Seçilmiş əsərləri X 211
təcili yardım stansiyasında tibb bacısı işləyir, qalan vaxtımı
dərsə gedir, dərs hazırlayır, əlavə ədəbiyyat oxuyurdum. Əgər
desəm ki, bəzən axırıncı dəfə haçan çörək yediyimi belə unu-
durdum, bu, şişirtmə deyil. Bilmirəm, bütün həyatını, varlığını
tutduğu sənət yoluna bu cür bağlayan ikinci bir adam vardımı?!
Bu bağlılıq sonda məni pərt eləsə də, heç vaxt, hçe bir
münasibətlə yaşadığım, yetişdiyim sosial-ictimai və ədəbi mü-
hitə bağlılığımı özümə qınaq hesab etməmişəm. Həmişə düşü-
nürəm «İlahi, mən xoşbəxt adam olmuşam ki, Əli Kərimi,
Məmməd Arazı, Ələkbər Salahzadəni, İsa İsmayılzadəni gör-
müşəm.
Xoşbəxt adamam ki, Müslüm Maqomayevin, Şövkət
Ələkbərovanın, Sara Qədimovanın, Fatma Mehrəliyevanın, Rə-
şid Behbudovun, Rəhilə Həsənovanın, Əbülfət Əliyevin,
Rübabə Muradovanın, Qulu Əsgərovun canlı ifalarını dinləmi-
şəm. İncəsənətimizin Everest zirvəsi olan bu şəxslər sırasında
Zeynəb Xanlarova, Elmira Rəhimova, Flova Kərimova, Əli-
baba Məmmədov və başqalırı ilə bir dövrdə, bir zamanda yaşa-
yıram. O şəxslərlə ki, milli mədəniyyətimizi, milli musiqimizi
dünya musiqi sərvətlərinin ən qiymətli incisi səviyyəsinə
qaldırmışlar».
Milli sərvətimiz olan bəstəkarlarımız (1960-cı illərdən
üzübəri) Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Cahangir
Cahangirov, Şəfiqə Axundova, Emin Sabitoğlu, Əfsər Cavanşi-
rov, Tahir Əkbər, Ramiz Mirişli və s. zaman gələcək ki, mədə-
niyyətimizin tarixdən sızıb gələn işığı olacaq. Dədə Qorqud,
N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, Ş.İ.Xətai, M.P.Vaqif və s. kimi.
Bu adları unutmamaq gərək! Həm də nəinki unutmamaq,
onların yaratdığı sənət incilərini vaxtaşırı yada salmaq, yetişən
nəsillərin bu sahədə maariflənməsinə nail olmaq gərək.
Həm ifa tərzindəki bənzərsizlik, həm də səs diapozonu və
səs çalarlarının zəngin melodikliyi baxımından Rübadə Murad-
ova, Flova Kərimova, İlhamə və Elnarə Abdullayeva Yerdən-
kənar sivilzasiyalardan xəbər verir.