DYT proqramının səmərəli olması üçün o, şirkətin bütün işçilərini əhatə etməlidir. Buraya şirkətin rəhbərindən (CEO)
tutmuş ən adi işçiyə qədər hamı aiddir, bu saat, maaş, bir qrup işçi kimi göstəricilərlə məhdudlaşmamalıdır. Proqram əgər
tətbiq olunursa və insanlarım davranışında dəyişiklik əldə etmək istəyirsinizsə, mütləq şirkətin ümumi siyasətində,
sistemində və prosedurlarında da dəyişikliklər etmək lazımdır. DYT proqramı şəxslərə və ümumi biliklərə görə idarə
olunmur. Bu sistemin tətbiqi üçün elmi əsaslar olmalıdır.
Davranışa yönəlik təhlükəsizlik proqramının tətbiq edilməsinin əsas məqədləri aşağıdakılardır:
İşçiləri təhlükəsiz davranış qaydalarından agah etmək və təhlükəsiz davranış qaydalarına riayət etməklə hadisə və
xəsarətlərin qarşısının alınmasında hansı faydaların olacağını göstərmək
İş yerində davranışın təhlükəsiz davranışla əvəz olunması, təhlükəli davranış qaydalarının qarşısının alınması
Bütün sahələrdən olan işçilərə təhlükəsiz davranış qaydalarını öyrətmək
İşçiləri təhlükəsiz davranış qaydalarına riayət etməyə həvəsləndirmək və bu sahədə özünü nümunəvi aparan işçiləri
mükafatlandırmaq
Təhlükəsiz iş mühitinin yaradılması, inkişafı və gücləndirilməsi
Bütün işçilər arasında ünsiyyət və qarşılıqlı əlaqənin təmin edilməsi
İşçilərə təhlükəsizlik qaydalarını aşılamaq və iş mühitində bu qaydalara riayət etmələrini təmin etmək
Bütün işçilərə əgər həmin işin görülməsi hər hansı bir təhlükəyə yol açacaqsa bu işi dayandırmaq, eyni zamanda hər
hansı işçi özünə və ətrafındakı şəxslərə qarşı müəyyən bir təhlükəyə səbəb olacaq iş görərsə onun da qarşısısının alışması
üçün səlahiyyət vermək
Bizim işimizdə mütəxəssis və ya istifadə etdiyimiz texnologiyaların mütərəqqiliyindən asılı olmayaraq, təhlükəsiz
davranış sərgilədiyimiz anda qəza və ya xəsarət qaçılmaz olacaqdır. 5 əsas davranış kateqoriyası var ki, bizim iş mühitində
təhlükəsizlik baxımında mühüm əhəmiyyət kəsb edir, onlar:
PPE (personal protective equipment), şəxsi qoruyucu ləvazimatlarla davranış qaydaları - buraya işçilərin gördüyü işdən
asılı olaraq, istifadə etdikləri gündəlik ləvazimatlardan istifadə qaydaları aiddir. Əllər və baş hissə açıq qalmaqla, bədənin
bütün hissələrini örtən geyimlər, dəmir örtüklü təhlükəsiz ayaqqabılar, gözü müxtəlif şüa və zədələrdən qoruyan eynəklər,
təhlükəsizlik dəbilqələri, müxtəlif növ əlcəklər, səs təhlükəsizliyini təmin edən cihazlar, yıxılma əleyhinə avadanlıqlar və s.
bu sıraya aiddir. Hər bir işçi öz sahəsinə müvafiq olaraq ləvazimatlarından istifadə qaydalarını dəqiq bilməlidir.
Ümumi davranışlar – buraya işçilərin öz işinə və ətrafına təhlükəsiz yanaşma tərzi aiddir. Belə ki, hər bir çalışan öz
işində məsuliyyətli, ədalətli, vicdanlı, öyrənən və öyrətən və bu kimi digər insani keyfiyyətlərə sahib olmalıdır ki,
təhülükəsizlik qaydalarını, prosedurunu dərk etsin və tətbiq etməkdə maraqlı olsun
Alətlər və avadanlıqlarla davranış qaydaları – praktikada daha çox hadisə və xəsarət halları məhz işçilərin
tabeçiliklərində olan avadanlıqlar və cihazlarla təmasda diqqətsiz davranması səbəbindən baş verir. Buna görə də hər bir
çalışan istifadə etdiyi cihaz və ya avadanlığın istismar qaydalarını dərindən bilməli və bir an olsun belə diqqətini
yayındırmamağa çalışmalıdır.
Bədənin vəziyyəti – işçilər pilləkənlərdən, qaldırıcılardan istifadə edərkən və ya hər hansı əşyanın daşınması zamanı
bədənin vəziyyətinə diqqət yetirməlidir. (əyilmək, oturmaq, ayaqüstə dayanmaq və s.)
Prosedurlar – hər bir işin əvvəlcədən müəyyən edilmiş bir ardıcıllığı, bir proseduru var. Hər bir çalışan bu prosedurlara
əməl etməli, onları dəyişməyə çalışmamalıdır.
Yekun olaraq qeyd etmək lazımdır ki, hər nə qədər texniki nasazlıq və ya təbii hadisələr nəticəsində hadisələr baş versə
də, yuxarıda da qeyd edildiyi kimi 90% bu insanın davranışından asılıdır. Buna görə də, DYT-nin şirkətlərdə tətbiqi
zəruridir. Daha təhlükəsiz iş mühiti yaratmaq istəyiriksə davranışa yönəlik təhlükəsizlik proqramını tətbiq etməkdə də
maraqlı olmalıyıq.
Dostları ilə paylaş: