Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə38/65
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#20393
1   ...   34   35   36   37   38   39   40   41   ...   65
Samirə ƏLİYEVA, 

“Xalq qəzeti” 

Vergilər Nazirliyində 

struktur dəyişiklikləri 

 

ˆ

Ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların 



davamlılığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 

6 dekabr 2016-cı il tarixli fərmanı ilə iqtisadiyyatın mövcud vəziyyətinin 

dərindən təhlilinə əsaslanan, ölkənin perspektiv inkişaf hədəflərini 

müəyyənləşdirən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə 

strateji yol xəritələri” təsdiq edilib. 

Aparılan çoxşaxəli iqtisadi islahatlar 

bütövlükdə səmərəli vergi siyasəti, təkmil vergi 

qanunvericiliyi və əlverişli vergi mühitinin for-

malaşdırılmasını zəruri edir. Ötən dövr ərzində iri 

miqyaslı konsepsiyalar, strategiya və proqramlar 

qəbul edilib, beynəlxalq əməkdaşlıq çərçivəsində 

qabaqcıl təcrübələr öyrənilərək milli vergi 

sistemində tətbiq edilib, institusional potensialın 

gücləndirilməsi, vergi qanunvericiliyi və inzi-

batçılığının təkmilləşdirilməsi sahəsində mühüm 

addımlar atılıb. 

Ölkədə aparılan iqtisadi islahatların tərkib 

hissəsi və vergi sahəsində həyata keçirilən isla-

hatların davamı kimi, Azərbaycan Respublikası 

Prezidentinin 4 avqust 2016-cı il tarixli “2016-

cı ildə vergi sahəsində aparılacaq islahatların 

istiqamətləri”nin və vergi inzibatçılığının 

təkmilləşdirilməsi haqqında” sərəncamı ilə 

Vergilər Nazirliyinə verilmiş tapşırıqların icrası, 

vergi orqanlarında kadr potensialından səmərəli 

istifadə edilməsi, eləcə də daha təkmil və müasir 

idarəetmə menecmentinin formalaşdırılması 

məqsədilə vergilər naziri Fazil Məmmədovun 

əmri ilə Vergilər Nazirliyində müvafiq struk-

tur dəyişiklikləri aparılıb. Vergi Cinayətlərinin 

Təhlili və Vergi Borclarının Alınması Baş İdarəsi 

və Vergi Auditi və Operativ Nəzarət Baş İdarəsi 

ləğv edilərək, onların bazasında Vergi Qanun-

vericiliyinin İcrasına Nəzarət Departamenti və 

Vergi Öhdəliklərinin İcrasına Nəzarət Departa-

menti yaradılıb. 

Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsi ləğv 

olunaraq onun bazasında Vergi Ödəyicilərinə 

Xidmət və Şəffaf Vergi Partnyorluğu Departa-

menti yaradılıb. 

Vergilər Nazirliyi yanında Bakı Vergilər və 

1 saylı Vergilər departamentləri ləğv olunaraq, 

onların bazasında Vergilər Nazirliyi yanında 

Xüsusi Gəlirlər Departamenti, Vergilər Nazirliyi 

yanında Lokal Gəlirlər Departamenti və Vergilər 

Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlarla 

İş Departamenti yaradılıb. 


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin