II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
185
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
hər biri fərdi ifadəsindən aslı olmadan müstəqil şəkildə mövcutdur. Fonemin ikinci aspekti onun mücərrət və ümumilləşmiş
xarakterdə olmasıdır. Bu ,fonemin izahında dil vahidi kimi öz əksini tapmışdır. Dilin hər bir vahidi fonem, morfem, söz,
cümlə -aktual söyləmədən mücərrətləşmişdir,nitqdən ümumiləşmişdir. Nitq dilin reallığıdır. Fonemin mücərrətləşmiş və
ümumiləşmiş apekti onun aspektləri içərisində ən çətin dərk edilməlidir. İlk baxımdan bu bir qədər ziddiyətlidir. O, həm də
variantları olduğu çoxlu sayda nitq səslərinin mücərrədləşməsi və ümumiləşməsidir. Bu da şüursuz olaraq dil kollektivinin
beynində mövcud olur.
Fonemin üçüncü aspekti onun funksionallığıdır. Fonem ən kiçik dil vahidi olub sözləri və onların qrammatik
formalarını bir-birindən fərqləndirməyə qadirdir. Fonemin fərqlənirici funksiyası onun əsas funksiyasıdır. Əgər nitq səsləri
fərqlənirici funksiyaya malik olmasaydı, bu zaman fonemi xüsusi bir termin kimi ayırmağa ehtiyac olmazdı və nitq səsləri
konstityutiv və rekoqniativ funksiya yerinə yetirməyə kifayət edərdi. Müxtəlif dil vahidlərindən aslı olaraq fonemin
fərqlənirici əlamətlərə morfem-fərqlənirici, söz fərqlənirici, cümlə-fərqlənirici funksiyalarına bölünə bilər.
Fonem fərqləndirici funksiyasını o zaman yerinə yetirə bilir ki, o eyni mövqedə biri digərinə qarşı qoyulur. Məsələn
pen-ten, pen –fen, pen-ken.
Fonemin fərqləndirici funksiyasından ayrılmayan ikinci funksiya konstutitiv funksiyadır. Bu funksiya əslində fonem
vasitəsi ilə deyil,nitq səsləri vasitəsilə yaranır. Madam ki, nitq səsləri fonemlərin realizasiyaları, yaxud materiallarıdırsa,
onda deyilə bilər ki,konstityutiv funksiyasını morfem- təşkiledici, söz –təşkiledici,cümlə-təşkiledicisi funksiyalara bölmək
olar. Fonemin üçüncü funksiyası rekoqniativ funksiyasıdır. Bu funksiyalı sözləri, qrammatik formaları və cümlələri asan
başa düşməyə imkan yaradır. Madam ki, allofonlar fonemin konkret realizasiyasıdır, bu zaman demək olar ki, rekoqnativ
funksiya fonem vasitəsi ilə həyata keçirilir.
Dostları ilə paylaş: |