Firuzə Məmmədli
206
kəndçinin qanpipik
xoruzu kimi.
Ələkbər yaradıcılığa obrazlar şairi kimi gəldi.
Onun ob-
razları öz təravətini və yeniliyini bu gün də qoruyub saxlamaq-
dadır və yaradıcılığa başlayan gənclik üçün bir örnək, bir
məktəbdir.
Camalın Kamal oğlu
dərslərindən axsıyırmış.
Odur ki,
adlı-sanlı,
sinli dədəsini də
qoltuq ağacı tək
götürüb gəlib.
Əlbəttə, axsayana qoltuq ağacı vacibdir. Lakin «dərsin-
dən axsamaq» və irəli getməsinə kömək etmək üçün dədəsini
«qoltuq ağacı» etmək artıq Ələkbər Salahzadə poetik nitqinin
özünəməxsusluğudur.
Şairin ötən əsrin 70-ci illərində poeziyaya gətirdiyi «qol-
tuq ağacı» metaforası 90-cı illərdə yaradıcılığa başlayan
bir çox
gəncin ilham mənbəyinə çevrilmişdi.
Ələkbər Salahzadə 60-cılar sırasında poetik nitqimizi
özünün coşğun ilhamı və istedadı ilə zənginləşdirən şairləri-
mizdəndir. Elə istedadlı olduğu üçün də istedadlı
gənclərin
böyük ədəbiyyata yolunu işıqlandırmağa çalışırdı. Şəxsən mə-
nim ədəbiyyata gəlişim Ələkbərin açdığı belə qapıların birin-
dən keçib. Keçib və mən deyərdim ki, uğurlu da olub.
Onun böyük ürəyi, şəxsiyyət bütövlüyü, poetik sözün də-
yərini zərgər dəqiqliyi ilə müəyyənləşdirmək qabiliyyəti, qədir-
bilənliyi, qayğıkeşliyi yaradıcılığımın başlancığında
mənə öz
qardaş əlini uzatdı. Tutdum o əldən, inam, etimad, etiqad və
minnətdarlıqla. Bu əhvəlat belə olmuşdu: