Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
231
hörmət, ehtiram qazanan şəxs sözündə möhkəm durmayıb əhdini pozsa, nüfuzunu
itirər və özünü fəlakətə, məhvə düçar etmiş olar).
95. Allahla bağladığınız əhdi ucuz satmayın. (Əhdi pozmadığınıza görə) Allah yanında
olan (savab) sizin üçün (dünya mənfəətindən) daha yaxşıdır. Kaş biləydiniz!
96. Sizdə olan (dünya malı) tükənər, Allah dərgahında olan (axirət ne’mətləri) isə
əbədidir. (Allah yolunda əziyyətlərə) dözənləri etdikləri yaxşı əməllərin müqabilində
mükafatlandıracağıq (yaxud gördükləri yaxşı işlərin əvəzində onlara daha yaxşı
mükafat verəcəyik!)!
97. Mö’min olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və
axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını
verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını
verəcəyik!)
98. (Ya Rəsulum!) Qur’an oxumaq istədiyin zaman məl’un Şeytandan Allaha sığın!
("Əuzu billahi minəş-şeytanır-rəcim" sözlərini de!)
99. Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç
bir hökmü yoxdur!
100. Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (İnsanların
Allaha şərik qoşmalarının əsas səbəbi onların Şeytana itaət etmələri, Şeytanı özlərinə
dost, havadar seçmələridir!)
101. Biz bir ayənin yerinə digər bir ayəni gətirdikdə (bir ayənin hökmünü ləğv edib onu
başqası ilə əvəz etdikdə) - Allah nə nazil etdiyini (hansı hökmün bəndələri üçün daha
münasib olduğunu) Özü daha yaxşı bilir - (Kafirlər Muhəmmədə): "Sən ancaq bir
iftiraçısan (Allahın adından yalan uydurursan!)" - deyərlər. Xeyr! Onların əksəriyyəti
(cahil olduğu üçün əsl həqiqəti, bir hökmü başqası ilə əvəz etməyin hikmətini) bilməz!
102. (Ya Rəsulum!) De: "Ruhülqüds (Cəbrail) onu (Qur’anı) sənin Rəbbindən iman
gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və (onlara Cənnətlə)
müjdə vermək üçün haqq olaraq nazil etmişdir!"
103. Biz (müşriklərin): "(Qur’anı) ona (Muhəmmədə) bir insan (ara-sıra görüb danışdığı
Cəbr ər-Rumi adlı xaçpərəst bir gənc və ya Səlmani-Farsi) öyrədir!" - dediklərini də
bilirik . Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Bu (Qur’anın dili) isə açıq-
aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir! (Ərəblər özləri Qur’anın dil, üslub gözəlliyi
|