Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə


Dekabrın 21-də Azərbaycan Həmkarlar İttifaqları



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə30/65
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#20393
1   ...   26   27   28   29   30   31   32   33   ...   65
Dekabrın 21-də Azərbaycan Həmkarlar İttifaqları 

Konfederasiyasının (AHİK) IV Məclisinin iclası keçirilib. Məclis 

üzvlərinin, respublikanın şəhər və rayonlarından həmkarlar 

ittifaqı təşkilatları nümayəndələrinin iştirak etdikləri iclasda 

təşkilati məsələlərə baxılıb, “Həmkarlar ittifaqı üzvlərinin əmək, 

sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsində Azərbaycan 

həmkarlar ittifaqlarının əməyin hüquq müfəttişlərinin rolu” 

mövzusunda məruzə dinlənilib. 

Azərbaycan Həmkarlar İttifaq-

ları Konfederasiyasının sədri, Milli 

Məclisin deputatı Səttar Mehbalıyev 

iclasda məruzə ilə çıxış edərək bildirib 

ki, həmkarlar ittifaqlarının başlıca 

vəzifəsi üzvlərinin əmək, sosial-iqti-

sadi hüquqlarını və mənafelərini qo-

rumaqdır. Bu vəzifələrin uğurla yerinə 

yetirilməsi isə heç şübhəsiz, yaşadığı-

mız cəmiyyətin nə dərəcədə demok-

ratik olmasından, insan haqlarına və 

azadlıqlarına göstərdiyi sayğıdan asılı-

dır. Burada ölkənin iqtisadi durumunun 

dayanıqlılığının, aparılan islahatların 

səmərəliliyinin, müxtəlif sahələr üzrə 

qəbul olunan dövlət proqramlarının 

icrası səviyyəsinin də önəmli rolu var. 

Qeyd edilib ki, müasir dünyada 

vətəndaş cəmiyyətinin formalaşması 

insan hüquq və azadlıqlarının etibarlı 

təminatları sisteminin yaradılması-

nı tələb edir. Hər bir dövlətdə insan 

hüquqlarının təminatına yönələn nə 

qədər çox müdafiə mexanizmi yaradı-

larsa, həmin cəmiyyətdə humanizm və 

ümumbəşəri dəyərlərə hörmət də bir o 

qədər yüksək olar. 

Səttar Mehbalıyev vurğulayıb ki, 

bu siyasətin reallaşmasında fəaliyyəti 

“Həmkarlar ittifaqları haqqında” 

Qanunla tənzimlənən AHİK-in də 

üzərinə mühüm vəzifələr düşür. “Son 

10 il ərzində qanuna 38 dəyişikliyin 

edilməsi həmkarlar ittifaqlarının daha 

da gücləndirilməsinə, üzvlərimizin 

hüquqlarının qorunması mexanizmi-

nin təkmilləşdirilməsinə təkan verib, 

fəaliyyətimizdə pozitiv dəyişikliklərə 

yol açıb. Bütün bunların məntiqi 

davamı kimi, yeni prioritetlər nəzərə 

alınmaqla hüquq-müdafiə sisteminin, 

qanunvericiliyin təkmilləşdirilməsi, 

əhalinin hüquqi maarifləndirilməsi, 

beynəlxalq təşkilatlarla əməkdaşlıq 

istiqamətində mühüm vəzifələr 

müəyyənləşdirilib”, - deyə AHİK sədri 

qeyd edib.

S.Mehbalıyev deyib: “Biz 

inamla deyə bilərik ki, bu gün AHİK 

cəmiyyətdə özünəməxsus yer tutur, 

apardığı uğurlu sosial siyasət sayəsində 

böyük nüfuz, beynəlxalq həmkarlar 

ittifaqı hərəkatındakı səmərəli 

fəaliyyətinə görə yüksək etimad 

qazanıb. AHİK Beynəlxalq Həmkarlar 

İttifaqları Konfederasiyasının və Pan 

Avropa Regional Şurasının tərkibində 

vitse-prezident səviyyəsində təmsil 

olunur. Hazırda dünyanın 40 milli 

həmkarlar ittifaqı mərkəzi ilə əlaqə 

saxlayır, 5 beynəlxalq təşkilatın işində 

iştirak edərək əməkdaşlıq əlaqələrini 

getdikcə möhkəmləndiririk.  

Məruzəçi bildirib ki, 

ölkəmizdə əmək qanunvericiliyinin 

təkmilləşdirilməsində AHİK-in fəal 

iştirakı sosial-əmək münasibətlərinin 

tənzimlənməsinə müsbət təsir göstərir. 

Əməyin hüquq müfəttişləri də qanun 

layihələrinin işlənib hazırlanmasında 

iştirak edir, rəy və təklif verirlər. 

Diqqətə çatdırılıb ki, Azərbaycan 

həmkarlar ittifaqlarının əməyin 

hüquq müfəttişlərinin səlahiyyətləri 

“Həmkarlar ittifaqları haqqında” 

Qanuna, sahə həmkarlar ittifaqı respub-

lika komitələrinin nizamnamələrinə 

və “Azərbaycan həmkarlar ittifaqla-

rında hüquq müfəttişliyi haqqında” 

Əsasnaməyə uyğun olaraq müəyyən 

edilib. Əmək Məcəlləsinə və digər 

qanunvericilik aktlarına əsasən, res-

publikamızda əmək qanunvericiliyinə 

əməl edilməsinə və işçilərin əmək 

hüquqlarının qorunmasına dövlət 

nəzarətini Əmək və Əhalinin Sosial 

Müdafiəsi Nazirliyi yanında Dövlət 

Əmək Müfəttişliyi Xidməti həyata 

keçirir. İşçilərin əmək hüquqlarının, 

sosial və iqtisadi mənafelərinin qorun-

masına ictimai nəzarəti isə həmkarlar 

ittifaqları yerinə yetirir. Bu məqsədlə 

idarə, müəssisə və təşkilatlarda əmək 

qanunvericiliyinə əməl edilməsinin 

vəziyyəti ilə əlaqədar yoxlamalar 

keçirilir, həmkarlar ittifaqı fəalları ilə 

seminarlarda, “dəyirmi masa”larda fi-

kir, təcrübə mübadiləsi aparılır, kütləvi 

informasiya vasitələrində çıxışlar 

edilir. Təkcə son üç il ərzində əməyin 

hüquq müfəttişləri tərəfindən sahə 

həmkarlar ittifaqlarında ümumilikdə 

551 monitorinq və araşdırma aparılıb. 

Nəticələr icra orqanlarının iclaslarında 

müzakirəyə çıxarılıb, müvafiq qərarlar 

qəbul edilib və aidiyyəti təsərrüfat 

orqanlarına, işəgötürənlərə məlumat 

verilib.

AHİK sədri daha sonra deyib ki, 

Azərbaycan həmkarlar ittifaqlarının 

əsas fəaliyyət istiqamətlərindən biri 

işləyən əlillərin hüquqlarının qo-

runması sahəsində onlara yardımçı 

olmaqdır. Azərbaycan Respublikası 

Nazirlər Kabinetinin “Azərbaycan 

Respublikasında əlillərin problemləri 

üzrə kompleks proqramın həyata 

keçirilməsi haqqında” 1994-cü il 10 

may tarixli qərarına əsasən əmək kol-

lektivinin razılığı ilə III qrup əlillərin 

əməkhaqqının (tarif dərəcəsinin) digər 

işçilərə nisbətən 10-15 faiz, I və II qrup 

əlillərin əməkhaqqılarının isə 20-25 

faiz artırılması nəzərdə tutulub.  

Son üç ildə AHİK-in hüquq 

şöbəsi tərəfindən 26 normativ–hüquqi 

aktın layihəsinə təkliflər verilib və 

həmin təkliflərin əksəriyyəti nəzərə 

alınıb. Müxtəlif dövlət orqanları, 

qeyri-hökumət təşkilatları tərəfindən 

göndərilmiş normativ–hüquqi aktların 

layihələrinin ekspertizasında iştirak 

etməklə bərabər, həm də mövcud qa-

nunlara dəyişiklik olunması təklifi ilə 

də çıxış edilib.

BƏT-in Milli Məclisdə ratifikasi-

ya edilmiş konvensiyalarında əksini 

tapmış əsas prinsip və hüquqlara 

əməl olunması AHİK-in daim diqqət 

mərkəzində saxladığı məsələlərdəndir. 

Həmin konvensiyalar həmkarlar 

ittifaqlarının əməli fəaliyyətində 

səmərəli tətbiq olunur. Həmçinin 

AHİK ölkəmizin BƏT-in 131, 168, 

155,  184, 97 saylı konvensiyalarına 

qoşulması təkliflərini verib, bu sahədə 

məqsədyönlü işlər aparır. On ildən 

çoxdur ki, Baş Kollektiv Sazişdə sosial 

tərəfdaşlar BƏT-in müvafiq konven-

siyalarına, o cümlədən “Məşğulluğa 

kömək və işsizlikdən müdafiə haqqın-

da” 168, “İşəgötürən borcunu ödəyə 

bilmədiyi hallarda işçilərin tələblərinin 

müdafiəsi haqqında” 173, “Əmək 

təhlükəsizliyinin və gigiyenasının 

təmin edilməsi əsasları haqqında” 187, 

“Kişi və qadın işçilər üçün bərabər 

münasibət və bərabər imkanlar: ailə 

vəzifələri olan işçilər haqqında” 156, 

“Analığın mühafizəsi haqqında” 

(yenidən baxılmış) 2000-ci il tarixli 

183, “Kənd təsərrüfatında əməyin 

təhlükəsizliyi və gigiyenası haqqında” 

184, “Sosial təminat (minimum nor-

malar) haqqında” 102, “Əlillik, yaşlılıq 

və ailə başçısının ölümü ilə əlaqədar 

müavinətlər haqqında” 128, “Əməyin 

təhlükəsizliyi və gigiyenası haqqında” 

155 saylı konvensiyalara qoşulmaq 

üçün tədbirlər görülməsini nəzərdə 

tuturlar. Həmin konvensiyalardan 156 

və 183 saylı konvensiyalar nəhayət 

ratifikasiya edilib. 

Səttar Mehbalıyev məlumat 

verib ki, Əmək Məcəlləsinin 

36-cı maddəsinə müvafiq ola-

raq mövcud beynəlxalq və milli 

qanunvericiliyə əsaslanaraq əhalinin 

sosial müdafiəsinin gücləndirilməsi, 

sosial-əmək münasibətlərinin 

tənzimlənməsinin əsas prinsipləri 

üzrə razılaşdırılmış sosial-iqtisadi 

siyasətin həyata keçirilməsi məqsədilə 

Nazirlər Kabineti, Azərbaycan 

Həmkarlar İttifaqları Konfederasiyası 

və Azərbaycan Respublikası Sahib-

karlar (İşəgötürənlər) Təşkilatları 

Milli Konfederasiyası arasında hər 

iki ildən bir Baş Kollektiv Saziş 

bağlanır. Bu saziş bağlanarkən hüquq 

müfəttişləri tərəfindən işçilərin 

sosial əmək münasibətləri ilə bağlı 

bir sıra təkliflər, o cümlədən əməyin 

ödənilməsi, əhalinin gəlirləri və həyat 

səviyyəsi, əmək bazarının inkişafı 

və əhalinin məşğulluğunun təminatı, 

sosial müdafiəsinin gücləndirilməsi 

istiqamətləri, əmək hüquqlarının 

müdafiəsi, əməyin mühafizəsi, tex-

niki və ekoloji təhlükəsizliklə bağlı 

təkliflər verilir və bu təkliflərin böyük 

əksəriyyəti Baş Sazişdə öz əksini tapır.

Qeyd edilib ki, maarifləndirmə 

məqsədilə Azərbaycan həmkarlar 

ittifaqlarının “Ülfət” qəzetinin “Hü-

quq məsləhətxanası” səhifəsindən, 

respublika dövri mətbuatından istifadə 

edilir. Ötən dövr ərzində təkcə “Ülfət” 

qəzetinin səhifələrində əməyin hüquq 

müfəttişləri 489 oxucu sualını cavab-

landırıblar. 

“Hüquq müfəttişlərimiz müxtəlif 

televiziya kanalları vasitəsilə də 

əmək qanunvericiliyi sahəsində 

həmkarlar ittifaqının gördüyü işlər

qanunvericilikdə olan yeniliklər və s. 

barədə öz üzvlərini maarifləndirirlər. 

İctimai Televiziyanın “Yeni gün” proq-

ramında müntəzəm olaraq həmkarlar 

ittifaqları, onun əmək hüququ 

sahəsində nəzarəti, əmək hüquqlarının 

qorunması barədə tamaşaçı sualları 

cavablandırılır. BƏT-in konvensiya-

larının tələblərinin həmkarlar ittifaqı 

fəallarına çatdırılması məqsədilə 

“Əməyin ödənilməsi haqqında” 100 

saylı, “Əmək və məşğulluq sahəsində 

ayrı-seçkilik haqqında” 111 saylı, “Kişi 

və qadın işçilər – ailə vəzifələri olan 

işçilər üçün imkanlar və rəftar haqqın-

da” 156 saylı konvensiyalarına dair 

və “İnsan hüquqlarının müdafiəsində 

həmkarlar ittifaqlarının rolu” mövzula-

rında da seminarlar maraq doğurub. 

Ümumiyyətlə, son üç ildə 

hüquqi məsələlərlə bağlı AHİK və 

sahə respublika komitələrinin hüquq 

müfəttişləri tərəfindən maarifləndirmə 

məqsədilə 100-dən çox mövzuda semi-

narlar keçirilib. 

Hər il Azərbaycan Əmək və 

Sosial Münasibətlər Akademiyasında 

həmkarlar ittifaqları sədrləri, həmkarlar 

ittifaqı fəallarının müxtəlif kateqo-

riyaları üçün təşkil olunan kurslarda 

10-dan çox mövzu, 5 treninq, seminar 

sırf əmək qanunvericiliyinə aid olur. 

Həmin kurslardan ildə 600-dən çox 

lider bəhrələnir”.  

Səttar Mehbalıyev diqqətə çat-

dırıb ki, respublikanın təhlükəsizliyi 

və müdafiəsi ilə bağlı hərbi-siyasi, 

hərbi-iqtisadi və hərbi-strateji 

məsələlərin öyrədilməsi məqsədilə 

Silahlı Qüvvələrin Hərbi Akademiya-

sı nəzdində Strateji Araşdırmalar və 

Dövlət Müdafiəsini İdarəetmə akade-

mik kursu fəaliyyət göstərir. Konfede-

rasiyanın əməyin hüquq müfəttişləri 

tərəfindən həmin kurslarda da hər 

il dinləyicilərin maarifləndirilməsi 

məqsədilə “Azərbaycanda sahə və 

müəssisə həmkarlar ittifaqı təşkilatının 

hüquq və vəzifələri”, “Azərbaycanda 

əmək hüququnun qorunması”, 

“Beynəlxalq Əmək Təşkilatı” mövzu-

larında mühazirələr oxunur.

AHİK-in hüquq müfəttişlərinin 

əsas vəzifələrindən biri də işçinin 

hüquqlarını qorumaq üçün məhkəmə 

instansiyalarında iştirak etməkdir. Son 

3 il ərzində hüquq müfəttişlərimiz 

40 halda məhkəmədə iddia qaldırıb-

lar. Onlardan 23-ü işçinin işə bərpa 

edilməsi ilə nəticələnib. 

Həmkarlar ittifaqlarının mülkiyyət 

hüquqlarının pozulmasına da tez-

tez rast gəlinir. AHİK-in və üzv 

təşkilatlarının, onun tabeliyində olan 

təşkilatların əmlakının və daimi 

istifadəsində olan torpaq sahələrinin 

müxtəlif şəxslər tərəfindən qeyri-qa-

nuni zəbt edilməsi ilə əlaqədar son 

illər ərzində 9 mülki, 9 inzibati işlə 

bağlı bütün məhkəmə instansiyalarında 

hüquqlarımız qorunub. 16 iş üzrə Ali 

Məhkəmə tərəfindən AHİK-in xeyrinə 

yekun qərarlar qəbul olunub. Digər iki 

iş üzrə məhkəmə prosesləri davam edir.

Həmkarlar ittifaqı təşkilatlarına 

son 3 il ərzində əmək hüquqlarının 

müdafiəsi ilə bağlı 36007 ərizə və 

şikayət daxil olub. Bunlardan 9912-si 

əmək qanunvericiliyi ilə, o cümlədən 

2350-si işə bərpa ilə bağlı olub və 872 

nəfər işə bərpa edilib. 

Yoxlamalar zamanı aşkarlanmış 

çatışmazlıqların aradan qaldırılması 

üçün müəssisə rəhbərlərinə təqdimatlar 

göndərilib, lazımi göstəriş və 

tövsiyələr verilib. Görülmüş tədbirlər 

barədə müəssisə rəhbərləri, müvafiq 

nazirliklər və respublika komitələri 

məlumatlandırılıb.

AHİK sədri bildirib ki, nara-

hatlıq doğuran məsələlərdən biri 

də transmilli şirkətlərdə çalışan 

azərbaycanlılara əcnəbilərə nisbətən 

qat-qat az əməkhaqqının verilməsidir. 

O deyib: “İşçilərin əmək hüquqlarının 

daha səmərəli qorunması, bu sahədə 

qanunvericiliyin təkmilləşdirilməsi, 

hüquq pozuntularının qarşısının alın-

ması, əmək, sosial, iqtisadi hüquqların 

və azadlıqların daha etibarlı təmin 

olunması üçün bizi daha çox nara-

hat edən bir məsələni də nəzərinizə 

çatdırmaq istərdim. Əmək müqaviləsi 

hüquqi qüvvəyə minmədən işçilərin 

hər hansı bir işin yerinə yetirilməsinə 

cəlb edilməməsi üçün qanunvericilikdə 

daha sərt cəza formalarının tətbiqi 

qeyri-formal əmək münasibətlərinin 

qarşısının alınmasında mühüm amil 

oldu. 


Sağlamlıq imkanları məhdud 

olanlara dövlət qayğısı hər sahədə hiss 

olunur və onların cəmiyyətə inteqra-

siyası üçün hər cür tədbirlər görülür, 

müxtəlif layihələr, dövlət proqramları 

qəbul və icra edilir. Dövlət sağlamlıq 

imkanları məhdud olanların təhsil al-

ması, məşğulluğu, fərdi hərəkət etməsi 

üçün tədbirlər görür. Nəzərdə tutulmuş 

bu dəyişikliklə sağlamlıq imkanları 

məhdud olanlar artıq konstitusion 

hüquq və vəzifələr əldə etmiş olurlar 

və onlar üçün mədəni, ictimai-siyasi 

həyatda iştirak etmək imkanı yaranır.

Qarşıda duran məqsədlərə çatmaq 

üçün bütün imkanlardan dolğun 

istifadə etmək, mövcud iqtisadi, sosial, 

siyasi resurslardan tam səmərə ilə 

yararlanmaq və ölkənin potensialının 

gücləndirilməsinə şərait yaratmaq 

vacib şərtdir. Bu baxımdan qanun-

vericilik bazasının mütəmadi olaraq 

təkmilləşdirilməsi davamlı inkişaf və 

cəmiyyətin siyasi sabitliyi üçün hüquqi 

təminata zəmin yaradır. AHİK də belə 

bir şəraitdə özünün müəyyənləşdirdiyi 

əsas istiqamətlərin həyata keçirilməsi 

sahəsində var qüvvəsini sərf edəcək”.

İclasda çıxış edən Prezident Admi-

nistrasiyasının ictimai-siyasi məsələlər 

şöbəsi müdirinin müavini Ərəstun 

Mehdiyev ötən müddətdə görülən 

işlərə münasibətini bildirib. Prezident 

Administrasiyasının rəsmisi deyib ki, 

başa çatmaqda olan cari ildə həmkarlar 

ittifaqı təşkilatları əməyin təşkili, in-

sanların əmək hüququnun müdafiəsi və 

onların qiymətləndirilməsi, mükafat-

landırılması sahəsində geniş fəaliyyət 

göstərib və çoxsaylı tədbirlər həyata 

keçiriblər. Eyni zamanda, təşkilati, 

beynəlxalq fəaliyyətin təmin olunması 

üçün ölkəmizin həmin qurumlarda 

təmsil olunması sahəsində mühüm 

işlər görülüb. Həmkarlar təşkilatlarının 

üzvləri ölkəmizin sosial-iqtisadi 

tərəqqisinə əhəmiyyətli töhfələr 

veriblər.      

Neft və Qaz Sənayesi İşçiləri 

Həmkarlar İttifaqı Respublika 

Komitəsinin sədri Cahangir Əliyev, 

Azərbaycan Dəmiryolçularının 

Müstəqil Həmkarlar İttifaqı Respubli-

ka Komitəsinin sədri Fəzail Bağırov, 

Xidmət-İş Həmkarlar İttifaqı Federa-

siyasının vitse-prezidenti Cəmaləddin 

İsmayılov, Dövlət İdarələri və 

İctimai Xidmət İşçiləri Respublika 

Komitəsinin sədr müavini Əbülfəz 

Mehdiyev və başqaları müvafiq sahədə 

qarşıda duran vəzifələrdən, mövcud 

problemlərdən və onların həlli yolların-

dan danışıblar. 

Tədbirdə sahə həmkarlar itti-

faqı orqanlarında çalışan, əməkdə, 

təhsildə və ictimai fəaliyyətdə xüsusi 

nailiyyətlər əldə etmiş gənclərə “İlin 

peşəkar gənci” fəxri adları təqdim 

edilib.     


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin