Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə42/65
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#20393
1   ...   38   39   40   41   42   43   44   45   ...   65
Varna və Kutaisi 

şəhərlərinin merləri  

şəhər icra hakimiyyətində

Gəncə Şəhər İcra 

Hakimiyyətinin başçısı Elmar 

Vəliyev tədbirdə iştirak edən Varna 

şəhərinin meri İvan Portnix və onun 

rəhbəri olduğu nümayəndə heyəti 

ilə görüşdü. İcra hakimiyyətinin 

başçısı qədim mədəniyyət və sənaye 

şəhəri olan Gəncədə nümayəndə 

heyətini salamlamaqdan məmnun 

olduğunu bildirdi və Gəncənin 

“2016-cı il Avropa Gənclər Pay-

taxtı” seçilməsi, şəhərin tarixi, 

mədəniyyəti, sənaye potensialı haq-

qında ətraflı məlumat verdi. Eyni 

zamanda, Elmar Vəliyev qonağa 

Gəncə şəhərində dünyaya göz açmış 

Nizami Gəncəvi, Məhsəti Gəncəvi, 

Cavad xan, Mirzə Şəfi Vazeh 

kimi şəxsiyyətlər haqqında danış-

dı, Gəncə -2016 Avropa Gənclər 

Paytaxtı layihəsi çərçivəsində 

həyata keçirilən yerli və beynəlxalq 

tədbirlərdən söz açdı. Bildirdi ki, 

Avropa Gənclər  Paytaxtı olmuş 

şəhərlərlə birgə layihələrin icrası, 

bu sahədə Gəncənin təcrübəsinin 

öyrədilməsi gələcək planlara daxil-

dir. 

Varna şəhərinin meri İvan 



Portnix şəhər icra hakimiyyətinin 

başçısına səmimi qəbula 

görə minnətdarlığını bildirdi. 

Qeyd etdi ki, Varna və Gəncə 

şəhərləri arasında ikitərəfli 

əlaqələrin inkişaf etdirilməsi

gələcək əməkdaşlığın və dostluq 

münasibətlərinin bundan sonra da 

möhkəmləndirilməsi istiqamətində 

səylərini əsirgəməyəcək. Dedi ki, 

2017-ci il üçün Varna şəhərinin 

Avropa Gənclər Paytaxtı seçilməsi, 

rəhbərlik etdiyi şəhərin bu titu-

la sahib olması çox sevindirici 

haldır. Onlar bu layihənin həyata 

keçirilməsində Gəncə şəhərinin 

təcrübəsindən yararlanacaqlarını 

bildirdi. Mer Gəncə Şəhər İcra 

Hakimiyyətinin başçısını  Varnada 

keçiriləcək açılış tədbirinə dəvət 

etdi. Görüşün yekununda iki şəhər 

arasında gələcək əməkdaşlığa dair 

xartiya imzalandı. Sonda Elmar 

Vəliyev merə Gəncəni əks etdirən 

bir neçə xatirə hədiyyəsi təqdim 

etdi.


Elə həmin gün icra 

hakimiyyətinin başçısı Gəncədə 

səfərdə olan Gürcüstanın Kutaisi 

şəhərinin meri Şota Murqulianini 

və onun rəhbəri olduğu nümayəndə 

heyətini qəbul etdi. Elmar Vəliyev 

qonaqları salamlayaraq onla-

rı Nizami yurdu qədim Gəncə 

şəhərində görməkdən məmnun 

olduğunu bildirdi. Görüşdə  iki 

qardaş şəhər arasında elmi mədəni 

əlaqələrin bundan sonra da yüksək 

templə inkişaf edəcəyinə əminlik 

ifadə olundu. Bildirildi ki, hər iki 

tərəfin münasibətlərin inkişafında 

maraqlı olması qardaş şəhərlərlə 

yanaşı, ölkələrimiz və xalqlarımızın 

manafeyinə də xidmət edir. Şəhər 

icra hakimiyyətinin başçısı diqqətə 

çatdırdı ki, Gəncə ilə Kutaisi ara-

sındakı əməkdaşlığa yeni nəfəsin 

verilməsi qardaşlaşan hər iki şəhər 

arasında əlaqələrin yeni müstəviyə 

qaldırılmasına, imzalanan memo-

randum isə bu məqsədə çatmağa 

təkan verəcək.

 Kutaisi meri Şota Murquliani 

şərab festivalında iştiraka dəvət al-

dığı üçün  şəhər icra hakimiyyətinin 

başçısına bir daha təşəkkürünü bil-

dirdi.  Xatırlatdı ki, Gəncə ilə Kuta-

isi uzun illərdir qardaş şəhərlərdir. 

Bu şəhərlərin turizm potensialı, 

iqtisadiyyatı, hətta əhalinin yaşam 

tərzində də oxşarlıqlar var. Şota 

Murquliani Kutaisi Universitetinin 

aqrar fakültəsi ilə Gəncədə fəaliyyət 

göstərən Azərbaycan Dövlət 

Aqrar Universiteti arasında birgə 

əməkdaşlığa dair işçi qrupunun 

yaradılmasını da müsbət qarşıladı-

ğını qeyd etdi. Əminliklə bildirildi 

ki, görüşün nəticələri müsbət olacaq 

və iki şəhər qardaş olduğunu əməli 

işlərlə ortaya qoyacaq.

 Görüşdə iştirak edən 

Azərbaycan Dövlət Aqrar Univer-

sitetinin rektoru, professor İbrahim 

Cəfərov iki ali təhsil ocağının 

müəllim və tələbələrinin daha sıx 

əməkdaşlıq etməsini, eyni zaman-

da, aqrar sahədən bəhs edən birgə 

jurnalın nəşr olunmasını təklif etdi. 

Rektorun təklifi nümayəndə heyəti 

tərəfindən müsbət qarşılandı. 

Görüşün yekununda qarşılıqlı 

olaraq xatirə hədiyyələri təqdim 

edildi.



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin