Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə43/65
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#20393
1   ...   39   40   41   42   43   44   45   46   ...   65
Əlvida Gəncə, salam Varna!

Axır ki, estafetin ötürülməsi 

anı gəlib çatdı. Bu münasibətlə 

keçirilən bağlanış mərasimində 

Gəncə  ŞİH-in başçısı Elmar 

Vəliyev,  2017-ci il Avropa 

Gənclər Paytaxtı titulunu qazanan 

Varna şəhərinin meri İvan Port-

nix, Varna Şəhər Bələdiyyəsinin, 

Azərbaycan Respublikası mərkəzi 

icra hakimiyyəti orqanlarının 

rəhbər nümayəndələri, Azərbaycan 

Respublikasının Prezidenti yanında 

Gənclər Fondunun rəhbərliyi, Milli 

Məclisin deputatları, xarici ölkələrin 

diplomatik nümayəndələri, təşkilat 

sədrləri, mətbuat nümayəndələri, 

könüllülər və digər rəsmi qo-

naqlar iştirak edirdilər. Dövlət 

himninin səslənməsi ilə başlanan 

tədbirdə Azərbaycanın, o cümlədən 

Gəncənin mədəniyyəti, qədimliyi, 

tolerantlığı, multikulturalizmi, 

əhalisi ilə yanaşı, "Gəncə Av-

ropa Gənclər Paytaxtı – 2016" 

çərçivəsində həyata keçirilən 

layihələri özündə əks etdirən video-

çarx  nümayiş olundu.

 Tədbiri giriş sözü ilə Elmar 

Vəliyev açaraq iştirakçıları sa-

lamladı və qonaqları Avropanın 

Gənclər Paytaxtında, Azərbaycanın 

qədim və zəngin mədəniyyətə 

malik ən gözəl şəhərlərindən biri, 

dahi Azərbaycan şairi Nizami 

Gəncəvinin yurdu olan Gəncədə 

görməkdən məmnun olduğu-

nu bildirdi. Şəhər rəhbəri qeyd 

etdi ki, bu gün gənclər siyasəti 

Azərbaycan dövlət siyasətinin əsas 

prioritet istiqamətlərindən biridir 

və bu siyasət ölkədə uğurla icra 

olunur. Təməli ulu öndər Heydər 

Əliyev tərəfindən qoyulan gənclər 

siyasətinin cənab Prezident İlham 

Əliyev tərəfindən uğurla həyata ke-

çirildiyini xüsusi vurğulayan Elmar 

Vəliyev çıxışını ümummilli lider 

Heydər Əliyevin "Azərbaycanın 

gələcəyi, Azərbaycanın gəncləridir" 

deyimi ilə bitirdi.

 Tədbirdə gənclər və idman 

nazirinin müavini İntiqam Babayev 

çıxış edərək bildirdi ki, Gəncənin 

Avropa Gənclər paytaxtı seçilməsi 

ilə əlaqədar olaraq ölkə Preziden-

tinin sərəncamı ilə xüsusi tədbirlər 

planı hazırlanıb və müxtəlif 

tədbirlər həyata keçirilib. Nazir mü-

avini qeyd etdi ki, dövlət siyasətinin 

əsas istiqaməti gənclərin hərtərəfli 

inkişafı, cəmiyyətdə müxtəlif 

sahələrdə iştirak etmələrinə fəal 

şərait yaradılmasından ibarətdir.

 Tədbirdə Azərbaycan Respub-

likası Prezidenti Administrasiyası 

ictimai-siyasi məsələlər şöbəsinin 

gənclər təşkilatları ilə iş sektorunun 

müdiri Vüsal Quliyev çıxış edərək 

dedi ki, ölkədə çox uğurla həyata 

keçirilən gənclər siyasətində gənclər 

təşkilatlarının rolu danılmazdır. 

Varna şəhərinin meri İvan 

Portnix iştirakçıları salamlaya-

raq, qonaqpərvərliyə görə öz 

minnətdarlığını bildirdi. Şəhər meri 

Varna haqqında geniş məlumat 

verdi. Qarşılıqlı əlaqələr nəticəsində 

bütün sahələrdə inkişafın olacağı-

nı qeyd edən İvan Portnix xüsusi 

vurğuladı ki, Varna şəhəri qazandığı 

titulu layiqincə təmsil edəcək.

 Azərbaycan Respublikasının 

Prezidenti yanında Gənclər Fondu-

nun icraçı direktoru Fərhad Hacıyev 

çıxışında dedi ki, Azərbaycanda 

həyata keçirilən gənclər siyasəti 

dünya üçün bir örnəkdir. 

Dövlətimizin gənclərə diqqəti 

və qayğısının hər  sahədə özünü 

göstərdiyini qeyd edən Fərhad 

Hacıyev bildirdi ki, Azərbaycanın 

gənclər siyasəti çox uğurlu bir 

modeldir və bu gün bu model öz 

bəhrəsini verir.  Tədbirdə qeyd 

olundu ki, cənab İlham Əliyevin 

tapşırığına əsasən “Gəncə Av-

ropa Gənclər Paytaxtı – 2016” 

çərçivəsində həyata keçirilən 

layihələrə 9 nazirlik və 2 komitə 

dəstək olub. Bu titulu qazanmaqla 

şəhərin əldə etdiyi nailiyyətlərdən 

danışılaraq qeyd edilib ki, Gənclər 

evi, Avropa Gənclər Paytaxtı 

İctimai Birliyinin ofisi, Kitab evi, 

Gəncə Avropa Gənclər Paytaxtı 

Parkı və başqa obyektlərin açılması 

ölkə rəhbərinin Nizami yurduna 

olan diqqət və qayğısının bariz 

nümunəsidir.

Bağlanış mərasimində bir il 

ərzində Gəncədə reallaşan layihələr 

və tədbirlər xatırlanıb. Ötən bir il 

ərzində şəhərdə 25 beynəlxalq, 18 

yerli olmaqla, ümumilikdə, 43 layihə 

reallaşdırılıb. Ən böyük layihələr 

isə Avropa və Türk Şurasının, o 

cümlədən "Tarixin canlı səhifələri" 

gənclər festivalları olub. Bu 

tədbirlərin həyata keçirilməsində 360 

könüllü iştirak edib. Gəncə Avropa 

Gənclər Paytaxtı - 2016 layihəsinin 

rəsmi bağlanış mərasimində nümayiş 

olunan video-çarxlar vasitəsi ilə fes-

tivalların ən maraqlı anları bir daha 

xatırlandı. Daha sonra Gəncə Şəhər 

İcra Hakimiyyətinin başçısı Elmar 

Vəliyev Avropa Gənclər Paytaxtının 

rəmzi açarını Bolqarıstanın Varna 

şəhərinin meri İvan Portnixə təqdim 

etdi. 

Tədbirin sonunda "Gəncə 



Avropa Gənclər Paytaxtı – 2016" 

layihəsinin yüksək səviyyədə 

təşkil olunmasında,təbliğatında 

yaxından iştirak etdikləri üçün 

gənclər təşkilatlarının, dövlət və 

biznes qurumlarının, mətbuat 

nümayəndələrinin bir qrupuna 

fəxri fərmanlar və təşəkkürnamələr 

verildi.

Bəli, Gəncə rəmzi açarı Varnaya 

verdi. Özü də qürurla, iftixarla, 

sevinclə. Bu bir ildə qədim Nizami 

yurdu sübut etdi ki, Gənclər Paytax-

tı adına təsadüfən yiyələnməyib. Bu 

şəhər daha böyük titullara layiqdir. 

2017-ci ildə MDB-nin Mədəniyyət 

Mərkəzi adını qazanması da onu 

göstərir ki, hələ uğurlar qabaqdadır. 

Rəmzi açar verilir, rəmzi açar qəbul 

olunur. Yəni əlvida Gəncə, salam 

Varna!


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin