Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə17/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   13   14   15   16   17   18   19   20   ...   357
The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---15--- 
dolayı bu yazılarda Ali Bey şiirde bir mevki temin edemez" (Əmin, 1926:32). Doğrudan da, Əli bəy Hüseynza-
dənin bundan sonra əhəmiyyətli şeir yaradıcılığına rast gəlmirik. 
Əmin Abid Azərbaycanda və Türkiyədə məşhur olan "türkləşmək, müasirləşmək, islamlaşmaq" üçlü 
formuluna da münasibət bildirir və onun formalaşmasında rolu olan Əli bəy Hüseynzadənin bu formulu ideya 
şəklində ortaya atdığı, lakin işləyib axıra çatdırmadığı nəticəsinə gəlir: 
"Hətta mərhum Ziya Göyalp bəy üç 
ümdəsini daha ortaya atmadan əvvəl, Əli bəy 1906-cı ildə "Füyuzat" məcmuəsinə eyni fikirləri istinadən bir-
iki məqalə nəşr etmişdir. Fəqət "Avropa əlbisəsində" görmək istədiyi "dinli türkü" Doktor bir çox yazılarıyla 
yaşatmış olsaydı Ziya Göyalpın Türkiyədə yaydığını Hüseynzadə Qafqasiyada vücudə gətirmiş olacaqdı"
(Əmin, 1926:40).
Əmin Abid burada açıq şəkildə Əli bəy Hüseynzadənin bu fikri bir ideya şəklində ortaya atdığını, ancaq 
işləyib başa çatdırmadığını söyləyir. Ancaq görünür ki, Əmin Abidin özünün də Yusif Akçuranın "Üç tərzi-
siyasət" əsərindən məlumatı olmamışdır. Yoxsa, bu əsərin də adını çəkərdi. Cəmi bir neçə səhifə sonra Əmin 
Abid Məhəmmədəmin Rəsulzadə və onun redaktoru olduğu "Açıq söz" qəzetindən bəhs edir və onun qəzetin 
başlığına Ziya Göyalpın "Türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarını qoyduğunu yazır. Ətəkdə isə 
aşağıdakıları qeyd edir: 
"Resulzade Mehmed Emin 1917 de "Müsavât" fırkasına intisab ettikten sonra bu üçüz 
umde fırkaya da şiar ittihaz edilmiştir. Zaten Mehmed Emin'in bütün eserlerinde ve teşkilatçılığında Ziya 
Gökalp'in tesiri bariz bir surettedir. Mehmed Emin'in intisâb ettiği Müsavât fırkası Mehmed Ali Resulzade, 
şair Ali Abbas Müznib, (Abbasqulu) Kazımzade, Tağı Nağıyef tarafından 1911 de tesis edilmiştir"
(Əmin, 
1926:49). 
Maraqlı cəhətlərdən biri Əmin Abidin əsərdə Məhəmmədəmin Rəsulzadənin yaradıcılığına ayrıca yer 
verməsidir. İlk dəfə olaraq, Əmin Abidin əsərində Məhəmmədəmin Rəsulzadənin yaradıcılığı haqqında oçerk 
verilir.
Nəzərə almış olsaq ki, əsər elə M.Ə.Rəsulzadənin Türkiyədə mühacirətdə baş yazarı olduğu "Yeni 
Kafkasiya" dərgisində sovet Azərbaycanını və onun siyasi sistemini tənqid etdiyi bir zamanda yazılmışdır, bu 
siyasi xadimin yaradıcılığına yer verməsini böyük cəsarət hesab etmək olar. M.Ə.Rəsulzadənin mühacirətdə 
olduğu vaxt onun fəaliyyətini işıqlandırmaq və bu əsərini Azərbaycanda nəşr olunmasını nəzərdə tutması olduqca 
əhəmiyyətlidir.
Azərbaycan ictimai fikri və "Açıq söz" qəzetindəki fəaliyyətini dəyərləndirildikdən sonra İstanbulda 
1923-cü ildən etibarən nəşr etdiyi "Yeni Kafkasya" adlı siyasi məcmuə nəşr etməsi üzərində dayanır: 
"Tamamıyla siyasi mahiyyette olan mecmua bolşeviklere karşı Azerbaycan istiklâlini müdafaa etmek gayesini 
takib ediyor. Yeni Kafkasya’dan başka İstanbul’da "Azerbaycan Cumhuriyyeti", "Esrimizin Siyavuşu" 
namında iki eser de neşretmiştir. Gerek mecmuasında, gerek eserlerinde Mehmed Emin, daha ziyade kendi 
gazetesi olan Açık Söz’den yani 1915 den sonra bizzât iştirâk ettiği cereyana çok ehemiyyet veriyor; 1905 ten 
beri Azerbaycan’ın siyası ve edebi ihtilâllerinin büyük hizmetleri sevkeden şahısların bir çoğu meskut ve 
ehemiyyetsiz geçiliyor" (Əmin, 1926:51). 
Əsərdə milli vətənpərvər ədəbiyyatın nümayəndəsi kimi Əliabbas Müznibin də portreti verilmişdir. Qardaşı 
olmasına rəğmən, Əmin Abid onun yaradıcılığını obyektiv dəyərləndirməyə çalışır. Belə bir fikri maraq doğurur ki, 
Əliabbas Müznib yaradıcılığa başladığı zaman Türkiyədə "Sərvəti-fünun" ədəbiyyatı Azərbaycana güclü təsir etdiyi 
və Məhəmməd Hadi bu təsirdən bəhrələndiyi halda, nədənsə Əliabbas Müznib bu cərəyana qoşulmadı və içindən 
çıxdığı mühitdən ilham aldı. Əliabbas Müznibin "Hüriyyəti-bəşəriyyə" əsəri ilə Məhəmməd Hadinin "Firdovs-
ilham"ını müqayisə edərək Əliabbas Müznibin əsərinin "mövzu və duyuş etibarilə" daha milli və azəri olmasına 
baxmayaraq, Məhəmməd Hadinin əsəri qarşısında "pək ibtidai" hesab edir. Əliabbas Müznibin Sibir həyatının 
yaradıcılığına təsirini araşdıran Əmin Abid onun Sibirdə yazdığı şeirlərini yeni və əhəmiyyətli hesab edərək bir neçə 
nümunə gətirir. Çar Nikolaya xitabən yazdığı qitədə deyilir: 
Sağ ol cihana şehametli şahımız var ol
Güzel güzel yaşarık saye-i medarında.
Sibirya’da beni karla, soukla dondurdun
Gördüm seni yanasın yangından mezarında. (Əmin, 1926:105) 
20-ci yüzilin əvvəllərində özünün yeni inkişaf mərhələsini yaşayan satira ədəbiyyatına ("Mizah 
ədəbiyyatı") ayrıca bir bölüm həsr edən ədəbiyyatşünas bu cərəyanın nümayəndəsi kimi Cəlil Məmmədqu-
luzadə, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əli Nəzmi yaradıcılığına müraciət edir. C.Məmmədqu-
luzadənin həm "Molla Nəsrəddin"dəki felyetonları, həm də nəsrini araşdırır. Lakin C.Məmmədquluzadə dilini 
və üslubunu qiymətləndirərkən "Onun yazıları yüksek sanat, yüksek edebiyat mefhumundan çok uzaktır, mev-
zularında istihza, nükte-pervazlık esası olan yazıları lisan itibariyle çok basittir",-kimi ziddiyyətli fikirlər 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin