Microsoft Word Materiallar Full


NGC 5548 QALAKTIKASININ UZUNMÜDDƏTLI SPEKTRAL TƏDQIQI



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə100/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   96   97   98   99   100   101   102   103   ...   1149
NGC 5548 QALAKTIKASININ UZUNMÜDDƏTLI SPEKTRAL TƏDQIQI 

 

Ülviyyə  BƏŞIROVA,  N.Z.İSMAYILOV 

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 



ulviyya.b@mail.ru 

AZƏRBAYCAN 

 

NGC 5548 parlaq və aktiv nüvəli Seyfert I tipli qalaktikadır, barı yoxdur, linzavari quruluşu var. Spiral qollar çox 



sıxdır, quyruqşəkilli çıxıntısı var. Qalaktikaya qədər məsafə təqribən 75 Mps~245 ·10

6

 i.i. təşkil edir. Güclü radiomənbədir. 



Bu tip qalaktikaların tədqiqində əsas problem nüvənin aktivlik mexanizmini aşkar etməkdir. 

Spektral müşahidələr göstərmişdir ki, spektral xətlər üç qrupa bölünür. Bunlargenişxətləroblastı (GXO), 

nazikxətləroblastı 

(NXO) 


vəudulmaxətləridir.Kəsilməzspektrdəşüalananselləşüalanmaxətlərininəlaqəsininöyrənilməsigenişxətləroblastlarınındiaqnosti

kasıüçünənvacibməsələlərdəndir.GXOşüalanmaxətlərivəkəsilməzspektrindəyişməsiniöyrənmək, 

şüalananoblastlarınhəndəsiölçülərinivəstruktutunutəyinetməyəimkanverir. 

Bu məruzədə NGC 5548 qalaktikasının IUE arxivindəngötürülmüşultrabənövşəyi (UB) spektrlərinin ölçmələrinin 

nəticəsi verilir. İşin məqsədi geniş şüalanma xətlərinin parametrlərinin uzun müddət ərzində 1979-1993 illərdə dəyişməsini 

öyrənməkdir. Bu işdə CIV λ 1550 Å, CIII] λ1909 Å, MgII2800 Å xətləri haqqında nəticələr verilir. Bundan başqa, biz 

bax;lan diapazonda 6 dalğa uzunluğu üçün kəsilməz spektrdə  şüalanma selini qiymətləndirmişik. Göstərilən  şüalanma 

xətlərinin profilində  xətlərin dərinliyi və yarımeni ölçülmüşdür. Ölçmələr  λ 1000-3000 Å diapazonu əhatə edən 250 

spektroqram üzrə aparılmışdır. Spektral ayırdetmə 6 Å təşkiledir. Cəmi 150 ədəd SWP (λ 1000-2000 ÅÅ),  101ədəd  LWP 

(λ 2000-3000 ÅÅ) tiplispektroqramlar ölçülmüşdür. ölçmə  xətaları  şüalanma xətlərinin dərinliyində (intensivliyi) R±5%, 

xətlərin yarımenində ±10%təşkil edir. İşdə aşağıdakı nəticələr alınmışdır: 

1.  Həm baxılan spektral xətlərin intensivlikləri, həm də  kəsilməz spektrdə  şüalanma seli zamana görə  qısamüddətli və 

uzunmüddətli xaotik dəyişmələr göstərir. 

2.  Həm baxılan şüalanma xətlərinın intensivlikləri arasında, həm də kəsilməz spektrlə şüalanma xətlərinin intensivlikləri 

arasında yüksək dərəcədə korrelyaslya aşkar olunur. Şüalanma xətlərində korrelyasiya düz, şüalanma xətləri ilə kəsilməz 

spektr arasında tərs korrelyasiya müşahidə olunur. Dalğa uzunluğu fərqi artdıqca korrelyasiya zəifləyir (Şəkil 1). 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin