Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə313/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   309   310   311   312   313   314   315   316   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

189 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

slayd, biznes, marketinq, start, test, standart, lider, konqresmen, barel, park, film, mitinq, sammit,  dollar, blokada, 

kompyuter kimi sözlərdir. Həmin sözlərin işlənmə  fəallıq səviyyəsi də yüksəkdir. Bəzən bir söz qəzetin müxtəlif 

səhifələrində  dəfələrlə təkrarlanır. Bu da onu göstərir ki, belə sözlər sadə  məişət dilində hamı tərəfindən işlədilir və başa 

düşülür. 

Qeyd olunan qəzetdən ingilis alınmalara aid bir neçə cümləni də nümunə kimi vermək olar. “Sonra monitorinqin 

nəticələri təqdim olundu.” “Fevralın 23-də Fransanın Nitsa şəhərindəki “Akroplis” konfrans sarayında 2016-cı ildə 

keçiriləcək  futbol üzrə  çempionatının  seçmə  mərhələlərinin püşkatma mərasimi olmuşdur.” “Azərbaycanda  internet 

şlyüzlərinin genişləndirilməsi planlaşdırılır.” “Çünki Azərbaycan bu məsələdə informasiya blokadasını yarıb, bütün dünya 

da artıq başa düşür ki, həqiqətən də belə bir faciə soyqırım baş verib.” “Ali təhsil müəssisələrinin bakalvriat və magistratura 

səviyyələrində kredit sistemi ilə  tədrisin təşkili Qaydaları” Azərbaycannın qnunvericiliyinə  və Avropa Kredit Transfer 

Sisteminə uyğun hazırlanıb.” (“İki sahil” 25 fevral.2014. 34.(6065) 

Bundan başqa, bəzi kütləvi informasiya vasitələrinin adlarının əksəriyyəti ingilis dili vasitəsilə gələn yeni sözlərdir və 

onların ədəbi dilimizin lüğət tərkibinə keçməsi heç də dil vasitəçiliyindən asılı deyil. Onlar bir qayda olaraq tərcümədən, ya 

da həmin sözləri işlədən müəllifdən, mətbuat orqanından asılı olur. Kütləvi informasiya vasitələrinin adları “Space”, 

“Biznesmen”, “Lider”, “Palitra”, “Tok-Şou”, “Super Marked”, “Ekstra krossvord”, “Eksklüziv”, İmpuls”, “İnterpolis” və s. 

kimi adlar son illərin ictimai-siyasi prosesləri nəticəsində meydana gəlmişdir və heç şübhəsiz, gəlmə termin-söz və söz 

birləşməsi kimi daha da aktuallaşmış, bəzən isə yeni məzmun  və məna kəsb etmişdir. 

Beləliklə, müasir dövrü mətbuatın istifadə etdiyi bu kimi termin-sözlər artıq kütləvi informasiya vasitələri üçün 

məqbul sayılır. 

 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   309   310   311   312   313   314   315   316   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin