Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə99/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   95   96   97   98   99   100   101   102   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

38 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

5. Təyyarələrin havaya qalxması  və enmə zolağına enişi prossesislərinin səsə görə  ən  əlverişli üsullarının tətbiq 

edilməsi: uçuşlarına qadağa qoyulan  təyyarələrin  əvəzinə  ətraf mühitə daha az zərər yetirən tip hava gəmilərinin  

istifadəsinin tətbiqi; 

6. Ekoloji standartların təminatına riayət edilməsi sistemlərinin, hava nəqliyyatının fəaliyyəti normasının və həmçinin 

sanitar, veterinar normalarının, ətraf sahələrin bioloji tərkibinin mükəmməlləşdirilməsi; 

7. Aviasiya texnologiyalarında zərərli maddələrdən istifadə edilməni azaltmaq. 

Hava gəmilərinin istismarı parkının yeniləşdirilməsi  ətraf mühiti çirkləndirən maddələrin emissiyasının həcmini 

azaltmağa imkan verir. Bunun nəticəsində yanacaq sərfiyyatı hava nəqliyyatında 1,5- 2 dəfə azaldılmışdır. Yanacaq 

sərfiyyatının azaldılması hava gəmilərinin atmosferdə  lələkvari buludların inkişafına səbəb olan inversiya izlərinin  əmələ 

gəlməsinin azaldılmasına gətirib çıxarmışdır. Bu da bilavasitə, gələcəkdə hava nəqliyyatının iqlimin qlobal istiləşməsinə 

təsirini azaldır. Onu da qeyd etmək lazımdır ki,  hava gəmilərinin uçuşu və enişi vaxtı aviasiya səsinin və emissiyasının 

səviyyəsini aşağı salmağa şərait yaratmışdır.  

Aviasiya yükdaşıması son 10 illikdə  sərnişinlərin sürətlə  və rahat uçuşları  və daha uzaq məsafələrə böyük həcimli 

yüklərin daşınması üçün üstünlük verilən nəqliyyat vasitəsidir. Ona görə də təxminən demək olar ki, aviasiya nəqliyyatının 

həcmi getdikcə artacaq və bunun nəticəsində də hava gəmilərinin səs zərbəsinin ümumi həcmi yüksələcək. Bunun qarşısının 

alınmasının ən optimal üsulu isə daha az səs zərbəsinə malik konstruksiyalı təyyarələrin təşkilidir. 

Son dövürlər səs zərbəsinin qüvvəsinin aeroport ərazisində  və ona yaxın yerləşən yaşayış massivində azaldılmasına 

qarşı yönəlmiş proqramlardan geniş istifadə olunur. Bu proqrama ən çox səsin izolyasiya edilməsinin gücləndirilməsi aiddir. 

Onun başlıca vəzifəsi  ətrafda olan tikililərin təyyarələrin akustik səs zərbəsindən  və digər xarici səslərdən qorumaqdan 

ibarətdir. Səs izolyasiayası proqramı hava gəmilərinin səs zərbəsinin qarşısının alınmasının vacib yolu sayılsa da, daha yaxşı 

olar ki, aeroportların yaxınlığında yaşayış massivi salınmasın.  

Əsas problemlərdən biri də hava gəmiləri uçuşa hazırlaşarkən onların yaratdığı titrəyişlərdir. Bu problem özü çox 

böyük miqyaslı olsa da onun qarşısının alınması yolları az  tədqiq olunub. Titrəyişlər yaxınlıqda yerləşən tikililərin 

özülünün sarsılmasına və dağılmasına gətirib çıxarır. Bu da qaçılmazdır ki, onun miqyası getdikcə artacaq və  gələcəkdə 

daha təhlükəli prosseslərin yaranmasına səbəb olacaq.  

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin