AVİASİYANIN ATMOSFERİN ÇİRKLƏNMƏSİNƏ TƏSİRİNİN
QARŞISININ ALINMASI ÜSULLARI
Lalə ƏSƏDOVA
Milli Aviasiya Akademiyası
lalochka128@gmail.com
AZƏRBAYCAN
60-cı illərin əvvəllərindən etibarən elmi-texniki tərəqqi hava xidməti orqanının iş xarakterinin dəyişməsinə ciddi təsir
göstərib. Avtomatlaşdırılmış meteoroloji stansiyalar vasitəsilə hava nəqliyyatının təhlükəsizliyi demək olar ki, yüksək
səviyyədə təmin edilmişdir. Daha rahat, sürətli və təhlükəsiz olan aviasiya nəqliyyatına olan təlabatın günü-gündən artması,
onun atmosferə təsirini sürətləndirmişdir.
Hələ keçən əsrin 70-ci illərində qeyd olunmuşdur ki, səsdən iti uçan stratosfer təyyarələrinin uçuşları, raketlərin,
xüsusi ilə də “Şattların” kosmik fəzaya buraxılması intensiv sürətdə ozonun dağılmasına səbəb ola bilər. Bəzi hesablamalar
göstərir ki, ozon təbəqəsinin 8-10% azalması troposferə əlavə olaraq 0,5-0,6 % yüksək enerjili günəş şüalarının daxil
olmasına gətirib çıxarır ki, bu da planetdəki iqlimin qlobal dəyişməsinə və anomal-fəlakət hava təzahürlərinə səbəb ola
bilər.
Hazırda yanacağın yandırılması nəticəsində, atmosferə daxil olan küllü miqdarda karbon qazı nəinki onun qaz
qarışığının tərkibinə təsir edir, həmçinin atmosferin ümumi təzyiqini də bir qədər artırır. Fərz etsək ki, 2100-cü ildə
atmosferdəki karbon qazının həcmi 2 dəfə artıb, 0,035- dən 0,07%- ə çatarsa buna uyğun olaraq təzyiqin orta qiymətinin
artımı yer səthinə yaxın temperaturun təqribən
3
10
8
,
7
K artmasına gətirib çıxaracaqdır.
Nəzərə almaq lazımdır ki, aviasiya nəqliyyatı atmosferin kimyəvi tərkibini dəyişməklə bərabər həmçinin səs zərbəsi ilə
ətraf mühitə böyük miqyasda təsir göstərir.
Ətraf mühitin çirklənməsinə nəqliyyat vasitələrinin təsirinin qarşısının alınması üçün tədbirləri həyata keçirmək
lazımdır. Məsələn,insan sağlamlığını üçün təhlükəli olan nəqliyyat vasitələrinin tullantılarının və zərəli maddələrinin
atmosferə tullanmasının qarşısının alınması, yanacağın daha sərfəli alternativ vasitələrlə əvəzi olunması, çox enerji işlədən
nəqliyyat vasitələrindən istifadənin azaldılması.
Ətraf mühitin çirklənməsinin və əmələ gələ biləcək təhlükəli hadisələrin qarşısının alınması üçün insan sağlamlığı,
həmçinin hava və su mühiti üçün təhlükəli olan nəqliyyat vasitələrinin təsirini azaltmaq, dünya miqyasında nəqliyyat
vasitələrində yanacaqdan yüksək qənaətlə istifadəsini tətbiq etməyə icazə vermək, nəqliyyat vasitələrində alternativ
mənbələrlə işləyən (neft mənşəli olmayan) yanacaq- energetika resurslarından istifadəyə üstünlük verməkçox vacib
faktordur.
Hava nəqliyyatının ekoloji təhlükəsizliyinin artırılması məqsədilə aviasiyanın ətraf mühitə zərərli təsirinin aşağı
salınması sahəsində Beynəlxalq Sərnişin Aviasiya Təşkilatının tövsiyyəsi ilə dövlət uzundövürlü siyasətinin müəyyən
edilməsi nəzərdə tutulmuşdur. Bu siyasətə aşağıdakılar daxildir:
1. Aviasiya texnikasının yenidən qurulmuş və sertifikatlaşdırılmış tələbnamənin planına uyğun artılması;
2. Ekoloji göstəricilərinin aşağı olduğu, istifadəsinə məhdudiyyət qoyulmuş Rusiya Federasiyasının hava gəmilərinin
hazırlığının həyata keçirilməsi;
3. Ekoloji təkminləşdirilmiş hava gəmilərinin və ya onların əvəz edicisinin istismarının iqtisadi stimullaşdırılması;
4. Hava yolunun, hava dəhlizinin, uçuş üçün plana alınmış ərazinin, aeroportların yaxınlığındakı torpaqlardan istifadə
qaydasının radiosional təşkilatının quruluşunun yaxşılaşdırılması;
|