II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
192
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
cümlənin səviyyəsinə münasibətdə daha yüksək səviyyəli vahid əmələ gətirmir və cümlənin səviyyəsindən yüksəkdə
yerləşən dil səviyyəsi mövcud deyildir. R.Yakobson da cümləni dilin ən yüksək vahidi hesab edir və qeyd edirdi ki, “cümlə
dilin ən ali vahididir və eyni zamanda kodlu vahid olmayan sərbəst nitq birləşmələrinin komponentidir”.
A.Potebnya sözün və nitqin qarşılıqlı əlaqəsini öyrənərək göstərirdi ki, “Təcrid olunmuş söz mövcud deyildir. Yalnız
nitq mövcuddur. Sözün mənası isə yalnız nitqdə aydınlaşır. Nitqdən qoparılmış söz cansızdır və fəaliyyət göstərmir”. Eynilə
bu fikri cümlə və mətnə də aid etmək olar. Çünki, əsl bitkin fikir sinaktik bütövlər vasitəsilə ifadə olunur. Biz fikirlərimizi
bir-birindən təcrid olunmuş ayrı-ayrı cümlələrlə deyil, sintaktik bütövlərlə tamamlamış oluruq. Belə ki, cümlə yalnız mətn
çərçivəsində konkret hadisə ilə bağlı öz mənasını əldə
edir.
Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, mətn onu yaradan cümlələr toplusundan ibarətdir və bu cümlələr
toplusundan fərqli olaraq mətn özünəməxsus bir bütün təşkil edir. Əgər biz cümləni mətndən kənarda təhlil etsək, o
tamamilə başqa bir məna verecəkdir, lakin mətnin tərkibində cümlə həmin mətnə xas olan ümumi bir məna ifadə edəcəkdir.
Buradan da çıxış edərək demək olar ki, cümlə mətnin mənalı toplusudur.
Lakin, onu da qeyd etmək lazımdır ki, bu sahədə araşdırmalar hələ də davam edir. Mürəkkəb sintaktik bütöv bir çox
istiqamətlərdə tədqiq edilib, ancaq onun tam şəkildə tədqiqi hələ başa çatmayıb, bəzi məsələlər var ki, hələ də öz həllini
gözləyir.
Dostları ilə paylaş: |