Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
229
77. Göylərin və yerin qeybini (gözə görünməyən, heç kəsə bəlli olmayan məchul
sirlərini) bilmək ancaq Allaha məxsusdur. Qiyamətin qopması (əmri) bir göz
qırpımında, yaxud daha tez olar. Allah, həqiqətən, hər şeyə qadirdir!
78. Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz)
halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini eşidib,
qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) şükür edəsiniz!
79. Məgər (müşriklər) yerlə göy arasında (uçaraq Allaha) ram olmuş quşları
görmürlər?! Onları (havada) yalnız Allah saxlayır (bütün hərəkətlərini ancaq Allah
idarə edir). Həqiqətən, bunda mö’minlər üçün ibrətlər vardır!
80. Allah evlərinizi sizə məskən (yaşayıb dincəlmə yeri) etdi, heyvanların dərilərindən
həm köç vaxtı, həm də bir yerdə qaldığınız zaman (daşınması) sizin üçün yüngül (asan)
olan evlər-çadırlar düzəltdi, onların yunundan, tükündən və qılından müəyyən vaxta
qədər (ömrünüzün sonuna kimi və ya onlar köhnələnədək) istifadə edəcəyiniz ev əşyası
(pal-paltar, xalça-palaz) və (satlıq) mal verdi.
81. Allah yaratdığı şeylərdən (ağaclardan, evlərdən, dağlardan və buludlardan) sizin
üçün (günəşin hərarətindən qorunmaq məqsədilə) kölgəliklər əmələ gətirdi, sizdən ötrü
dağlarda sığınacaqlar (mağaralar, kahalar), sizi istidən (və soyuqdan) saxlayacaq (yun,
kətan, pambıq) köynəklər, (sizi müharibədə) qoruyacaq zirehli geyimlər düzəltdi. Allah
ne’mətini sizə belə tamamlayıb verdi ki, bəlkə, Ona itaət edəsiniz (müsəlman olasınız)!
82. (Ya Rəsulum! Əgər bütün bunlardan sonra müşriklər) yenə də (səndən) üz
döndərsələr (ürəyini qısma)! Çünki sənin vəzifən ancaq (Mənim dinimi, hökmlərimi)
açıq-aşkar təbliğ etməkdir!
83. Onlar Allahın ne’mətini (Muhəmməd əleyhissəlamı peyğəmbər göndərməklə onlara
etdiyi lütfü) bilir, lakin sonra onu (Muhəmməd əleyhissəlamın peyğəmbərliyini)
danırlar. Onların əksəriyyəti kafirdir.
84. Qiyamət günü hər ümmətdən bir şahid (öz peyğəmbərini) gətirəcəyik. (Onlar
mö’minlərin lehinə, kafirlərin əleyhinə şahidlik edəcəklər). Kafirlərə (üzrxahlıq etməyə)
izin verilməyəcək, heç üzr diləmələri də istənilməyəcəkdir!
85. Zalımlar (kafirlər, müşriklər) əzabı (Cəhənnəm əzabını) görüncə (yalvarıb-
yaxaracaqlar), lakin (əzabları) yüngülləşdirilməyəcək, (tövbə üçün) onlara bir an belə
möhlət də verilməyəcəkdir!
|