Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
215
21. (Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz
ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk. (Onun nə qədər lazım olması isə
yalnız Bizə mə’lumdur).
22. Biz (buludla) yüklənmiş (bitkilərə, ağaclara həyat verən, onları tozlandıran) külək
göndərdik, göydən yağmur endirib sizə su verdik (içirtdik). Yoxsa onu yığıb saxlayan
(bir yerə toplayan) siz deyilsiniz! (Allah yağış suyunu saxlayıb istədiyi vaxt, istədiyi
yerə yağdırar).
23. Həqiqətən, dirildən də, öldürən də Bizik, (hər şeyə) varis olan da Biz (Sizi məhv
etdikdən sonra yer üzünə sahib olub onu istədiyimizə verən də, hər şey fənaya
uğradıqdan sonra əbədi qalan da Bizik!)
24. Sizdən əvvəl kimlər gəlib-gedibsə, onları da bilirik, sizdən sonra kimlər gələcəksə,
onları da! (Və ya sizdən əvvəl də, sonra da iman gətirənləri bilirik!)
25. Həqiqətən, Rəbbin (qiyamət günü haqq-hesab çəkmək üçün) onları bir yerə yığacaq.
O, hikmət sahibidir, (hər şeyi) biləndir!
26. Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan
tədriclə dəyişib başqa şəklə düşmüş) qara palçıqdan yaratdıq!
27. (Cinlərin babası) can tayfası (və ya İblisi) daha öncə (insandan əvvəl) tüstüsüz
oddan xəlq etmişdik.
28. (Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: "Mən quru və
qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!
29. Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, tə’zim
məqsədilə) səcdə edin!"
30. Bundan sonra mələklərin hamısı ona (tə’zim məqsədilə) səcdə etdilər.
31. Təkcə İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
32. (Allah buyudu: ) "Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?"
33. (Şeytan) dedi: "Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə
etmək mənə yaraşmaz!" (Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən
oddan yaranmışam. Od isə torpağı yandırdığına görə ondan üstündür!)
|