Seçilmiş əsərləri X
233
Yara canımdan,
qanımdan gəlir.
Yara kimi yaşayacağam
insanlığın
vicdanında,
insafında,
mürvətində, –
ölməyəcəyəm,
qara qartal!..
Bayaqkı işıqlı ovqatdan əsər-əlamət qalmamışdı.
Demək, mənim qismətimə Ayın qaranlıq tərəfi olmaq dü-
şüb. Canımda işıqlı
tərəfin həsrəti, mən qaranlığı yazıram,
qaranlığa ağlayıram, qaranlıqdan çəkib çıxardıram dərdlərimizi
– misra-misra, bənd-bənd. İşıqlı tərəfi hamı görür, qaranlıq tə-
rəfi görməyə can atanların isə hələ zamanı gəlməyib.
2007