LYS-GLY DİPEPTİD MOLEKULUNUN NƏZƏRİ KONFORMASİYA ANALİZİ
El
şad
CƏFƏROV
Qafqaz Universiteti
elshad_ceferov@hotmail.com
AZƏRBAYCAN
Nəzəri konformasiya analizi üsulu ilə Lys-Gly dipeptid molekulunun konformasiya xüsusiyyətləri müəyyən
olunmuşdur. Hesablama nəticəsində Lys-Gly dipeptidinin məhdud sayda ən optimal konformasiya vəziyyətləri aşkar
olunmuş və bu konformasiyaları stabilləşdirən quvvələrin təbiəti və enerji payları müəyyən olunmuşdur. Lys-Gly dipeptid
üçün bütün optimal fəza quruluşların ikiüzlü fırlanma bucaqlarının qiymətləri və atomların üçölçülü koordinatları
alınmışdır.
Dipeptid molekullarının bioloji sınaqları göstərdi ki, onların bəzilərinin müəyyən farmakoloji xüsusiyyətləri var.
Yüklü radikalları olan amin turşularının qalıqlarından təşkil olunmuş dipeptidlər müxtəlif reseptorlara qarşı aqonist və
antaqonist aktivliyinə malikdirlər. Lys-Gly dipeptidi belə dipeptidlərdən biridir. Bu Lys–Gly dipeptidinin sinir sisteminin
xəstəliklərinin müalicəsində istifadə edilməsi nəzərdə tutulur [1].
Peptid molekullarının təsir mexanizmini tədqiqi üçün ilk növbədə onların fəza quruluşunu və konformasiya
imkanlarını öyrənmək vacibdir. Məlumdur ki, peptidlər fizioloji şəraitdə bir yığım oxşar stabil konformasiya
vəziyyətlərində olurlar. Təcrübi üsullar vasitəsi ilə peptid molekulun kristalda və ya məhlulda yalnız bir ortalaşmış
konfomasiya vəziyyətindən məlumat verirlir. Hazırda təcrübi üsullarla yanaşı peptid molekulların quruluş tədqiqində nəzəri
yarımempirik hesablama üsullarından geniş istifadə edilir. Nəzəri konformasiya analizi üsulu bu üsullardan biridir. Nəzəri
konformasiya analizi üsulu peptid molekulun bütün optimal konformasiya vəziyyətlərinin enerji və həndəsi parametrlərini,
konformasiyalarda qarşılıqlı təsir qüvvələrin təbiətini və rolunu muəyyən etməyə imkan verir.
Təqdim edilmiş məqalədə Lys–Gly dipeptidin fəza quruluşu nəzəri konformasiya analizi üsulu ilə tədqiq olunmuşdur.
İlkin hesablama variantlarının seçilməsində Lys qalığı üçün 2 mümkün olan əsas zəncirin konformasiya vəziyyətləri
B,R və Gly üçün isə 4 B,R,L,P formalı variantlardan istifadə olunmuşdur. Məlumdur ki, iki qalıqdan ibarət olan peptid
molekulu 2 optimal fəza quruluşu tipi yarada bilər: e və f. Şəkil 1-də Lys-Gly molekulunun atom hesablama modeli və
fırlanma bucaqları göstərilmişdir.
Dostları ilə paylaş: |