Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə106/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   102   103   104   105   106   107   108   109   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

112 



131. Bu, (peyğəmbərləri göndərmək) ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini

onlar qafil ola-ola (özlərinə peyğəmbər gəlmədiyi üçün dini vəzifələrini bilməyib icra 

etmədikləri halda) zülmlə məhv etməyi özünə rəva bilməz!  

132. Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr (müxtəlif mükafatlar və cəzalar) 

vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir!  

133. Rəbbin heç bir şeyə (heç bir bəndənin ibadətinə) möhtac deyildir, mərhəmət 

sahibidir. İstəsə, sizə başqa bir qövmün nəslindən (zürriyyətindən) gətirdiyi kimi, sizi 

də məhv edib yerinizə dilədiyini gətirər.  

134. Sizə və’d edilən (qiyamət günü), şübhəsiz ki, gələcəkdir. Siz onun qarşısını ala 

bilməzsiniz!  

135. (Ya Rəsulum! Qüreyş kafirlərinə) de: "Ey camaatım, əlinizdən gələni edin. Mən də 

(öz vəzifəmi) yerinə yetirirəm. Axirət yurdunun (gözəl) aqibətinin kimə nəsib olacağını 

biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!  

136. (Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz (batil) 

inanclarına görə: "Bu, Allahın və bu da (Allaha) şərik qoşduğumuz bütlərin!" - dedilər. 

Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə 

çatardı. Onların verdikləri hökm necə də pisdir!  

137. Beləcə, (onların şeytanlardan və cinlərdən ibarət olan) ortaqları müşriklərin bir 

çoxuna onları məhv etmək və dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə övladlarını 

öldürməyi yaxşı bir iş kimi göstərdilər. Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ya 

Rəsulum!) Onları da, uydurduqları yalanları da başlı-başına burax!  

138. (Müşriklər) öz (batil) iddialarına əsasən: "Bu davarlar və əkinlər haramdır, onları 

bizim istədiklərimizdən (bütlərə xidmət edən kişilərdən) başqa heç kəs yeyə bilməz. 

Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır",- dedilər. Elə heyvanlar da vardır 

ki, (onları kəsərkən) Allahın adını çəkməzlər. (Müşriklər) bütün bunları (Allahın əmri 

deyə) Allaha iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə (Allah) onların cəzalarını 

verəcəkdir.  

139. (Müşriklər) həmçinin: "Bu heyvanların qarınlarındakı balalar yalnız kişilərə 

məxsusdur (halaldır), onlar qadınlarımıza haram edilmişdir",- dedilər. Əgər (bala) ölü 

doğularsa, (kişilər və qadınlar) ona (onu yeməyə) ortaqdırlar. (Allah) onlara (bu yalan) 

vəsflərinin (dəyərləndirmələrinin) cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət, elm 

sahibidir!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin