Seçilmiş əsərləri X
149
sözlə, qısqandım şeiri nəsrə. Hekayəni bir də 2004-cü ildə çap
olunan «Ömrün axarı» adlı kitabımda çap etdirdim. Belə bir
halla bir də 1982-ci ildə rastlaşdım
–
«Seçmək olmayır» şeirimi
yazanda. Şeir dövrü mətbuatda getmədi. Təbii ki, gedə də bil-
məzdi. Şeiri 1983-cü ildə «Yazıçı» nəşriyyatına təqdim etdiyim
«Yetkinlik» kitabına daxil elədim. Kitabın materialları düz
yeddi il ildən-ilə keçirildi. Nəhayət, çapa hazırlananda yenə
eyni bir təkliflə rastlaşdım. «Şeir yaxşı şeirdir. Amma elə et ki,
guya bu hadisələr İranda baş verib». Yenə eyni çaşqınlıq. Axı
aşkarlıq dövrü idi. Çıxış yolu tapıldı. Şeirin adı «Cənubdan
məktub» qoyuldu. Problem aradan qalxdı. Təkcə şeirdəki «mi-
lis» sözü «polislə» əvəz olundu.
O ki qaldı sualın digər anlam tərzinə, açığını deyim ki, bu
sualın mənası mənə çatmır. Necə yəni şairə deyəsən ki, niyə
şeir yazırsınız və ya ömrü şeir yazmağa həsr olunan bir adama
deyəsən ki, niyə şairsən? Bu ona bənzəyir ki, deyəsən
–
niyə
yaşayırsan? Çünki ölmürəm. Niyə ölmürsən? Çünki yaşayıram.
Amma yenə cavab verəcəyəm. Özü də elə cavab yox ki,
deyəm, yazmasam, yaşaya bilmərəm, məni yaşadan yazmaqdır.
Xeyr. Yazmadan da yaşamaq olar. Çətin də olsa, mümkündür.
Belə deyib, yazmadan yaşayanları çox görmüşük.
Mən isə şeirə getmək üçün gəlməmişdim. Məni şeirə gə-
tirən məni yaradan Tanrıdır. Mənə qədərlədiyi tale şair tale-
yidir. Taledən isə qaçmaq mümkün deyil. Məni şeirə Tanrı
göndərib, Tanrı da şeirdən apara bilər. Şeirlərimdə bu barədə
açıq, ya gizli işarələr çoxdur. Həmişə vird elədiyim isə «Allah,
elə et ki, yazım Dilimin son sözünəcən» diləyidir.
Dostları ilə paylaş: