Samirə ƏLİYEVA,
“Xalq qəzeti”
Vergilər Nazirliyində
struktur dəyişiklikləri
Ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların
davamlılığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin
6 dekabr 2016-cı il tarixli fərmanı ilə iqtisadiyyatın mövcud vəziyyətinin
dərindən təhlilinə əsaslanan, ölkənin perspektiv inkişaf hədəflərini
müəyyənləşdirən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə
strateji yol xəritələri” təsdiq edilib.
Aparılan çoxşaxəli iqtisadi islahatlar
bütövlükdə səmərəli vergi siyasəti, təkmil vergi
qanunvericiliyi və əlverişli vergi mühitinin for-
malaşdırılmasını zəruri edir. Ötən dövr ərzində iri
miqyaslı konsepsiyalar, strategiya və proqramlar
qəbul edilib, beynəlxalq əməkdaşlıq çərçivəsində
qabaqcıl təcrübələr öyrənilərək milli vergi
sistemində tətbiq edilib, institusional potensialın
gücləndirilməsi, vergi qanunvericiliyi və inzi-
batçılığının təkmilləşdirilməsi sahəsində mühüm
addımlar atılıb.
Ölkədə aparılan iqtisadi islahatların tərkib
hissəsi və vergi sahəsində həyata keçirilən isla-
hatların davamı kimi, Azərbaycan Respublikası
Prezidentinin 4 avqust 2016-cı il tarixli “2016-
cı ildə vergi sahəsində aparılacaq islahatların
istiqamətləri”nin və vergi inzibatçılığının
təkmilləşdirilməsi haqqında” sərəncamı ilə
Vergilər Nazirliyinə verilmiş tapşırıqların icrası,
vergi orqanlarında kadr potensialından səmərəli
istifadə edilməsi, eləcə də daha təkmil və müasir
idarəetmə menecmentinin formalaşdırılması
məqsədilə vergilər naziri Fazil Məmmədovun
əmri ilə Vergilər Nazirliyində müvafiq struk-
tur dəyişiklikləri aparılıb. Vergi Cinayətlərinin
Təhlili və Vergi Borclarının Alınması Baş İdarəsi
və Vergi Auditi və Operativ Nəzarət Baş İdarəsi
ləğv edilərək, onların bazasında Vergi Qanun-
vericiliyinin İcrasına Nəzarət Departamenti və
Vergi Öhdəliklərinin İcrasına Nəzarət Departa-
menti yaradılıb.
Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsi ləğv
olunaraq onun bazasında Vergi Ödəyicilərinə
Xidmət və Şəffaf Vergi Partnyorluğu Departa-
menti yaradılıb.
Vergilər Nazirliyi yanında Bakı Vergilər və
1 saylı Vergilər departamentləri ləğv olunaraq,
onların bazasında Vergilər Nazirliyi yanında
Xüsusi Gəlirlər Departamenti, Vergilər Nazirliyi
yanında Lokal Gəlirlər Departamenti və Vergilər
Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlarla
İş Departamenti yaradılıb.
Dostları ilə paylaş: |