Möhtəşəm festival
Gəncədə Beynəlxalq Şərab
Festivalı keçirmək artıq ənənə
şəklini alıb.Hazırkı festival da bu
ənənənin davamı–dördüncüsi idi
və şəhər həmişə olduğu kimi, ona
da çox ciddi hazırlaşmışdı. Gəncə
Şəhər İcra Hakimiyyətinin, iqtisadi
inkişaf və sənaye, kənd təsərrüfatı,
xarici işlər nazirliklərinin,
Azərbaycanda İxracatın və İnves-
tisiyaların Təşviqi Fondunun və
ölkəmizin Fransadakı səfirliyinin
birgə təşkilatçılığı ilə keçirilən
budəfəki festivalın ikinci gününə
şəhərin Gəncəçay park bulvarı
önündən start verildi. Ona görə
ikinci gün deyirik ki, əslində, bu
tədbirə bir gün əvvəl, ayrı-ayrı
yerli və xarici şirkətlərin istehsal
etdikləri məhsulların dequstasiyası
ilə başlanmışdı və çox təcrübəli
mütəxəssislər 100 ballıq sistemlə
qalibləri müəyyənləşdirmişdilər.
Tədbirə Azərbaycan, Fransa,
Bolqarıstan, Moldova, Gürcüstan,
Ukrayna və bir sıra digər xari-
ci ölkələrin şərab istehsalçıları,
distribüterləri və istehlakçıları
qatılmışdılar. Burada yerli və xarici
şərab istehsalı ilə məşğul olan
20-yə yaxın istehsal müəssisəsinin
məhsulları nümayiş etdirilirdi.
Festivala “Kitabi-Dədə Qor-
qud” dastanından Qazan xanın
şərab içməsi səhnəsini əks etdirən
meydan tamaşası ilə başlanıl-
dı. Tamaşa festival iştirakçıları
və qonaqlar tərəfindən maraqla
qarşılandı. Simfonik orkestrin
ifasında “Koroğlu” operasın-
dan uvertüra, Kukla Teatrının
hazırladığı səhnə, uşaq bağçaları
kollektivlərinin üzüm rəqsi, cizgi
filmi qəhrəmanlarının rəngarəng
rəqsləri alqışlarla qarşılandı.
Sonra yerli və xarici isteh-
salçılar tərəfindən şərabçılıq
məhsullarının təqdimatı oldu və
bir gün əvvəl keçirilən “İkinci
salxım” dequstasiya müsabiqəsinin
qalibləri medal və diplomlarla
mükafatlandırıldı. Bütövlükdə,
müsabiqənin 14 qalibi qızıl,
gümüş və bürünc medala layiq
görüldü.
Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısı Elmar
Vəliyev Fransa və digər xarici ölkə
nümayəndələrinin iştirak etdikləri
festivalın məramını diqqətə çat-
dırdı. Bildirildi ki, festivalın əsas
məqsədi şərab məhsullarını nü-
mayiş etdirmək, yerli şərab bazarı
iştirakçılarını bir araya gətirmək,
Azərbaycanın şərab məhsullarının
xarici bazarlara çıxarılmasını
dəstəkləməkdən ibarətdir.
Fransanın Konyak şəhərinin
meri Mişel Qurinçasdan, Fransa-
nın Burqundiya regionunun Yon
vilayətinin Ali Şurasının prezidenti
Andre Vilye, Varna şəhərinin meri
İvan Partnix festival və ölkəmizlə
bağlı yüksək fikirlər söylədilər,
məmnun olduqlarını dilə gətirdilər.
Bu sahədə beynəlxalq əməkdaşlığı
təşviq etmək, şərab istehlakı
mədəniyyətini formalaşdırmaq və
şərab ənənələrini qoruyub saxlama-
ğın vacibliyini vurğuladılar.
Sonra festival iştirakçıları
nümayiş etdirilən şərabların dadına
baxdılar. Gəncənin “Təndir çörəyi”
və yerli pendiri də şərablarla yana-
şı, dequstasiyadan keçirildi. Kuli-
nariya şousunda qonaqlar müxtəlif
növ üzümlərin, şirniyyatların,
Azərbaycan və Gəncə mətbəxinin
ləziz təamlarından daddılar.
Onlar, həmçinin rəssamların
əl işlərindən ibarət rəsm
əsərlərinə, dekorativ tətbiqi
sənət nümunələrinə, ayrı-ayrı
kollektivlərin rəqs və musiqi
nömrələrinə də tamaşa etdilər. Fes-
tival iştirakçıları tərəfindən qədim
məişət əşyaları, Azərbaycanın adət
və ənənələrini əks etdirən güşələr
də maraqla qarşılandı.
Günortadan sonra
Azərbaycanla Fransa regionları və
şəhərləri arasında əməkdaşlığa dair
I seminar keçirildi. Şəhərin Heydər
Əliyev Mərkəzində keçirilən se-
minarda Tovuz, Naftalan, Goran-
boy, Şəmkir, İsmayıllı, Şəki rayon
icra hakimiyyətlərinin başçıları
və müavinləri, o cümlədən Uk-
rayna, Moldova, Fransa, Bol-
qarıstan, Gürcüstan, Meksika,
Braziliya, Rusiya, Belarus və digər
ölkələrdən olan əcnəbi qonaqlar
iştirak edirdilər. Konfransda Gəncə
Şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Vəliyev Prezident İlham
Əliyev tərəfindən təsdiq olunmuş
dövlət proqramlarında bu sahənin
inkişafına xüsusi önəm verildiyini,
üzümçülük və şərabçılığın inkişafı
üçün böyük potensialın olduğunu
qeyd etdi.
İqtisadiyyat nazirinin müavini
Sahib Məmmədov çıxış edərək
bildirdi ki, bu qəbildən olan
tədbirlərin keçirilməsi ölkələr
arasında iqtisadi əlaqələrin daha
da möhkəmlənməsinə xidmət
edir. Təbii ki, bu əlaqələr iqtisadi
sahənin inkişafına da öz töhfəsini
verəcək.
Tovuz Rayon İcra
Hakimiyyətinin başçısı Tofiq Zey-
nalov Konyak şəhəri ilə bu sahədə
əməkdaşlıqdan, Şəki Şəhər İcra
Hakimiyyəti başçısının müavini
Həsən Həsənov isə Kolmar şəhəri
ilə şərabçılığın inkişafı sahəsində
həyata keçirilən tədbirlərdən da-
nışdılar.
Fransanın Burqundiya regionu-
nun Yon vilayətinin Ali Şurasının
prezidenti Andre Vilye, Konyak
şəhərinin meri Mişel Qurenşa, Bor-
do şəhər meriyasının Azərbaycan
üzrə nümayəndəsi An-Sofi Moty-
liski bu gün Gəncədə keçirilən
və artıq ənənəvi xarakter daşıyan
festivalın Azərbaycan-Fransa
iş adamları arasında əlaqələrin
güclənməsində, qeyri-neft sektoru-
nun ixrac qabiliyyətli sahələrindən
olan şərabçılığın inkişafında, bu
sahədə təcrübə mübadiləsində
əhəmiyyətli olduğunu diqqətə
çatdırdılar.
Fransanın Azərbaycandakı
səfiri Orelia Buşez və
Azərbaycanın Fransadakı səfiri
Elçin Əmirbəyov Fransanın
şərabçılıq sahəsində böyük
təcrübəyə malik olduğunu qeyd
etdilər. Hər iki səfir şərabçılıq kimi
ənənəvi sahələrin inkişafının prio-
ritet olduğunu vurğuladılar.
Seminarda Azərbaycan və
Fransa arasında siyasi əlaqələrin
yüksək səviyyədə olduğu,
əməkdaşlığın genişlənməsində
dövlət başçılarının qarşılıqlı
səfərlərinin və keçirilən görüşlərin
mühüm əhəmiyyəti də vurğulandı.
Fransa regionları və
əməkdaşlığa dair I seminar iştirak-
çılarına sonda xatirə hədiyyələri
təqdim olundu.
Dostları ilə paylaş: |