120
Qəndəhar vilayətinin hakimi təyin etdi və Herata qayıtdı
163
. Lakin
1538-ci ildə Moğol padşahı Hümayunun qardaşı Mirzə Kamran
qoşunla Qəndəhara gələrək qızılbaşları oradan sıxışdırdı
164
.
Səfəvi – Moğol münasibətlərində Hümayunun hərbi yardım
haqqında xahişlə I Şah Təhmasibə müraciət etməsi əlamətdar
hadisə oldu. Hümayun əfqan hakimi Şirxan tərəfindən darmadağın
edilmiş və hətta ona qarşı çıxış etmiş qardaşları da onu yalqız
buraxmışdılar. Vəziyyət o dərəcədə ağırlaçmışdı ki, o, arvadı,
qulluqçusu və 40 etibarlı adamının müşayiəti ilə Səfəvilərin
ərazisində təqibdən yaxa qurtarmağa məcbur olmuşdu
165
.
Hicri 951 (1544)-ci ildə Hümayun Sistan hakimi Əhməd
Sultan Şamlı tərəfindən padşaha layiq
təmtəraqla qəbul edilərək
Herata yola salınmışdı. Hümayun onu qarşılamaq üçün öz məiyyəti
ilə şəhər hüdudlarından xeyli kənara çıxmış Xorasan bəylərbəyi
Məhəmməd xan Şərəfəddin oğlu tərəfindən də böyük ehtiramla
qarşılanmışdı
166
. Hümayun bir neçə gün Heratda qaldıqdan sonra
şahın yanına – İraq tərəfə hərəkət etdi. Həsən bəy rumlu yazırdı:
“Onun gəlib çatdığı hər bir vilayətdə yerli əmirlər və sərdarlar
sədaqət andı içir, ona layiqli hədiyyələr verirdilər”
167
.
Sultaniyyənin yaxınlığında, Sorluq yaylağındakı
şah düşərgəsində
Hümayunu şahın qardaşları Bəhram və Sam, vəzir Qazi Cahan,
qorçibaşı Sevindik bəy və dövlətin digər yüksək rütbəli adamları
qarşıladılar.Həsən bəy qeyd edir ki, Hümayun şah alaçığına
yaxınlaşanda atdan düşdü və alaçığa doğru yollandı. I Şah
Təhmasib onu görüb alalçıqdan çıxdı və bir neçə addım irəli yeridi.
Oradakılar iki parlaq ulduzun birləşməsinin şahidi oldular.
Hümayunun şaha bağışladığı hədiyyələr arasında “tayı-bərabəri
olmayan, taleyin görmədiyi və zamanın eşitmədiyi, çəkisi dörd
misqal və dörd danqa olan almazın” da adı çəkilir
168
.
Hümayun ona hər cür qonaqpərvərlik
və dostluq nişanələri
izhar edən I Şah Təhmasib tərəfindən mehribanlıqla qarşılandı.
Onun şərəfinə verilən böyük ziyafətdən sonra şah peşkəşlərinin
121
verilməsinə başlandı. Bunların arasında qiymətli daşlarla
bəzədilmiş tac və kəmər, qızıl çəkili parçalar, firəng (Avropa)
malları, döyüş sursatı və silah, ərəb atları vəs.vardı. Sonra
Hümayun şahdan ayrıldı, Təbriz və Ərdəbilə yollandı. Təbriz yerli
sakinlərin əmri ilə bayramsayağı bəzədilmişdi:
bazarlar və xüsusilə
mərkəzi Qeysəriyyə bazarı yaraşıqlı libasa bürünmüşdü. Təbrizlilər
yüksək qonağın şərəfinə Sahibabad meydanında keçirilən çovgan
oyununda və digər əyləncə növlərində öz məharətlərini nümayiş
etdirirdilər. Hümayun Ərdəbildə Şeyx Səfiəddinin türbəsi
qarşısında “baş əydi”, bundan sonra isə saraya qayıtdı. Müxtəlif
məlumatlara görə, I Şah Təhmasib tərəfindən
Budaq xan Qacar və
Şahverdi bəy Ustaclı başda olmaqla 6 mindən 12 min nəfərədək
qızılbaş Hümayunun sərəncamına verildi
169
. Hümayun həmin hərbi
yardımla Hindistana yola düşdü, öz düşməni Şirxanı darmadağın
etdi və taxt-tacı özünə qaytardı. O, bu
köməyin müqabilində hər il
40 min tümən gəlir verən Qəndəharı Səfəvilərə güzəştə getdi
170
.
Dostları ilə paylaş: