Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
226
48. Məgər onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmürlərmi ki, onların
kölgələri Allaha acizanə surətdə səcdə edərək sağa-sola əyilir?!
49. Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür
göstərmədən Allaha səcdə edərlər!
50. Onlar öz (başlarının) üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları
edərlər!
51. Allah belə buyurdu: "İki tanrı qəbul etməyin. O (Allah) yalnız tək bir tanrıdır. Ancaq
Məndən qorxun!"
52. Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Din də (itaət və ibadət də) daim
Onundur. Belə olduğu təqdirdə Allahdan başqasındanmı qorxursunuz?
53. Sizə gələn hər bir ne’mət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona
yalvarıb-yaxarırsınız!
54. Sonra sizi o müsibətdən qurtardığı zaman bir də görürsən ki, aranızda bir dəstə
Rəbbinə şərik qoşur.
55. Onlar bunu özlərinə verdiyimiz ne’mətlərə nankorluq etmək üçün edirlər. Hələ ki
(dünyada) kef çəkib ləzzət alın. (Başınıza gələcək müsibəti) sonra biləcəksiniz!
56. (Müşriklər) onlara verdiyimiz ruzidən heç bir şey bilməyənlərə (heç nə anlamayan
bütlərə) pay ayırırlar. Allaha and olsun ki, yaxdığınız iftiralara görə sorğu-sual
ediləcəksiniz!
57. Onlar Allaha qızlar isnad edirlər/ (Mələklər Allahın qızlarıdır, deyirlər). Allaha
pakdır, müqəddəsdir. (Onun oğula-qıza ehtiyacı yoxdur. ) Özlərinə gəldikdə isə
istədiklərini (oğlan uşaqlarını) aid edirdilər.
58. Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar.
59. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. (Allah bilir!) Görəsən,
onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? (Diri-diri basdıracaq?)
Bir görün onlar necə pis mühakimə yürüdürlər! (Oğlanları özlərinə götürüb qızları
Allaha isnad edirlər. )
|