The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---13---
Əmin Abidin "Azəri ədəbiyyatı tarixi" əsərinin ikinci əhəmiyyəti ədəbiyyatşünasın tərcümeyi-hal
materiallarından müəyyən mənada imtina etməsidir. Əgər F.Köçərlinin ədəbiyyat tarixi düşüncəsində başlıca yeri
ədəbi şəxsiyyətlər və onların tərcümeyi-hal kontekstində təqdimi əsas yer tuturdusa, Əmin Abidin bu əsərində
icmallar və təhlillər əsasında ümumiləşdirmələr və qənaətlər əsas xətti təşkil edir. Bu da ədəbiyyat tarixinə və
tarixçiliyinə yeni elmi yanaşmanı əks etdirirdi. Bununla Əmin Abid Azərbaycan ədəbiyyat tarixini bioqrafik
ədəbiyyat tarixindən qurtarıb elmi ədəbiyyat tarixinə yönəltməyə çalışırdı və müəyyən mənada buna nail olurdu.
"Azəri ədəbiyyatı tarixi"nin üz qabığında yazılış tarixi 1924-cü il, əsərin sonunda isə 1925-1926-cı illər
yazılıb. Əsərin əlyazmasının üz qabığında yazdığı qeyddə "muhterem ustadım", - deyə üz tutduğu müəllimi
Mehmed Fuad Köprülüzadəyə yazır:
"Bu gün kısmen takdim ettiğim ve Bakuda neşrine ictisar edeceğim “Azeri-Türk Edebiyatı Tarihi” namındakı eser-i acizimi, Kafkas ve Azerbaycan gençliğinin kalbinde sevimli bir yer tutan mübeccel isminize ithaf etmekle bahtiyarım. İstanbul-1924, Kafkaslı Emin Abid" (Əmin, 1926).
Əmin Abidin "Azəri ədəbiyyatı tarixi" əsəri 20-ci yüzilin əvvəllərindən əsərin yazıldığı dövrə qədərki bir
mərhələni əhatə edir. Bu, ədəbiyyatşünasın çağdaş bədii düşüncəyə münasibətini, ədəbi hadisə və şəxsiyyətlərə
verdiyi dəyərləndirmələri qiymətləndirmək baxımından olduqca əhəmiyyətlidir. Çünki biz Əmin Abidin
Azərbaycan ədəbiyyatının qədim dövrü və ayrı-ayrı klassik şəxsiyyətləri ilə bağlı araşdırmaları ilə tanış olsaq da,
müasiri olduğu ədəbiyyata münasibətini görməmişdik. Necə deyərlər, onun araşdırmaları "Dədə Qorqud"
dastanını, klassik ədəbiyyatı və Mirzə Fətəli Axundzadə yaradıcılığını əhatə edirdi. Bu mənada araşdırmanın
yaxın ədəbi prosesə həsr olunması araşdırmaçının müasir ədəbiyyata yanaşmasını üzə çıxarmış olur. Əsər Əmin
Abidin ədəbi prosesi dəyərləndirməsi və çağdaş ədəbi prosesi təşkil edən faktorları üzə çıxarması baxımından da
əhəmiyyətlidir.
Ədəbiyyatın inkişafında dövrün hadisələrini və mətbuatın inkişafını əsas götürən ədəbiyyatşünas Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağayev, Haşım bəy Vəzirovla yanaşı, Məhəmmədəmin Rəsulzadənin də həyat və
yaradıcılığı haqqında ayrıca oçerk yer alır. Məhəmmədəmin Rəsulzadənin mühacirətdə olduğu vaxt onun
fəaliyyətini işıqlandırmaq olduqca maraqlıdır. Ədəbiyyatşünas bir fəsli "Vətənpərvər şeir məktəbi" adlandırır və
bu çətir altında Məhəmməd Hadi və Əliabbas Müznibin yaradıcılığını araşdırır.
20-ci yüzilin əvvəllərində özünün yeni inkişaf mərhələsini yaşayan satira ədəbiyyatı isə Cəlil
Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əli Nəzmi yaradıcılığı ilə təmsil olunur.
Araşdırmaçı Azərbaycan nəsrini "Hekayəçilik" adı altında araşdırır və Nəriman Nərimanov və Sultan Məcid
Qənizadənin yaradıcılığına nəzər yetirir. Dramaturgiya isə "Tamaşa ədəbiyyatı" termini ilə araşdırmaya cəlb
edilir. Burada Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyin Cavid və Üzeyir Hacıbəyli
dramaturgiyası araşdırılır. Abbas Səhhət, Abdulla Şaiq, Süleyman Sani Axundov uşaq ədəbiyyatı kontekstində
öyrənilir. Azərbaycan ədəbiyatında heca cərəyanına ayrıca fəsil həsr edir və Türkiyə ədəbiyyatının milli
poeziyaya təsiri nəticəsində heca təmayülünün güclənməsi və Əhməd Cavad yaradıcılığı ilk dəfə olaraq
dəyərləndirilir.
Əmin Abidin ədəbiyyat tarixinin strukturu yenidir; dörd hissəyə ayrılmış, hər hissə də müxtəlif
bölümlərə bölünmüşdür. Ayrıca yüzilin təhlili verilərkən, çox doğru olaraq, tarixi, ictimai hadisələri də təhlil
etməyə çalışır.
Bu, ədəbiyyatşünasın çağdaş bədii düşüncəyə münasibətini, ədəbi hadisə və şəxsiyyətlərə verdiyi
dəyərləndirmələri qiymətləndirmək baxımından olduqca əhəmiyyətlidir. Əsərin ilk bölümündə "İyirminci yüzilə
girərkən", "Siyasi vəziyyət", "İctimai və iqtisadi vəziyyət", Ədəbi vəziyyət: xalq ədəbiyyatı və klassik ədəbiyyat",
"Ümumi həyatda yeni təhavüllər", "İctimai müəssisələrdə inqilab və amilləri", "Siyasi təşkilatın təkamülü",
"Ədəbi hadisələrdə inkişaf" kimi yarımbaşlıqlardan istifadə etmişdir.
"Azəri ədəbiyyatı ümumtürk ədəbiyyatının bu vaxtadək işlənilməməsi şöbələrindən biri" kimi təqdim edən
araşdırmaçı çağdaş ədəbiyyatla bağlı məqalə və kitablar yazılmadığına diqqət çəkir. Azərbaycanın ictimai, siyasi,
iqtisadi vəziyyəti haqqında qısa xülasələrdən sonra ədəbi prosesi qiymətləndirir. Mirzə Fətəli Axundzadə və Həsən
Zərdabinin yeni ədəbiyyat yaratmaq yolundakı çabaları təqdir olunur, 1905-ci il inqilabının böyük təsiri göstərilir.
Siyasi hadisələri təhlil edərkən bu hadisələr kontekstində Azərbaycanda da siyasi təşkilatların yaranmasını
önə çəkir: "Azerbaycan siyasetinin sosyalizm sahasında doğup ilerlemesi, sırf Rus, Ermeni sosyalistlerini taklitten
ileri geliyordu; programları Türklerin siyasi ve ictimai ihtiyaçlarından toplanmış değildi. Halbuki onun yanında
seyr-i tabiisine devam eden edebiyat, ahalinin temayülatına tercüman olarak, vatanperver, halkçı ve istiklalci bir yol
takib ediyordu. Demek oluyor ki siyasat ve edebiyat başka başka yollardan ilerliyordu. Sosyalist teşkilatlar içinde
"Hümmet" fırkası yavaş-yavaş kök salmağa başladı (Əmin, 1926:19).
"Müsavat" (1911) partiyasının yaranmasından sonra bədii düşüncədə də millətçi, xalqçı təmayülün
yaranmasını da bu amillərlə əlaqələndirir. Doğrudan da, bu zamandan başlayaraq vətənpərvərlik ədəbi düşüncədə