Seçilmiş əsərləri X
155
kür süzgəcindən keçib gələn sənətdə peşəkarlıq olar, həvəskar-
lıq yox. Peşəkarlığın özünü də mən poeziya üçün təhlükəli he-
sab edirəm. Çünki poeziya daim axtarış tələb edir. Peşəkarlıqda
isə qələm, dəst-xətt öyrəncəliliyi var. Üslub başqa şeydir. Peşə-
karlıq düzxətli hərəkətdir, hamar gedişdir. Asan qavranılsa da,
tez həzm olunsa da, yenilik qığılcımının işığı çox zəif olur.
Şairin axtarışları onu daim çətin manevrlərə çəkir. Bəzən eks-
permentə üz tutursan. Elə buna görə də, beyin mərkəzləri ilə
sıx əlaqədə olursan. Şair ya var, ya yoxdur. Şeirdə, poeziyada
həvəskarlıq ola bilməz. Amma zəif yazanlar o qədərdir ki, buna
ayrı ad da vermək olmur. Qafiyələndirmə, ritmə uyma, fikirlə-
rin birini bu dağdan, birini o dağdan götürüb bəndə salma hələ
şeir olmadığı kimi, onu yazan da heç cür şair adlana bilməz,
lap həvəskar səviyyəsində belə.
Eləcə də tənqid. Tənqiddə birinci növbədə tənqidçi təfək-
kürü formalaşmalıdır. Tənqidçi materialı oxucu fikri səviyyə-
sində qiymətləndirib canını qurtarmağa çalışırsa, bu, daha tən-
qid deyil, oxucu fikridir.
Oxucu fikirlərinin yazılmasına isə müsbət baxıram. Əv-
vəla, savadlı oxucuya malik olmaq müasir poeziyamızın prob-
lemlərindəndir. Oxucu oxuduğu materialı qiymətləndirə bilirsə,
heç olmasa, buna səy edirsə, bunun nəyi pisdir ki?! O ki qaldı
tənqidi qəbul etməyimə, bəli, tənqidi qəbul edirəm. Qərəzsiz,
təmənnasız, obyektiv tənqidi.
– Yenə sizin Ģeirinizə üz tutaq: «Hər gün ölüm ayağı-
dır» qənaətinə gəlincə çoxmu götür-qoy etmisiniz?
–
Qətiyyən. Məncə, həyatı müşahidə etmək kifayətdir.
1990-cı ildən üzübəri baş verənlər diktə etdi mənə bu fikri: in-
sanlar kütləvi qırğınlarla üzləşib. Bəs hər an ürcah ola biləcəyin
terror aktları… Evdən çıxırsan, bilmirsən salamat qayıda bilə-
cəksənmi? Ölüm daha qocaya, cavana fərq qoymur. Qabağına
kim çıxdı, qamarlayır.
|